Müəllimlərin sertifikasiya ilə bağlı YENİ XƏBƏR
Digərləri 06 Fev 2025 16:51:00 75 0
Sertifikasiya imtahanlarının hansı fənlərdən keçiriləcəyi ilə bağlı qərar hələ də verilməyib. Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın iclası hələlik keçirilməyib.
Bu xəbəri də oxu: Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
2025-ci ildə 7 fənnin - tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcəyi iddia edilir. Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib.
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Nadir İsrafilov deyir ki, növbəti imtahaların ləngiməsi müəllimlərin xeyrinədir, çünki onlar imtahana daha yaxşı hazırlaşmaq üçün əlavə vaxt qazanmış olurlar:
"Danılmaz faktdır ki, şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi ön plana çəkilmiş, müəllim amilinin təhsilalanın öyrənməsi və inkişafı, onun nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynaması, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri, müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılılığı qeyd edilib.
Məhz bu baxımdan da "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na müvafiq olaraq davamlı kompleks tədbirlər ardıcıl olaraq davam etdirilmiş, müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılmış və bu sahədə işlər davam etdirilməkdədir. Sertifikasiya bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir və bu prosedurun əsas məqsəd və vəzifələrindən biri də məhz müəllimləri daim inkişafda saxlamaqdır. Buna görə də sertifikasiya prosesinə fərqli prizmalardan deyil, müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edən, yeni səriştələrin formalaşmasına imkan verən, onlara potensial imkanlarından istifadə perspektivlərini, ixtisasının artırılması zərurətinin müəyyənləşdirən, əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi baxmaq lazımdır.
Kiçik bir xatırlatma yerinə düşər ki, müəllim əməyinin qiymətləndirilməsi və onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. Hələ,1999-cu ildə dövlət komissiyası tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqram"ına "rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımı diqqət yetirilməməsi" barədə müddəalar daxil edilmiş və bunun həll olunacağı müddətlər belə müəyyən olunmuşdu.Təhsil haqqında Qanun"a müvafiq dəyişikliklər və əlavələrə əsasən Attestasiya Diaqnostik qiymətləndirmə ilə əvəz olunmuş, 2014-cü ildən başlayaraq müəllimlərin böyük əksəriyyətinin bu prosesə cəlb olunmasına baxmayaraq, Diaqnostik qiymətləndirmə heç də hamı tərəfindən birmənalı qarşılanmadığından bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmamışdı. Nəticə olaraq, "Əmək Məcəlləsinin 66-cı maddəsinə "dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq" bəndi salınmışdı".
Ekspert bildirib ki, sənədə təklif edilən yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq:
ABŞ-nin Viskonsin ştatında bir qadın toy məkanına görə gələcək qayı
Kim hansı dildə istəyirsə təhsil ala bilər. Lakin Azərbaycan Respublikas�
Valideynin uşaqlarını məktəbə gətirməsi ilə öz iş saatlarının uyğu
Mən hesab edirəm ki, müəllim sinifdə dərs dediyi uşağa dərsdən sonra r
Biz nazirlik olaraq diplomları Səhiyyə Nazirliyi tərəfindən verilən rəy
Türkiyədə iki il əvvəl baş verən və 53 mindən çox insanın həyatına
Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir.
Türkiyənin məşhur aktyoru Kadir İnanırdan sevənlərinə şad xəbər gəl
İran özünün ilk pilotsuz uçuş aparatları(PUA) daşıyan hərbi gəmisini
Son günlər çörəyin çəkisinin azalması ilə bağlı yayılan məlumatlar
Prezident İlham Əliyev "İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyə
Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanunda dəyi
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sos
Bir qrup Azərbaycan QHT-si ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanks