Hücum İran xüsusi xidmət orqanları tərəfindən hazırlanıb,
Siyasət 31 Yan 2023 21:08:00 257 0
"Azərbaycanın Tehrandakı səfirliyinə hücum terror aktıdır. Bu olayı hansı istiqamətə dəyişməyə çalışsalar da, məsələ dəyişməyəcək, bu, terror hücumudur. Məlum olub ki, terror aktını həyata keçirən şəxs əslində İran tərəfindən himayə olunan terror təşkilatlarından biridir".
Bu xəbəri də oxu: Sərdar Berdiməhəmmədov İlham Əliyevə başsağlığı ünvanlayıb
Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
O əlavə edib ki, hadisədən sonra təhlükəsizlik kameralarının görüntüləri sübur edir ki, bu prosesdə İranın hakim dairələrinin ən azı bir hissəsi iştirak edib:
"Bəli, mən deməzdim ki, İran hakimiyyətində hamı bu ssenaridən məlumatlı olub, amma böyük bir hissəsinin burada hansısa formada iştirak edib. Hücum aktı öncədən İran xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və sonra da həyata keçirilib. Bunu yalnız kamera görüntüləri ortaya qoyur. Həmin şəxs səfirlikdən çıxarıldıqdan sonra da əlinə avtomat alaraq diplomatik korpusun qapısına güllə atır. Bunlar təsadüfi ola bilməz. Həm də nəzərə almalıyıq ki, səfirliyin təhlükəsizliyinə cavabdeh olan polis əməkdaşı ümumiyyətlə terrorçuya müqavimət göstərməyib, onun önünü kəsməyib".
Qulamhüseyn Əlibəyli qeyd edib ki, həmin terrorçu ələ keçirildikdən sonra həbsxanaya aparılmalı olduğu təqdirdə İran televiziyalarının efirinə çıxarılıb:
"Qısacası, bu, İran hakim dairələrinin müəyyən hissəsi tərəfindən hazırlanıb, məqsəd Azərbaycanı qorxutmaq olub. Çünki Azərbaycanın 44 günlük müharibə zamanı qazandığı qələbə ermənilərdən daha çox İrana təsir edib. Bu səbəbdən də İran ortaya düşür, açıqlamalar verir, qırmzı xəttindən bəhs edir və s. Amma aydındır ki, belə hərəkətlərlə Azərbaycanı qorxutmaq və tutduğu yoldan geri qaytarmaq mümkün deyil".
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malley bildirib ki, "di
İrana zərbə endirən dronların "mini" olması ciddi müzakirələr
Ukrayna hadisələrinin qızğın vaxtında Cənubi Qafqazın problemləri ikinc
Rusiyalı diyetoloq soğan zərər verməyən insanlara hər gün balaca bir so�
"Kızılcık şerbeti" serialının çəkiliş meydançasında mübahi
Mərhum Uels şahzadəsi Diananın libası satışa çıxarılıb.
Afrikada və Yaxın Şərq ölkələrində qadınların sünnət olunduğunu bil
Xəbər verdiyimiz kimi, məşhur müğənni Britni Spirs bir neçə gün əvv�
Yanvar ayının 28-də Mikayıl Əliyev küçəsi ilə Babək prospekti istiqam�
Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması m�
"Həyat yoldaşım mənə də qadağalar qoyub. Harasa getməyə icazə ver
"Karmen" operasını artıq 30 ildir ki, ifa edirəm. Bundan başqa op
Ötən il Azərbaycana 74 min 577 ədəd avtomobil idxal edilib. Bu da 2021-ci