İlahi rəhmət baharından istifadə etmək
Digərləri 02 Fev 2023 21:50:00 357 0
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə Məhəmməd ibn Müslimə müraciətlə deyilir: "Ey Məhəmməd! Oruc tutduqda qulağın, gözün, dilin, ətin, nəfəsin, dərin, tükün, bədənin də oruc olsun". ("Rövzə əl-vaizin", c. 2, səh. 350) İmam Sadiq (ə) öz yaxın səhabəsinə, şagirdinə buyurur ki, oruc tutduqda sənin eşitmə hissin də oruc olmalıdır. Görmə hissin də oruc olmalıdır. Dilin də oruc olmalıdır. Ətin, dərin, qanın, tükün də oruc olmalıdır. Yalan danışmamalı, mömin insanları bəlaya salmamalısan. Sadə könülləri aldatmamalı, müsəlman qardaşların üçün, İslam cəmiyyəti üçün fitnə hazırlamamalısan. Bədxahlıq etməməli, ittiham etməməli, çəkidə aldatmamalı, əmanətdarlıq etməlisən. Ramazan ayında öz nəfsini yeməkdən, içməkdən, nəfsani istəklərdən, ehtiraslardan, intim duyğulardan qorumaqla oruc tutan insan öz dilini, öz qulağını, bütün bədən üzvlərini oruc hesab etməlidir. Özünü Allaha həsr etməli, günahlardan uzaq olmalıdır. Hədisin ardında deyilir: "Oruc olduğun gün oruc olmadığın gün kimi olmasın". ("Rövzə əl-vaizin", c. 2, səh. 350) Oruc tutduğun gün adi günlər kimi olmasın. Ramazan ayında digər adi günlərdə olduğu kimi davranmamalısan. Nəfsinin tərbiyəsinə diqqət etməli, bu fürsəti qənimət sanmalısan.
Bu xəbəri də oxu: Qarabağda xidmət edən Çin əsilli azərbaycanlı
Digər bir rəvayətdə deyilir: "Nəfsin orucu beş hiss üzvünü digər günahlardan qorumaqdır. Əmir əl-Möminindən (ə) nəql olunmuşdur ki, nəfsin orucu cismin, qarının orucundan fərqlidir. İnsanın nəfsinin orucu odur ki, beş hiss üzvü hamısı günahlardan çəkinsin. "Və qəlbin bütün şər səbəblərindən boşalmasıdır". ("Qürər əl-hikəm", səh. 176) Ürək də bütün şər, fəsad amillərindən boşaldılmalıdır. Allaha, bəndələrinə qarşı könlümüzü saf edək. Bu haqda çoxlu sayda rəvayətlər nəql olunmuşdur.
Alimlər insanları daha tez qocaldan pis vərdişlər barədə araşdırma apar
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Xərçəngin yaranmasının əsas 2 səbəbi var: irsən və təsadüfi, sonrada
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Gələn aydan ölkədə ödənişsiz hüquqi yardım aksiyalarının keçirilmə
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin n�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Rumıniyanın mövqeyi
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
İnsanların böyük əksəriyyəti yeməkdən əvvəl ya da sonra mütləq çay
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Həm Cənub Qaz Dəhlizi və həm də gələcək yaşıl enerji ilə bağl
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layih�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Belə adamlar həmişə istifadə edilir. Qurulan isə İranın öz oyunu və v�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Son illərdə uşaqlarda ikinci tip diabet xəstəliyi artmaqdadır".
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
İran Prezidenti İbrahim Rəisi xalqa müraciət etdi. Bu çıxış İsfahana e
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Məsumlarımız (ə) həmişə əmanətə sadiq olmaq və düz danışmağı sev
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
İrana vurulan PUA zərbələri o qədər güclü olub ki, Xoydakı zəlzələ d
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Ötən günlərdə Vladimir Putinə zəng edən Nikol Paşinyan Laçın yolu bar
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)