Rəsmi Bakıdan Paşinyana cavab


Siyasət 11 Fev 2025 10:55:00 83 0

Rəsmi Bakıdan Paşinyana cavab

Ermənistan baş nazirinin 10 fevral 2025-ci il tarixində "Armenpress"də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.

Bu xəbəri də oxu: NATOnun gələcəyi: London,

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın "Armenpress" məqaləsində iddiaları ilə bağlı şərhində deyib.

"Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir.

44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir.

Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.

Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz və ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən İcmanın bəyan edilmiş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması, bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini nümayiş etdirir.

Təəssüf ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Almatı Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz cənab Paşinyan tərəfindən bir neçə ay sonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin "müstəqilliyi" ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarına və Almatı Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib.

Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni "səhnələşdirilmiş" adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.

Üstəlik, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə, praktiki addımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir.

Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə, 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir.

Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq", - XİN rəsmisi vurğulayıb.

"Google"da bu ərazinin adı dəyişdi like
  • 11 Fev 10:50  
Dünya "Google"da bu ərazinin adı dəyişdi

Google ABŞ istifadəçiləri üçün "Map" tətbiqində "Meksik

arrow Ətraflı
Rusiyanın 4 hava limanı like
  • 11 Fev 10:48  
Digərləri Rusiyanın 4 hava limanı

Kazan, Kirov, Saratov və Ulyanovsk hava limanlarında uçuşlar müvəqqəti ol

arrow Ətraflı
Pensiyaçılara şad xəbər like
  • 11 Fev 10:47  
Digərləri Pensiyaçılara şad xəbər

Bakı, Sumqayıt və Abşeron üzrə fevral ayının pensiyaları yeni artımla

arrow Ətraflı
Sosial şəbəkədə tanış olduğu qadın başına "oyun açdı", indi maşında yaşayır  FOTOlar like
  • 11 Fev 10:36  
Digərləri Sosial şəbəkədə tanış olduğu qadın başına "oyun açdı", indi maşında yaşayır FOTOlar

Antalyada yaşayan 62 yaşlı Necdet Tilifin sosial şəbəkədə tanış oldu�

arrow Ətraflı
Oteldə ana və 8 yaşlı oğlu öldü, like
  • 11 Fev 10:12  
Dünya Oteldə ana və 8 yaşlı oğlu öldü,

İstirahət üçün Dominikan Respublikasına gedən Quqyon ailəsi həyatların

arrow Ətraflı
İxracdan əldə olunan 33 milyon dolların Azərbaycana qaytarıldı like
  • 11 Fev 10:11  
Digərləri İxracdan əldə olunan 33 milyon dolların Azərbaycana qaytarıldı

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlər

arrow Ətraflı
Bakıda İnsan İnkişafı Forumu keçirilir  FOTO like
  • 11 Fev 10:10  
Digərləri Bakıda İnsan İnkişafı Forumu keçirilir FOTO

Bakıda İnsan İnkişafı Forumu start götürüb.

arrow Ətraflı
4 bürcü karyera yüksəlişi like
  • 11 Fev 09:55  
Digərləri 4 bürcü karyera yüksəlişi

Fevral ayında ulduzlar dörd bürcün həyatında böyük nailiyyətlərə töh

arrow Ətraflı
Üç il əvvəl itkin düşən turistin qalıqları tapıldı  Tapana 25 min manat veriləcəkdi like
  • 11 Fev 09:47  
Digərləri Üç il əvvəl itkin düşən turistin qalıqları tapıldı Tapana 25 min manat veriləcəkdi

Böyük Qafqaz sıra dağlarının cənub ətəyində üç il əvvəl itkin dü�

arrow Ətraflı
27 yaşlı qız dəm qazından öldü like
  • 11 Fev 09:45  
Kriminal 27 yaşlı qız dəm qazından öldü

Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub.

arrow Ətraflı
İki ildən sonra qazın qiymətində ilk yaşandı like
  • 11 Fev 09:40  
Digərləri İki ildən sonra qazın qiymətində ilk yaşandı

Ötən gün Avropada təbii qazın qiyməti birja hərracları zamanı min kubme

arrow Ətraflı
Burak Özçivit Kremldə  VİDEO like
  • 11 Fev 09:35  
Şou-biznes Burak Özçivit Kremldə VİDEO

Türkiyəli məşhur aktyor Burak Özçivit Rusiyaya yollanıb.

arrow Ətraflı
İrandan Azərbaycana gətirilən 47 ton kartof zay çıxdı like
  • 11 Fev 09:34  
Digərləri İrandan Azərbaycana gətirilən 47 ton kartof zay çıxdı

İdxal olunan ərzaqlıq kartofda uyğunsuzluq aşkarlanıb.

arrow Ətraflı
Dünyanın gözü Türkiyədə  “Arzu daşı”nı Hitit İmperiyasına yadplanetlilər gətirib? like
  • 11 Fev 09:30  
Digərləri Dünyanın gözü Türkiyədə “Arzu daşı”nı Hitit İmperiyasına yadplanetlilər gətirib?

Bu günkü Türkiyə ərazisində, qədim Hitit İmperiyasının paytaxtı olan

arrow Ətraflı
Azərbaycanda bu valyuta cüzi like
  • 11 Fev 09:29  
Digərləri Azərbaycanda bu valyuta cüzi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı