İrana zərbə endirən dronlar Ermənistandan


Siyasət 31 Yan 2023 21:06:00 891 0

İrana zərbə endirən dronlar Ermənistandan

İrana zərbə endirən dronların "mini" olması ciddi müzakirələrə yol açıb. Bu mini-dronların İsraildən uçub gəlməsinin mümkünsüzlüyü hansısa yaxın ərazilərdən qalxması versiyasını ortaya çıxarıb.

Son.az axar.az-a istinadən bildirir ki, İran rəsmiləri, xüsusilə SEPAH artıq dronların İran ərazisindən qalxdığı haqda məlumat yayıblar. Bunun səbəbi sərhəddən hər hansı təhlükəli obyektin keçməsi barədə radarların heç nə qeydə almamasıdır. İran ya İsrail texnikasının ən müasir olduğunu, özünün müdafiə sistemlərinin və peyklərinin bu PUA-ları "görmədiyini" elan etməli, ya da digər versiyaya - dronların məhz İran ərazisindən qalxmasına üstünlük verməlidir.

Hazırda ikinci versiya aktivdir. Bu isə növbəti sualı ortaya çıxarır: Bu dronlar İran ərazisinə əvvəlcədən yerləşdirilib. Bəs, nə vaxt və hansı marşrutla?

SEPAH komandirləri hələ ki, bu mövzuya toxunmurlar. Ancaq istər-istəməz, gec və ya tez nəzərlər Ermənistanın üzərinə dikiləcək.

Erməni mediasının dronların Azərbaycandan qalxması barədə böhtanlarını İran özü belə təkzib edir - qeyd etdiyimiz ki, dronların İran ərazisindən qaldırıldığını bildirir. İranla Azərbaycan arasında quru sərhədi açıq deyil, yalnız yük maşınları keçir, həmçinin hava nəqliyyatı var. Yük maşınları isə "sona qədər" yoxlanılır, hava nəqliyyatı ilə də hərbi təyinatlı nələrsə daşımaq mümkünsüzdür.

İranın İraqla sərhədi də kifayət qədər gücləndirilmiş vəziyyətdədir: İraqda SEPAH-ın qərargahları yerləşir və İran agentura şəbəkəsi bu ölkədə çox güclüdür.

İrana Körfəzdən, yaxud şərq qonşularından - Əfqanıstan, Türkmənistan, Pakistandan - hər hansı hərbi təyinatlı daşınma həyata keçirilməsi real deyil. Əvvəla, həmin ölkələrin ABŞ və İsraillə əlaqələri zəifdir, digər tərəfdən isə İran şərq sərhədində və şərq qonşularında, o cümlədən Körfəzdə kifayət qədər aktivdir.

İranın ən "zəif yeri" hazırda məhz Ermənistandır. Ermənistanın maraqlarını qorumaqla, Azərbaycanla münasibətlərini düşmənçilik səviyyəsinə çatdıran İran Ermənistandan təhlükə gələcəyini gözləmir.

Xatırlayaq ki, Krım körpüsünün partladılması əməliyyatı da Ermənistan üzərindən həyata keçirilmişdi. Rusiya arxayın olduğu müttəfiqinin mallarını yoxlamamış, əvəzində isə Ermənistan Avropadan gələn malların sənədlərini Aİİ standartlarına çevirərək, yük maşınının yoxlanılmadan Rusiya ərazisinə keçidinə şərait yaratmışdı.

Eyni ssenari ilə Ermənistandan İrana qarşı istifadə edilməsi ehtimalı həddən artıq yüksəkdir.

Bu məqama əlavələr də edilə bilər: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Qafqaz ölkələri içərisində yalnız Ermənistana, həm də məxfi şəkildə səfər etmişdi. 15 iyul 2022-ci ildə, Rusiyanın Ermənistandakı mediası "özəl mənbələrə istinadla" məlumat yaydıqdan - yəni Rusiya xüsusi xidməti bu səfəri ifşa etdikdən - sonra Börnsün İrəvana səfəri və Paşinyanla qapalı görüş keçirdiyi rəsmi şəkildə bircə cümlə ilə təsdiqlənmişdi.

İsrailin həyata keçirdiyi ehtimal edilən hücumda əsas dəstəkçinin ABŞ olduğu şübhəsizdir (İrana ilk iki zərbə zamanı Börns İsraildə idi). MKİ geyimli MOSSAD-çıların Ermənistandan İrana nələrsə daşıya biləcəyi ehtimalı bu baxımdan diqqətçəkicidir.

MKİ şefinin ardınca İrəvana Mi-6 rəhbəri Riçard Murun gəlişi də indiki məqamda nəzərdə qaçırılmamalıdır. Bu səfər də məxfi keçirilmişdi. MKİ və Mi-6-nın yüksək səviyyədə əməkdaşlığı da müzkirə mövzusu deyil. Hətta bu səfərin ardınca - 2022-ci ilin noyabr-dekabr aylarında rusiyalı tanınmış politoloqlar MKİ və Mi-6-nın Ermənistanı ələ keçirdiyini elan etdilər.

