Proses həlledici məqama yaxınlaşır:


Siyasət 02 Fev 2023 21:13:00 290 0

Proses həlledici məqama yaxınlaşır:

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İran-Azərbaycan münasibətləri kifayət qədər gərgindir. Tehrandakı səfirliyimizə terror hücumu səbr kasasını daşıran son damla oldu. Sizcə, İran niyə illərdir Azərbaycana qarşı bəslədiyi düşmən münasibətini belə açıq müstəviyə çıxardı?

- İran İkinci Qarabağ Müharibəsindən sonra iç üzünü göstərməyə başladı. Müharibə zamanı İranın Azərbaycana etdiyi xəyanət, sərhəd qoşunlarımızın yerini ermənilərə göstərməsi faktdır. Azərbaycan bir müddət qonşuluq münasibətləri korlanmasın deyə, bu məsələləri bir tərəfə qoymuşdu. Amma artıq İranın həyasızlığı artanda buna Azərbaycan prezidenti cavab verməli oldu. Beləliklə, 44 günlük müharibədən sonra molla rejimi Azərbaycanı açıq təhdid etməyə başladı.

Eyni zamanda, Azərbaycan daxilindəki şəbəkəsinə də göstəriş verdi. Molla rejiminə bağlı media qurumları və sosial şəbəkə hesablarında İranı təqdir edən materiallar çoxaldı, yas yerlərində təbliğat artırıldı. Necə deyərlər, İran öz maskasını özü yırtdı.

İran ən azı on maska taxmışdı, əsl sifətini də bunların altında gizlətməyə çalışırdı. Artıq bu maskaların altında kimin olduğunu görürük və ona imkan vermirik. İran son iki ildə Azərbaycana qarşı açıq təxribatla məşğul idi.

- ABŞ, Qərb və dünyanın digər dövlətləri terror aktına görə İrana sərt etirazını bildirdilər. Rusiyadan isə "dişli bəyanat" gəlmədi. Rusiya baş verənlər haqda hansı fikirdə ola bilər? Ən azı, rus mediası gərginliyin daha da dırmanmasında maraqlıymış kimi görnür.

- Rusiya bunda maraqlıdır. Molla rejimi Rusiyanın pərdə arxasındakı komandasıdır. İndi Rusiya Ukraynada ABŞ və Avropa ilə üz-üzə qalıb, buna görə də Yaxın Şərq siyasi nəzarətindən çıxıb. Bu durumda da İraq və Suriyaya nəzarəti İran vasitəsilə həyata keçirir. İran və Rusiyanın siyasətlərində həddindən artıq oxşarlıqlar var. Onların həyata və siyasətə baxışları da eynidir.

Düzdür, Rusiya Mariya Zaxarova səviyyəsində baş verənlərə münasibət bildirdi, amma bu ölkənin Xarici İşlər Nazirliyinin bir bəyanatı olmalıydı. Dünyanın yüzə qədər ölkəsi səfirliyimizdə baş vermiş bu təxribat və terrora etirazını bildirdi. Xarici ölkələrin Azərbaycandakı səfirlikləri də öz münasibətlərini ortaya qoydular, amma Rusiya səfirliyinin açıqlamasını görmədim, bəlkə də var, ancaq mən rast gəlməmişəm.

Bir sözlə, Rusiya İran-Azərbaycan gərginliyində maraqlıdır. Çünki Rusiya indi İranın əli ilə Ermənistanı öz nəzarətində saxlayır. Ermənistan-Rusiya münasibətləri Qərbin təkidi ilə gərginləşib. Yəni Rusiya çalışır ki, ilanı Seyid Əhməd əliylə tutsun.

- Bəs aylardır İran daxilində molla rejimi əleyhinə davam edən kütləvi etirazlar hansı nəticələrlə sonlana bilər?

- Artıq İran daxilindəki proseslər vətəndaş müharibəsi səviyyəsinə yaxınlaşır. Çünki Azərbaycan 44 günlük müharibədə öz qələbəsi ilə İranın hərbi elitasının qanunsuz qazanclarına qon qoydu. Fars və erməni mənbələrinin qeyri-rəsmi məlumatlarına görə, İran işğal dövründə hər il Azərbaycan üzərindən Rusiya və digər ölkələrdə ötürdüyü narkotiklərdən təxminən 6-7 milayard dollar gəlir götürüb.

