“Toylara getmirəm” Fidan Hacıyeva FOTO
Şou-biznes 31 Yan 2023 20:00:00 351 0
"Karmen" operasını artıq 30 ildir ki, ifa edirəm. Bundan başqa operalar ifa etsəm də, bu opera mənim vizit kartıma çevrilib. Hara gedirəmsə "Karmen"-i istəyirlər. Həmin operanı çox sevirəm. Operanı sevmək lazımdır, mən 6 yaşımdan Bülbül adına orta ixtisas məktəbinə, fortepiano sinfinə getmişəm. Sonra konservatoriyada bakalavr, magistr, aspiranturanı bitirdim. 3 il İtaliyada oxumuşam. Bütün ömrümü bu sənətə həsr etmişəm. Onun üçün bu sənətdə mühafizəkaram".
Bu xəbəri də oxu: Balaəli məhkəməyə verildi
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, məşhur opera ifaçısı Fidan Hacıyeva deyib. Sənətkar ailə həyatından da danışıb.
"Planlı şəkildə olsa hər şeyi çatdırmaq olar. Sənətimlə də məşğul olub, uğurlar əldə edirəm. Amma axşam evə gedəndə ev işləri, uşaqların dərsləri ilə məşğul oluram, ailəmə, yoldaşıma, böyük diqqət göstərirəm. Uşaqlarımız böyüyür, onların təhsilinə böyük önəm veririk. Bu il iki övladım artıq hazırlığa gedir. Kiçik övladımın da 9 yaşı var. Skripka, fortepiano, gitara ilə məşğul olur. Musiqi duyumu məndən ona keçib. Çoxu elə bilir ki, biz xaricdə oluruq, amma biz Azərbaycanda yaşayırıq" deyə sənətkar bildirib.
Xalq artisti tələbələrindən, vokal məktəbindən də danışıb.
"Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi"m fəaliyyət göstərir. Milli Konservatoriyada müəlliməyəm, orada da tələbələrim var. Baxmayaraq ki, özüm də səhnədəyəm, amma onlarla yaşayıram, indi onlara da öyrədirəm. Bu günlərdə İtalyan bəstəkarı Maskaninin "Kənd namusu" operasını ifa etdim, premyeram oldu. Bu sənəti sadəcə sevmək lazımdır. İnanın ki, Azərbaycanda nə qədər gənc opera ifaçıları var. Onları xalqa tanıtmaq lazımdır. Elə tələbələrim var ki, bir dənə opera buraxmırlar, hər dəfə gedib izləyirlər. İstərdim ki, onlara hansısa yollarla kömək edim. Efirlərə, radiolara çağırış edirəm ki, belə gənclərə dəstək olsunlar" deyə opera müğənnisi bildirib.
Xalq artisti nadir hallarda toylarda iştirak etdiyini bldirib.
"Çox yaxın dostlarım dəvət edəndə açılışda bir-iki mahnı ifa edirəm. Amma belə hər dəfə toya getmirəm. Klassik əsərlər ifa edirəm. Xalq mahnılarını da öz üslubumda ifa edirəm, fərqli olur. Toylarımızda xalq musiqilərimizi, bəstəkar mahnılarını elə gözəl təqdim etmək olar ki, toyun rəngi dəyişər. Sadəcə səliqəli musiqilərə müraciət etmək lazımdır" deyə xalq artisti bildirib.
Ötən il Azərbaycana 74 min 577 ədəd avtomobil idxal edilib. Bu da 2021-ci
Xarici ekspertlər və jurnalistlər Azərbaycan Respublikasının İran İslam
Avropa İttifaqı (Aİ) Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar Az
"Konsertlə bağlı anam məni, mən də anamı təbrik etdim. Ona dedim ki
Gələcəkdə Ermənistan da həyata keçirdiyimiz layihələrdə bizə qoşula
Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımız�
İrandakı Azərbaycan səfirliyinə hücum fars-molla rejiminin iç üzünü, t
İkitərəfli ticarətin və investisiyaların təşviqi, beynəlxalq biznes ü�
Bakıda "Makarov" tapançası ilə gəzən şəxs saxlanılıb.
2023-2024-cü tədris ilində Bakı Dövlət Universitetində (BDU) magistratura
İstanbulun Çekmeköy rayonunda əsgər yolasalma mərasimi faciə ilə bitib.
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının Bakıda İran casus şəbə
Aslıhan Doğan Turan həyat yoldaşı məşhur futbolçu Arda Turanın ad gün