Uşaqlarda artıq çəkinin SƏBƏBLƏRİ və
Digərləri 02 Fev 2023 22:45:00 321 0
Son illərdə bütün dünyada çəki problemi olan uşaqların sayında sürətli artım müşahidə olunur və bu, həm pediatrların, həm də valideynlərin problemə ciddi yanaşmasını tələb edir. Bu barədə "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsində (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) mütəxəssislərin hazırladığı məqalədə bildirilir.
Bu xəbəri də oxu: Pezeşkian özünü biabır etdi
Qeyd olunub ki, uşaqlarda piylənmənin inkişafında həm genetik, həm də mühit faktorlarının, həyat tərzinin rolu var. Doğuş zamanı bədən kütləsi normadan artıq olan uşaqlar (4 kq-dan artıq) risk qrupuna aiddirlər.
Körpələrdə piylənmə yüksək kalorili süni süd qarışıqlarının həddindən artıq yedizdirilməsi nəticəsində əmələ gələ bilər. Əz azı ilk altı ay ərzində ana südü ilə qidalanma erkən piylənmənin qarşısını ala bilər.
Mütəxəssislər bildiri ki, uşaqlar məktəbdə və ev tapşırıqlarını edərkən masa arxasında oturmaqla, televizora, telefona və ya planşetə baxmaqla keçirirlər, yəni sıx zehni yükə sahib olduqları halda, çox az hərəkət edirlər və bu da artıq çəkiyə səbəb olur.
Qeyd olunub ki, uşaq məktəbdə, ailədə xroniki stres vəziyyətində və ya sosial təcriddə ola bilər. Bu zaman yemək uşaq üçün sevinc və zövq mənbəyinə çevrilə bilər ki, bu da piylənməyə səbəb ola bilər.
Uşaqlarda piylənmə nə ilə ağırlaşa bilər?
Uşaqlarda piylənmə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər; mədə-bağırsaq sistemi xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri, ateroskleroz, endokrin və metabolik, sümük-əzələ sistemi və oynaq patologiyaları və s.
Bundan başqa, uşaqda müxtəlif psixoloji çətinliklər, özgüvən əskikliyi, komplekslər meydana çıxa bilər.
Uşaqlarda piylənmə necə müalicə olunur?
Həkimlə birlikdə uşağın gündəlik kalori miqdarı hesablanmalı və valideynlər buna əməl etməlidir.
Aktyor və prodüser Cövdət Şükürov müzakirə yaradacaq açıqlama verib.
Müğənni Dilarə Kazımova saç stilini dəyişməyə qərar verib.
Bu suala cavab vermək üçün əvvəl şübhə və şəklərimizin köklərini
"Show" telekanalında yayımlanan "Gelsin hayat bildiği gibi&quo
Xərçəngin inkişafında insanın tək fiziki sağlamlığı deyil, emosional
Sevgi olan yerdə insanın yüz yox, min səhvini bağışlaya bilərsən. Ancaq
Bədəndə, göz dibində sarılıq, əllərdə saralma sirrozun əlamətidir.
Yevlax-Ağdam-Laçın yolunun 38 km-də baş verən dəhşətli yol qəzasında
Ukrayna aviasiyası gün ərzində Rusiya qüvvələrinə dörd ağır zərbə e
Pakistanın keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd həbs edilib.
Qurani-Kərimin əlli beşinci surəsi "Ər-Rəhman" adlanır. 78 ayə
Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Brayan Diz vəzifəsini tərk ed
Türkiyəli məşhur müğənni Hadisə ilə "Qalatasaray"ın ulduz fu