Kreml İrana mane olacaq Paşinyanın cəhdləri boşa çıxır:


Siyasət 02 Fev 2023 11:19:00 296 0

Kreml İrana mane olacaq  Paşinyanın cəhdləri boşa çıxır:

"Ermənistan yeni düzənin qeyri-müəyyən formatlarının ümidsiz gözləntisi içindədir. Dünyəviləşmiş, özünü inkişaf etdirən, sadəcə yeni-yeni əməkdaşlıqları özü axtaran deyil, Azərbaycanı bu əməkdaşlıqlara məhz müttəfiqlərinin və yeni ayrı-ayrı aktorların özlərinin cəlb və sövq etdiyi, onların sayının yüksələn xətt üzrə artdığı bir zamanda separatizm, terror kimi qeyri-leqal məfhumlarla adı assosiasiya olunan bir dövlətin rədd edilməsi natural bir hal olaraq özlüyündən doğur. Onu da deyim ki, mövcud amil regional aktor olaraq sadəcə Ermənistana aid deyil". 

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ermənistan xoşbəxtliyi üçüncü tərəflərin qapısında axtarmamalıdır:

"Son günlərdə Macarıstanın Baş naziri Viktor Orban da daxil olmaqla dünya liderlərinin Prezident İlham Əliyev haqqında dediklərindən Ermənistanın kölgədə qalan isterikasının tam əksinə olaraq Azərbaycan Liderinin uğurla realizə etdiyi diplomatiya yenə də öz sözünü deyir.  

Ermənistan hansı divara söykənsə də, ilk öncə qonşu dövlətlərlə sülh və əməkdaşlıqda maraqlı olmalıdır, bölgədən uzaq bir ada kimi regional aktorlarla əməkdaşlığı qoyub, kənardan mədət ummağın sonu başqa cür ola da bilməz. Bu dövlət regionda rəvan və sabit münasibətləri saxlamağa çalışmalıdır. Yox, əgər destruktiv siyasət yürütməkdə davam edərsə, iqtisadi və nəqliyyat blokadasının tətbiqinin növbəti dalğası ilə üzləşəcək.

Ermənistan "həyat yolu" mənbəyini bölgədən götürür. Bütün iddiaları əsassız olduğundan Haaqa Tribunalında da Ermənistana qapının harada dayandığı göstərildi. Hətta Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel Avropa Parlamentinin ermənipərəst deputatı Asita Kankonun sualına cavab olaraq bildirdi ki, Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmasını nəzərdə tutmur.

Açıq deyək ki, əlaqələri inkişaf etdirmək ilk vaxtlarda onsuz da asan olmayacaq. Bunu indidən Ermənistan-Azərbaycan münasibətlərindən kənarda da görürük. Ermənistan gəlinməli olan yeganə nəticədən az itki ilə uzaqlaşmalıdır. Prezident İlham Əliyevin Misir Prezidenti ilə mətbuata bəyanatlarla çıxış edərkən də bildirdiyi kimi "Sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər". Bunu bölgə aktorları da bilir. Bu baxımdan da düşünürəm ki, bölgə aktorları kənar qüvvələrə son məqamda bu qaçılmaz nəticəni əldə etməkdə imkan verməyəcəklər. Ermənistanın isə sülh müqaviləsinə yenidən baxmaq, hər hansı korrektələr etmək cəhdi uğursuzluqlarla nəticələnəcək. 

Bölgədə düşmənçilik ritorikası tam bitməyəcək, lakin açıq formatın bundan sonra aşağı düşəcəyi qənaətindəyəm. Əsas odur ki, bu nəticəyə gedən yolda Azərbaycan qətiyyətli mövqeyindən bir addım belə kənara çəkilmir. Çünki yekuna gedən yolda Azərbaycan cənub qonşusu ilə faktiki olaraq diplomatik münasibətləri dondurmaqdan da çəkinmədi.

Son günlər bir-birinə daha çox bağlı region dövlətlərinin mövcud durumu beynəlxalq müzakirələrə çevrildi və regionun təhlükəsizlik sistemi beynəlxalq təhlükəsizlik sistemi ilə birləşdi. Baş verən son hadisələrlə gərginliyin pik səviyyəsinə gəlinsə də, regionun güc strukturu və diplomatiya balansını Azərbaycan yenə də öz xeyrinə dəyişdi. Nəticə Azərbaycanın sadəcə regional rolunu regional məsələlərdə deyil, beynəlxalq aləmdə sövdələşmə gücü ilə artırdı. Mütləq onu da vurğulayaq ki, mövcud durum həm də Azərbaycanın özünəməxsus geosiyasi xüsusiyyətləri ilə yanaşı, onun milli gücünün mədəni və ideoloji elementləri, regional siyasi-təhlükəsizlik hadisələrinin nəticəsidir. 

