“102ci” rus hərbi bazası, sərhədçilər Ermənistandan çıxarılır


Siyasət 02 Fev 2023 08:10:00 294 0

“102ci” rus hərbi bazası, sərhədçilər Ermənistandan çıxarılır

Avropa İttifaqının Ermənistana uzunmüddətli missiya göndərməsində niyyət aydındır. Bu, ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyanın arzusu idi. Çünki o, bütün imkanlardan istifadə edib Qərbin tədricən Ermənistanda Rusiyanın təsirinə son qoymaq istəyir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqdan başlamış Ermənistanın sərhədlərini mühafizə edən rus sərhədçilərinin ölkədən çıxarılması məsələsinə qədər hər şey planlaşdırılıb. Eyni zamanda Gümrüdə yerləşən "102-ci" rus hərbi bazasının da Ermənistandan qısa zamanda çıxarılması məsələsi var. Paşinyan məhz bu layihənin reallaşmasına çalışır. Bununla yanaşı erməni baş nazir yaranmış situasiyadan Azərbaycana qarşı da istifadə etmək niyyətindədir. "Azərbaycan Ermənistanın sərhədlərini təhdid edir" kimi bir absurd anlayış ortaya atılır. Məqsəd Aİ-nin missiyasının Azərbaycanla Ermənistan arasındakı şərti sərhəd boyu ərazidə yerləşməsinə nail olmaqdır.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, Paşinyanın məqsədi baş verənlərdən maksimum istifadə edib Rusiyanın Ermənistandakı hərbi varlığına son qoymaqdır: "Avropa İttifaqının bu missiyasının da Ermənistana nə dərəcədə yardım edəcəyi məsələsi də kifayət qədər mübahisəlidir. Çünki Azərbaycandan Ermənistanın şərti sərhəd xətti boyunca hər hansı bir təhdid yoxdur. Bu, Ermənistanın hər hansı bir təxribata əl atmayacağı təqdirdə olmayacaq. Ötən ilin sentyabrındakı kimi Ermənistanın Azərbaycan ərazisini işğal etmək niyyətində olmadığı müddətə qədər bu baş verməyəcək. Ona görə də, Ermənistan tədricən Rusiyanın təsir dairəsindən çıxaraq Avropa və ABŞ-ın nüfuz dairəsinə daxil olması üçün ciddi addımlar atılır. Ermənistan iqtidarının niyyəti məhz budur. Aİ-nin bu ölkəyə missiya göndərməsi də başqa bir məqsəd daşımır".

"Paşinyandan Rusiyaya qarşı növbəti açıq cəbhə"

Partiya sədrinəə görə, son baş verən proseslər Ermənistanın baş nazirinin Rusiyaya qarşı növbəti aşkar surətdə cəbhə açdığının təzahürü hesab edilir: "Çünki Paşinyanı hakimiyyətə gətirən Qərb dairələri Rusiyanın tez bir zamanda Ermənistandan çıxarılmasına nail olmaq niyyətindədir. Rusiya üç Cənubi Qafqaz respublikasından ancaq Ermənistanda hərbi mövcudluğunun olduğunu nəzərə alaraq buna qarşı aparılan prosesləri də məhz eyni müstəvidə xarakterizə etmək olar. Azərbaycanın erməni əsilli insanların yaşadığı ərazilərində yerləşmiş rus hərbi kontingentinin isə burada qalma müddəti bəllidir. Rus hərbi kontingenti 2025-ci ildə Azərbaycan ərazisini tərk edəcək. Yeganə olaraq Ermənistanda özünün hərbi-siyasi varlığını qoruyub saxlamağa çalışan Rusiya burada Qərb üçün rəqib rolundadır".

"Qərb ölkələrinin Ermənistandakı əsas niyyəti məhz budur"

Millət vəkili deyib ki, bu gün Qərb ölkələrinin niyyəti Ermənistanda təsir imkanlarını daha da genişləndirməkdən ibarətdir: "Qərb burada özünün fəaliyyət imkanlarına hər hansı bir məhdudiyyət olmamasına can atır. Onlar üçün burada yeganə maneə Rusiyadır. Qərb və ABŞ Rusiyanı mövcud olduğu bütün regionlardan sıxışdırıb çıxarmağa çalışır. Eyni zamanda Rusiya da eyni ssenari ilə hərəkət edir. Bu proses başqa yerlərdə fərqli olsa da Cənubi Qafqazda xüsusən də Ermənistanda başqa bir xarakterdə həyata keçirilir. Dünyanın başqa bölgələrində Rusiya açıq şəkildə Qərb dövlətləri tərəfindən sıxışdırılır. Bununla da Rusiyanın imkanları tamamilə məhdudlaşdırılır".

