Qan dövranını yaxşılaşdırmanın bir neçə üsulu.
Digərləri 02 Fev 2023 08:15:00 405 0
Qan dövranında problem olarsa, buna diqqət etməmək mümkün deyil. Təzyiqin düşməsi, yorğunluq, təngnəfəslik, soyuq əllər və ayaqlar - qan dövranının pozulmasının aşkar əlamətləridir. Qan dövranının belə dayanması hipertoniya, damarlarda varikoz genişlənməsi və gözlərin altında tünd kölgələrin əmələ gəlməsi ilə nəticələnir. Bundan əlavə zəif qan dövranı - ürək çatışmazlığını yaradan amillərdən biridir. Sağlamlıqla bağlı ciddi problemlərdən uzaq olmaq və ürəyin işini yaxşılaşdırmaq üçün bir neçə təbii üsullardan istifadə etməyiniz vacibdir.
Bu xəbəri də oxu: Pensiya alanların diqqətinə!
QAN DÖVRANINI NECƏ YAXŞILAŞDIRMAQ OLAR? 1. Ədviyyatlardan istifadə edin. Rasionunuza ədviyyatları əlavə etmək sağlamlığınızın qeydinə qalmaq deməkdir. Qırmızı bibər (çili), qara istiot, ətirli rozmarin, kəklikotu, darçın və hətta sarımsaq qan dövranını aktivləşdirən ədviyyatlardır. Maddələr mübadiləsinin yaxşılaşmasında və cavanlığı qorumaq üçün bu ədviyyatlar faydalıdır.
2. Pilləkənlərdən istifadə edin. Bu varikozla mübarizədə çox faydalıdır. Lift istifadəsindən imtina edərək siz qan damarlarınızın divarını möhkəmləndirərək ürəyinizidə məşq elətdirmiş olursunuz.
3. Dartının. Əgər siz kompyuter arxasında çox vaxt keçirirsinizsə o zaman ən az bir saatdan bir qalxın və dartınmağa çalışın. Oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır, lakin belə dartınmalar sayəsində bu xoşagəlməz situasiyanı aradan qaldırmaq olar.
4. Siqaret çəkməkdən imtina edin. Nikotin orqanizmdən yalnızca vitamin C-ni xaric etmir. Bu zərərli maddə birbaşa ürəyə də təsir edir. Siqaret çəkməkdən imtina etsəniz bir neçə gün ərzində səhhətinizdəki dəyişiklikləri hiss edəcəksiniz.
5. Masajla dincəlin Masaj orqanizmdə qanı oynadır və qan dövranının zəifləməsinin qarşısını alır. Əl və ayaqlarınız soyuduğu zaman özünüz masaj etdikdə effektini həmən hiss edəcəksiniz.
6. Düzgün vəziyyətdə istirahət. Qan dövranını yaxşılaşdırmaq üçün uzanan zaman ayaqlarınızı baş səviyyəsindən hündürdə saxlayın. Heç olmasa gün ərzindı 15 dəqiqə döşəmədə uzanaraq ayaqlarınızı divanın üstünə qoyun.
7. Çeşidli yeməklərlə qidalanın. Qida rasionunuza balqabaq və günəbaxan toxumu, avokado, xurma, daha çox təzə göyərti və meyvə əlavə edin. Bundan əlavə qan dövranının fəaliyyəti üçün tünd şokolad çox faydalıdır.
"Yeni reallıqların işığında regionda öz gücündən söz etdirən Az
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa
İsrail Müdafiə Qüvvələri cümə axşamı səhər saatlarında Qəzza zola�
Ağciyərlərin alveolyar mikrolitiazı alveollarda mineral birləşmələr və
Avropa İttifaqının Ermənistana uzunmüddətli missiya göndərməsində niyy
İsrailin müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətl�
Misirin paytaxtı Qahirənin əl-Matariya rayonunda yerləşən xəstəxanada ba
Rusiya ordusu Ukraynanın Kramatorsk şəhərində yaşayış binasını vurub.
Türkiyənin məşhur aktrisası Türkan Şorayın qızı ailə qurmağa hazırl
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən fevral a
Xəstəlik ağciyər arteriyası və oun şaxələrinin konseptrik fibrozu, hipe
Respirator disstress sindromu kəskin tənəffüs çatışmazlığı ilə xarakt
Xəbər verdiyimiz kimi, fevralın 1-də Kəlbəcərin Qılınclı kəndi ərazi