ABŞ-ın dünyadakı ən böyük səfirliyinin - yəni kəşfiyyatçılarının - kiçik Ermənistanda olduğunu da nəzərə almalıyıq.

Bu məlumatların təhlili İrana yerləşdirilən İsrail və yaxud ABŞ dronları üçün ən ideal marşrutun Ermənistan olduğu ehtimalını gücləndirir.

Nəzərə alaq ki, Ermənistan hakimiyyəti qərbyönlüdür və tapşırıq və göstərişləri də Qərbdən alırlar. Hətta Ermənistan dövlətinin yaranmasına görə borclu olduqları Rusiyadan hazırda imtina yolunu tutublar və Moskvanı rahat şəkildə satdıqlarını elan etməkdən çəkinmirlər.

Ənənəvi erməni təfəkkürüdür. Bu baxımdan Ermənistanın "müttəfiq saydığı" İrana qarşı MKİ və ya MOSSAD-ın fəaliyyətinə yaşıl işıq yandırmasına nə mane ola bilər?

Yaddaşımızı necə qoruyaq? like
  • 31 Yan 21:05  
Digərləri Yaddaşımızı necə qoruyaq?

Sağlam həyat tərzi yaddaş itkisini ləngidir.

arrow Ətraflı
Rus mediası: “İrəvan qardaşımız” bizə qarşı like
  • 31 Yan 21:04  
Siyasət Rus mediası: “İrəvan qardaşımız” bizə qarşı

Ukrayna hadisələrinin qızğın vaxtında Cənubi Qafqazın problemləri ikinc

arrow Ətraflı
Xərçəngin qarşısını alan UCUZ MƏHSUL: like
  • 31 Yan 21:01  
Digərləri Xərçəngin qarşısını alan UCUZ MƏHSUL:

Rusiyalı diyetoloq soğan zərər verməyən insanlara hər gün balaca bir so�

arrow Ətraflı
Tanınmış aktrisa çəkiliş meydançasını birbirinə qatdı like
  • 31 Yan 20:56  
Şou-biznes Tanınmış aktrisa çəkiliş meydançasını birbirinə qatdı

"Kızılcık şerbeti" serialının çəkiliş meydançasında mübahi

arrow Ətraflı
Diananın libası bu qiymətə satıldı  FOTO like
  • 31 Yan 20:48  
Dünya Diananın libası bu qiymətə satıldı FOTO

Mərhum Uels şahzadəsi Diananın libası satışa çıxarılıb.

arrow Ətraflı
Azərbaycanda sünnət olunan qadınlar danışdı: "Qorxulu deyil" like
  • 31 Yan 20:45  
Digərləri Azərbaycanda sünnət olunan qadınlar danışdı: "Qorxulu deyil"

Afrikada və Yaxın Şərq ölkələrində qadınların sünnət olunduğunu bil

arrow Ətraflı
"Rəqslərimə görə mənə dəli deyirlər" like
  • 31 Yan 20:40  
Şou-biznes "Rəqslərimə görə mənə dəli deyirlər"

Xəbər verdiyimiz kimi, məşhur müğənni Britni Spirs bir neçə gün əvv�

arrow Ətraflı
Bitməyən mübahisə  Avtomobil bu halda cərimə meydançasına getməlidir like
  • 31 Yan 20:39  
Digərləri Bitməyən mübahisə Avtomobil bu halda cərimə meydançasına getməlidir

Yanvar ayının 28-də Mikayıl Əliyev küçəsi ilə Babək prospekti istiqam�

arrow Ətraflı
Bu rayonlarda 5 qanunsuz kömür quyusu ləğv edilib  FOTO like
  • 31 Yan 20:31  
Digərləri Bu rayonlarda 5 qanunsuz kömür quyusu ləğv edilib FOTO

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması m�

arrow Ətraflı
"Xəyanəti bağışlamaq olar" like
  • 31 Yan 20:20  
Şou-biznes "Xəyanəti bağışlamaq olar"

"Həyat yoldaşım mənə də qadağalar qoyub. Harasa getməyə icazə ver

arrow Ətraflı
“Toylara getmirəm”  Fidan Hacıyeva  FOTO like
  • 31 Yan 20:00  
Şou-biznes “Toylara getmirəm” Fidan Hacıyeva FOTO

"Karmen" operasını artıq 30 ildir ki, ifa edirəm. Bundan başqa op

arrow Ətraflı
Azərbaycana avtomobil idxalı azalıb  Səbəb nədir?  VİDEO like
  • 31 Yan 19:09  
Digərləri Azərbaycana avtomobil idxalı azalıb Səbəb nədir? VİDEO

Ötən il Azərbaycana 74 min 577 ədəd avtomobil idxal edilib.  Bu da 2021-ci

arrow Ətraflı
Terror aktı regiondakı sülh prosesinə mane olmaq cəhdidir  Xarici ekspertlər like
  • 31 Yan 19:00  
Siyasət Terror aktı regiondakı sülh prosesinə mane olmaq cəhdidir Xarici ekspertlər

Xarici ekspertlər və jurnalistlər Azərbaycan Respublikasının İran İslam

arrow Ətraflı