Ermənistan mövcud vəziyyətdən gec olmadan maksimum yararlanmalı, sağa-sola meyil etmədən regionda hansısa bir yer tapmaqda maraqlı olmalıdır. Regionda heç bir dövlət hərbi qarşıdurmada maraqlı görünməsə də, yanlış hesablamalar heç vaxt tamamilə istisna edilə bilməz. 2018-ci ildə hakimiyyətə gətirildikdən bu yana Nikol Paşinyan anti-Rusiya siyasətindən və isterikasından başqa ölkədə, bölgədə, beynəlxalq düzəndə heç nəyə nail ola bilmədi. Odur ki, bu dövlət hegemon ambisiyalarını cilovlamalıdır.

5 maddəlik prinsipdən ibarət sülh müqaviləsinin bəzi parametrlərinin dəyişdirilməsinə edilən bütün cəhdlər nəticəsiz qalacaq. Ermənistan böyük ambisiyalar yürütsə də hər dəfə yeni diplomatik iflas perspektivləri ilə üz-üzə qalır. Bu itkini kompensasiya etmək üçün Qərb və başqaları tərəfindən tətbiq oluna bilən bir sıra sülhdən yayınma alətlərindən uzaq durmalıdır.

Bəzi sahələrdə faktiki dayanan, bundan sonra isə inkişafı labüd, qaçılmaz olan və yeni qurulacaq münasibətlərin profili, səbəbləri, aktorları, dinamikası nə qədər fərqli olsa da, İran hər zaman regionda sosial dəyişikliklərlə yaratmağa cəhd etdiyi hər hansı boşluğu süni şəkildə doldurmağa çalışsa da, Azərbaycan dövlət olaraq siyasi, diplomatik və hərbi müstəvidə mühüm rol oyunçusudur. Bu, güclü kəşfiyyat əməliyyatlarında da öz sözünü deyir.

İranla hazırkı gərginliyin, narahatlığın, bu dövlətin tarixi faktlardan doğan qısqanclığının, verbal və icraatda olan hər cür qəzəbinin və qorxularının faydası yoxdur. Sülhə gedən yolda İran da, Ermənistan da gizli diplomatiya oyunlarından uzaq durmalıdır. Ermənistan Azərbaycana regional və əzəli rəqib kimi baxmağa son verməlidir. Çünki bu hərbi münaqişəyə gətirib çıxaran regional böhran riskini artırır. 

Sərhəddə susan silahlar fonunda diplomatik cəbhəyə silah daşınsa da praqmatik dairələr aydın dərk edirlər ki, üstünlük verilən yeganə yol konstruktiv diplomatiyanın yürüdülməsidir. Mövcud iqtisadi durumda bölgə aktorları iqtisadi canlanmada maraqlı olmalıdır. Regional stabilliyə aparan yol Ermənistan-Azərbaycan arasında imzalanacaq sülh müqaviləsindən keçir. İki ölkə arasında yenidən dialoqun canlandırılması prinsipial olaraq periferik diplomatiyadan uzaqlaşılaraq dəstəklənməlidir. Nəqliyyat və kommunikasiyaların açılması bölgə xalqları arasında inteqrasiyanı, hərtərəfli mübadilə ruhunu alovlandıracaq.

Düşünürəm ki, məhz bu amil düşmənçilik tendensiyasını tədricən aşağı salacaq. İranın bu istiqamətdə sərt üzü sadəcə Azərbaycanın prinsipial mövqeyi ilə deyil, həm Rusiyanın, həm də dəhlizin açılmasında maraqlı olan aktorların əli ilə yumşaldılacaq. İnandırıcı alternativ deyil ki, Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanatdan sonra Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsini kənar aktorlara güzəştə getsin. Burada hansısa aktor müəyyən xidmət və divident əldə etməyə çalışsa da, Rusiya bu məsələdəki marağından kənarlaşmayacaq. Əsası odur ki, Azərbaycanın nümayiş etdirdiyi qədər olmasa da, Ermənistan da müəyyən siyasi iradə ortaya qoysun.

Razılaşmadan imtina edən, hökmən Qərblə güzəştə getmək iddiasını ortaya qoyan radikal dairələr danışıqlara qayıtmaqdan imtinanı dayandırmalıdır. Ermənistan illər ərzində gah rus, gah Qərb, gah da İran və Hindistan perspektivi axtardı. Bu toplum bircə olmayan erməni perspektivi yarada bilmir. Daha da uduzmamaq üçün gec deyil.