"Rusiyanın ağ bayraq aldırmaq niyyəti yoxdur"

Fəzail Ağamalı vurğulayıb ki, Ermənistan Rusiyaya qarşı olan layihənin içərisindədir: "Bu ölkə ona verilən tapşırıqları yerinə yetirir. Təbii ki, Kreml bu cür davranışlara qarşı cavab imkanlarını nəzərdən keçirir. Eyni zamanda Rusiya sona qədər Ermənistanda öz varlığını qoruyub saxlamağa çalışacaq. Bu təbii ki, birmənalıdır. Ukraynada Rusiyaya aparmış olduğu müharibə fonunda Ermənsitandan özünə qarşı olan təhdidlərə daha radikal və çevik reaksiya verməyə imkan yaratmır. Amma bu o demək deyil ki, Ermənistanın Rusiyaya qarşı həyata keçirdiyi bu cür addımlar onun bu ölkədən çıxarılmasına hesablanan xətt sakit qarşılanmayacaq. Bunu düşünməmək böyük səhv olardı. Hər halda Rusiya öz varlığını qoruyub saxlamaq üçün Ermənistanda ən müxtəlif üsullardan istifadə edəcək. Hətta Paşinyanın hakimiyyətdən devirmək planına qədər Rusiyanın alternativlərinin olduğu şübhəsizdir. Görünən odur ki, Rusiya sona qədər Ermənistandan çıxmaq haqqında düşünmür. Paşinyanın atdığı addımlar qarşısında Rusiyanın ağ bayraq qaldırmaq niyyəti yoxdur".

İsrail narahatdır: Bakıya bir gündə like
  • 02 Fev 08:08  
Siyasət İsrail narahatdır: Bakıya bir gündə

İsrailin müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətl�

arrow Ətraflı
Misirdə xəstəxanada yanğın olub, like
  • 02 Fev 08:07  
Dünya Misirdə xəstəxanada yanğın olub,

Misirin paytaxtı Qahirənin əl-Matariya rayonunda yerləşən xəstəxanada ba

arrow Ətraflı
Çoxdöllü hamiləlik like
  • 02 Fev 08:05  
Digərləri Çoxdöllü hamiləlik

Çoxdöllü hamilə qadınlar bütün doğan qadınların 1,5%-i təşkil edir.

arrow Ətraflı
Rusiya Kramatorsku vurdu, like
  • 02 Fev 08:04  
Siyasət Rusiya Kramatorsku vurdu,

Rusiya ordusu Ukraynanın Kramatorsk şəhərində yaşayış binasını vurub.

arrow Ətraflı
Türkan Şorayın qızı ailə qurur  FOTO like
  • 02 Fev 07:55  
Şou-biznes Türkan Şorayın qızı ailə qurur FOTO

Türkiyənin məşhur aktrisası Türkan Şorayın qızı ailə qurmağa hazırl

arrow Ətraflı
Vilayət Eyvazov bu rayonların sakinlərini like
  • 02 Fev 07:25  
Digərləri Vilayət Eyvazov bu rayonların sakinlərini

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən fevral a

arrow Ətraflı
Ağciyər hipertenziyası like
  • 02 Fev 07:21  
Digərləri Ağciyər hipertenziyası

Xəstəlik ağciyər arteriyası və oun şaxələrinin konseptrik fibrozu, hipe

arrow Ətraflı
Ərdoğan Ukraynaya tank göndərilməsindən like
  • 02 Fev 07:15  
Siyasət Ərdoğan Ukraynaya tank göndərilməsindən

"Tankların Ukrayana göndərilməsi həll yolu deyil".

arrow Ətraflı
Respirator disstress sindromu like
  • 02 Fev 07:11  
Digərləri Respirator disstress sindromu

Respirator disstress sindromu kəskin tənəffüs çatışmazlığı ilə xarakt

arrow Ətraflı
Qəzada həlak olan polkovnikleytenant imiş... like
  • 02 Fev 07:05  
Digərləri Qəzada həlak olan polkovnikleytenant imiş...

Xəbər verdiyimiz kimi, fevralın 1-də Kəlbəcərin Qılınclı kəndi ərazi

arrow Ətraflı
Kəskin dağınıq ensofalomielit like
  • 02 Fev 06:04  
Digərləri Kəskin dağınıq ensofalomielit

Kəskin dağınıq ensofalomielit sinir sisteminin yoluxucu allergik xəstəliyi

arrow Ətraflı
“Popun kralı” haqqında film çəkilir: Baş rolun ifaçısı açıqlandı  FOTO like
  • 02 Fev 05:22  
Şou-biznes “Popun kralı” haqqında film çəkilir: Baş rolun ifaçısı açıqlandı FOTO

Amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi, "Popun kralı&quo

arrow Ətraflı
Hamiləlikdə böyrəklərin zədələnməsi zamanı qanın laxtalanma sistemi like
  • 02 Fev 05:02  
Digərləri Hamiləlikdə böyrəklərin zədələnməsi zamanı qanın laxtalanma sistemi

Hemostazın pozulması hamiləlik vaxtı ilk növbədə aşağıdakı əlamətl�

arrow Ətraflı
Bu serialın çəkilişləri dayandırıldı like
  • 02 Fev 04:44  
Şou-biznes Bu serialın çəkilişləri dayandırıldı

"Barbaros Hayreddin:Sultanın fermanı" serialının çəkilişlərin�

arrow Ətraflı
Bronxial astmanın pilləli müalicəsi like
  • 02 Fev 04:03  
Digərləri Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın

arrow Ətraflı