Yanacaq daşıyan maşınlar Xankəndidən Laçın istiqamətinə maneəsiz keçiblər FOTO
Siyasət 02 Fev 2023 09:24:00 348 0
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 6 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bu xəbəri də oxu: İlham Əliyev Pezeşkianı təbrik edib
Son.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 6 yanacaq daşıyan maşın Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 53 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Son.az
Ukraynanın şərqində şiddətli döyüşlər davam edir. Düşmən Liman isti
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Rusiyanın hücum əməliyyatında və Donbas uğrunda ağır döyüşlərin pik
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Bronxoostruktiv sindrom bronx keçiriciliyinin pozulmasıdır. Xronik obstruktiv
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Yanvarın 2-dən 29-na kimi 20 milyona yaxın insan koronavirus infeksiyasına y
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Xerson vilayətində Dnepr çayının sahillərində rus işğalçıların təxr
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Böyük Britaniya hökuməti Ukraynaya qoşun göndərməyi planlaşdırmır.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
İranın növbəti il büdcəsində, vergilərin 47 faiz artımına baxmayaraq,
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
İspaniyanın Müdafiə Nazirliyi fevralın 6-da Ukraynaya 20 ədəd M113 zirehl
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Gürcüstan hakimiyyəti hazırda Mixail Saakaşviliyə açıq şəkildə işgə
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
III Dünya müharibəsi de-fakto reallığa çevrilib, artıq qırmızı xətt �
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)