Qeyd olunan kimi bölgədə hadisələr isə kəşfiyyatsız irəliləmir. Burada söhbət sadəcə İran, Azərbaycan, Rusiya kəşfiyyatından getmir. Aİ-nin missiyasının strukturu da mülki olmayıb, kəşfiyyat kontingentinə bənzəyir. Məqsədi Ermənistanda Rusiyanın təsirini yatırmaq, Rusiya yönlü siyasətçiləri gözdən salmaq, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini alovlandırmaq olan missiya bölgəyə müsbət heç nə vəd etmir".

Təhməz Əsədov Son.az

Əvvəl qapımda yatırdı dedi, sonra üzr istədi like
  • 02 Fev 11:16  
Şou-biznes Əvvəl qapımda yatırdı dedi, sonra üzr istədi

Türkiyəli şoumen Mehmet Ali Ərbil sosial şəbəkədə aparıcı Çağla Şi

arrow Ətraflı
Şəmkirdə 2000 manata “Kalaşnikov” satan şəxs saxlanıldı  VİDEO like
  • 02 Fev 11:05  
Kriminal Şəmkirdə 2000 manata “Kalaşnikov” satan şəxs saxlanıldı VİDEO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan ver

arrow Ətraflı
Ötən ay Kəlbəcər, Laçın və Daşkəsəndə 3600 kmdək yol qardan təmizlənib like
  • 02 Fev 11:00  
Digərləri Ötən ay Kəlbəcər, Laçın və Daşkəsəndə 3600 kmdək yol qardan təmizlənib

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordus

arrow Ətraflı
Vardanyan Moskvaya üsyan etdi: like
  • 02 Fev 10:57  
Digərləri Vardanyan Moskvaya üsyan etdi:

Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Kanadanın "The Hill T

arrow Ətraflı
İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib like
  • 02 Fev 10:56  
Siyasət İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Əməkdar artistin oğlunun ağzına 20 tikiş qoyuldu like
  • 02 Fev 10:54  
Şou-biznes Əməkdar artistin oğlunun ağzına 20 tikiş qoyuldu

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingizin

arrow Ətraflı
Birbank sahibləri yanvar ayında 3,8 milyon manat keşbek əldə ediblər like
  • 02 Fev 10:42  
Digərləri Birbank sahibləri yanvar ayında 3,8 milyon manat keşbek əldə ediblər

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlük

arrow Ətraflı
TamGənc kartını ABBdən pulsuz əldə et! like
  • 02 Fev 10:41  
Digərləri TamGənc kartını ABBdən pulsuz əldə et!

ABB TamGənc kartı sahibi olmaqistəyən gənclər üçün gözəl fürsət yar

arrow Ətraflı
“İndi məni cəlb edəcək deputat yoxdur” like
  • 02 Fev 10:40  
Şou-biznes “İndi məni cəlb edəcək deputat yoxdur”

Son günlər "Ooooo" mahnısı ilə gündəmdən düşməyən müğən

arrow Ətraflı
Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI: Sevgilisinin əlayağını bağlayıb, qızını zorladı like
  • 02 Fev 10:39  
Kriminal Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI: Sevgilisinin əlayağını bağlayıb, qızını zorladı

Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barəd

arrow Ətraflı
Azərbaycan bu İran vətəndaşını beynəlxalq axtarışa verdi like
  • 02 Fev 10:27  
Kriminal Azərbaycan bu İran vətəndaşını beynəlxalq axtarışa verdi

Azərbaycanda narkotik qaçaqmalçılığında təqsirləndirilən İran vətən

arrow Ətraflı
“Yaxası bir az boş oldu” like
  • 02 Fev 10:24  
Şou-biznes “Yaxası bir az boş oldu”

Müğənni Xatirə İslam ad günündə müzakirələrə səbəb olan dekolteli

arrow Ətraflı
Sülhməramsızların Laçın alveri  Hamının və hər şeyin like
  • 02 Fev 10:20  
Siyasət Sülhməramsızların Laçın alveri Hamının və hər şeyin

Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhm�

arrow Ətraflı
Tehran Bələdiyyəsinə hakim kəsilmiş mafiya azyaşlıları işlədir like
  • 02 Fev 10:17  
Digərləri Tehran Bələdiyyəsinə hakim kəsilmiş mafiya azyaşlıları işlədir

Tehran Bələdiyyəsinə hakim kəsilmiş mafiya 15 yaşdan kiçik uşaqları i�

arrow Ətraflı