Azərbaycan öz ərazilərini azad etdikdən sonra bu kəsildi. Bunu Ermənistan üzərindən çıxarmaq mümkün deyil. İranı gərginləşdirən amillərdən biri də budur.

Eyni zamanda, "Xalq Mücahidləri" adlanan bir təşkilatın İran daxilindəki fəaliyyəti güclənib. Bu hərəkat bir müddət İraqda fəaliyyət göstərib. Müharibə başladıqdan sonra bir hissəsi Suriyadan İordaniyaya, bir qismi də İsrailə keçdi. İsrail də onları diqqətdə saxlamaqla, bir növ İran daxilindəki proseslərə nəzarət etməyə çalışır. İrandakı son partlayışlar da bunu təsdiqləyir.

Bunlardan başqa, İran daxilindəki xalqların da farslarla çoxlu problemləri var. Molla rejiminə qarşı ən kəskin münasibətdə olanlar bəluclardır. Bəlucların fars rejiminə qarşı sərt münasibəti silahlı mübarizələrində də özünü göstərir. Ölkənin cənubunda ərəblər var. Bəluclar kimi, 5 milyona qədər ərəb də fars-molla rejimindən qurtulmaq istəyir. Qərbdə kürdlər var. Onlar bu rejimi istəmirlər.

Cənub-qərbdə yaşayan qaşqaylar da farslarla yola getmirlər. Şimal-Güney Azərbaycan isə tamamilə türklər - azərbaycanlılardır. Güneyin də münasibəti bəllidir. Bir sözlə, İranda 100 min ermənidən başqa fars rejiminin yola getdiyi xalq yoxdur. Farsların özləri İranda azsaylı xalqdır. Ölkə əhalisinin 55-60 faizini türklər təşkil edir. Amma İran türkləri assimilyasiya məruz qoymağa çalışır.

İranda həm sosial inqilab yetişir, həm hərbi müxalifət güclənir, həm də vətəndaş müharibəsinin olması ehtimalı çox yüksəkdir. Fevral-mart ayları ərzində və ya aprelə qədər bu, baş verə bilər. Yəni yaxın iki ay ərzində İranda hakimiyyətin dəyişməsi mümkündür. Bu ehtimal çox yüksəkdir. Bunda İsrail və ABŞ-ın da maraqları var.

Molla rejiminin Fransa ilə gizli işbirliyi də burada önəmli rol oynayır. Molla rejiminin bəzən ABŞ-la da pərdə arxasında belə oyunları olur. Yəni İran hər an Rusiyanı satmağa hazırdır. Mollaların dini-imanı yoxdur.

İran yürütdüyü siyasətin qurbanına çevrilmək üzrədir. Tezliklə bu da olacaq.

- Artan beynəlxalq və daxili təzyiq fonunda İranda dünyəvi hökumətin qurulması ehtimalı nə qədərdir?

- Təbii ki, hakimiyyət dəyişikliyi baş versə, yerinə molla rejimi gəlməyəcək. İndi sonuncu şahın oğlu və onun tərəfdarları hakimiyyətə qayıtmaq istəyirlər. Onlar da ABŞ-da yerləşiblər və bu dövlətin maraqlarına uyğun hərəkət edirlər. ABŞ və Kanada 5 milyona yaxın İrandan köçmüş insan yaşayır. Bilirsiniz ki, şah rejimində təkcə farslar yox, türklər də iştirak ediblər. Yəni orada bir koalisiya var və onların hakimiyyətə gəlmə ehtimalı çox yüksəkdir, molla rejimi də bunu başa düşür. Molla rejimi indi pərdə arxasında onlarla da əlaqə qurmağa çalışır.

Dünyəvi dövlətin qurulmasına gəldikdə, bunun tezliklə olacağına inanmıram. Molla rejimi ötən 44 il ərzində İranı o kökə salıb ki, cəmiyyətin psixologiyası korlanıb. Onların tör-töküntülərini yığışdırmaq üçün ən azı 20 il vaxt lazımdır. Amma İran normal dövlətə çevrilə bilər, ən azı bunu ehtimal etmək olar.

