Borrel ermənipərəst deputata cavab verdi
Digərləri 31 Yan 2023 17:29:00 254 0
Avropa İttifaqı (Aİ) Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmasını nəzərdə tutmur.
Bu xəbəri də oxu: Daş dövrünə aid yadplanetli heykəlləri tapıldı
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozel Borrel Avropa Parlamentinin ermənipərəst deputatı Asita Kankonun sualına cavab olaraq bildirib.
Avropa Parlamentinin ermənipərəst deputatı Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə 2022-ci il 16 dekabr tarixində Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar sual ünvanlamışdı. Cavab dünən gəlib.
"Sanksiyalar Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti məqsədlərinə xidmət edən vasitələrindən yalnız biridir və hazırkı vəziyyətdə nəzərdə tutulmur. Aİ-nin Ermənistan və Azərbaycanla çalışmaları dialoq vasitəsilə həllə nail olmağa yönəlib və hər iki ölkənin rəhbəri buna tərəfdar olub", - Borrel deyib.
O, həmçinin, 2022-ci ilin dekabr ayının əvvəlllərindən Aİ-nin Laçın yolunda və onun ətrafındakı hadisələri diqqətlə izlədiyini əlavə edib. Bundan başqa, ali nümayəndə Aİ-nin Ermənistana yeni mülki missiyasının (EUMA) göndərilməsi məsələsini xatırladıb.
"Avropa İttifaqı Ermənistanın Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində ölkəyə mülki missiya göndərmək xahişini cavablandırmaq qərarına gələrək əməkdaşlığın yeni mərhələsini başladıb. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında stabilliyə nail olmaq, yerli səviyyədə etimadı möhkəmlətmək və Ermənistanla Azərbaycan arasında Aİ-nin dəstəyi ilə münasibətlərin normallaşmasına yönəlmiş çalışmalara imkan yaradan şəraiti təmin etməkdən ibarətdir", - Borrel deyib.
"Konsertlə bağlı anam məni, mən də anamı təbrik etdim. Ona dedim ki
Gələcəkdə Ermənistan da həyata keçirdiyimiz layihələrdə bizə qoşula
Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımız�
İrandakı Azərbaycan səfirliyinə hücum fars-molla rejiminin iç üzünü, t
İkitərəfli ticarətin və investisiyaların təşviqi, beynəlxalq biznes ü�
Bakıda "Makarov" tapançası ilə gəzən şəxs saxlanılıb.
2023-2024-cü tədris ilində Bakı Dövlət Universitetində (BDU) magistratura
İstanbulun Çekmeköy rayonunda əsgər yolasalma mərasimi faciə ilə bitib.
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının Bakıda İran casus şəbə
Aslıhan Doğan Turan həyat yoldaşı məşhur futbolçu Arda Turanın ad gün�
Daxili İşlər Nazirliyi Bakıda "SalamNews" informasiya agentliyi v�
"Həmişə gəlinimdən danışıram və qınaq obyektivinə çevrilirəm.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə
Bələdiyyə əmlakının mənimsənilməsinə görə cinayət işi başlanıb.