Üzdə hansı miqdarda tükün olması saqqal hesab edilir? like
  • 02 Fev 21:10  
Digərləri Üzdə hansı miqdarda tükün olması saqqal hesab edilir?

"Leader.ir" saytı Ayətullahul Üzma Seyyid Əli Xameneinin üzdə ha

arrow Ətraflı
Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayan ilk like
  • 02 Fev 21:09  
Siyasət Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayan ilk

Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm

arrow Ətraflı
Klaus Yohannis: Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı like
  • 02 Fev 21:08  
Siyasət Klaus Yohannis: Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı

Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasi

arrow Ətraflı
Məşhur rusiyalı müğənni ürəyindən əməliyyat olundu like
  • 02 Fev 20:55  
Şou-biznes Məşhur rusiyalı müğənni ürəyindən əməliyyat olundu

Bu günlərdə Moskvanın kardioloji mərkəzlərindən birinə aparılan rusiya

arrow Ətraflı
Avroviziyada bizi bu 5 ifaçıdan biri təmsil edəcək like
  • 02 Fev 20:46  
Digərləri Avroviziyada bizi bu 5 ifaçıdan biri təmsil edəcək

Azərbaycanın Avroviziyada nümayəndə heyətinin mətbuat katibi İlahə Dada

arrow Ətraflı
İlham Əliyev: Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq like
  • 02 Fev 20:45  
Siyasət İlham Əliyev: Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq

Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dü

arrow Ətraflı
Prezident: Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir like
  • 02 Fev 20:43  
Siyasət Prezident: Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir

Biz Sizinlə Buxarestdə görüşmüşdük və şadam ki, bir aydan sonra Siz Az

arrow Ətraflı
İlham Əliyevin adından Klaus Yohannisin şərəfinə rəsmi ziyafət verilib like
  • 02 Fev 20:35  
Siyasət İlham Əliyevin adından Klaus Yohannisin şərəfinə rəsmi ziyafət verilib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 2-də Azərbaycan Respubli

arrow Ətraflı
34 yaşlı yutuberin çılpaq meyiti tapıldı like
  • 02 Fev 20:31  
Dünya 34 yaşlı yutuberin çılpaq meyiti tapıldı

Amerikalı yutuber Leo Reks (əsl adı Light Abdallah Algaz) 34 yaşında vəfa

arrow Ətraflı
Demet azərbaycanlılarla belə əyləndi  VİDEO like
  • 02 Fev 20:20  
Şou-biznes Demet azərbaycanlılarla belə əyləndi VİDEO

Aktrisa Demet Özdemir və müğənni həyat yoldaşı Oğuzhan Koç azərbaycan

arrow Ətraflı
Onunla görüşmək istəməyən qadını məhkəməyə verdi like
  • 02 Fev 20:11  
Dünya Onunla görüşmək istəməyən qadını məhkəməyə verdi

Sinqapurlu kişi sevdiyi qadını onunla görüşməkdən imtina etdiyi və dost

arrow Ətraflı
Qırmızı Meydanda buzovunu gəzdirən amerikalı həbs edildi  FOTO like
  • 02 Fev 20:00  
Digərləri Qırmızı Meydanda buzovunu gəzdirən amerikalı həbs edildi FOTO

Moskvanın Tverskoy Məhkəməsi şəhərin mərkəzindəki Qırmızı Meydanda

arrow Ətraflı
Berkayla Murat Bozun içkili VİDEOsu viral oldu like
  • 02 Fev 19:51  
Digərləri Berkayla Murat Bozun içkili VİDEOsu viral oldu

Berkayla Murat Bozun içkili çıxdığı səhnə sosial mediada viral olub.

arrow Ətraflı
Prezident: Enerji layihələri AzərbaycanRumıniya tərəfdaşlığını gücləndirəcək like
  • 02 Fev 19:50  
Siyasət Prezident: Enerji layihələri AzərbaycanRumıniya tərəfdaşlığını gücləndirəcək

Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da b

arrow Ətraflı