İsmayıllı yolu genişləndirilir: 4 zolaq, tunel, asma körpü 10 km qısalır VİDEO FOTO
Digərləri 31 Yan 2023 17:09:00 267 0
Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir.
Bu xəbəri də oxu: Qəzadan sonra azı 6 nəfər sağ qalıb
AAYDA-dan verilən məlumata görə, Hazırlanan layihənin icrası ilə, Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu üzdən yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı görülən tədbirlər çərçivəsində 4 ərazidə ümumi uzunluğu 4 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası aparılır.
Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək və sonrakı hissədə yol yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 2.5 km qısalır.
Hazırda layihənin ilk 7 km-lik hissəsində texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi yerinə yetirilir. Həmçinin mühəndisi qurğular, ümumi uzunluğu 180 m-dən çox olan dairəvi və düzbucaqlı suötürücülər inşa olunur.
Layihənin başlanğıcında mövcud yolla kəsişmədə nəzərdə tutulan dairənin və dairədən Muğanlı istiqamətində olan yeni yolun tikintisi davam edir, bu hissədə ərazidə suların yolun altından ötürülməsini təmin etmək məqsədi ilə düzbucaqlı suötürücülərin inşası da aparılır.
Layihə çərçivəsində ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi və yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilməsi davam edir.
Yolun 1-3-cü km-lik hissəsində sürüşməyə qarşı, qruntun dayanaqlığının təmin olunması məqsədi ilə svay bərkitmə və beton rigellərin inşası işləri, həmçinin qruntun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi sement məhlulunun təzyiqlə14 metr dərinlikdə qrunta vurulması işləri aparılır.
Layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1200 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü inşa edilir. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi aparılıb. Hazırda körpünün gövdə dayaqlarının inşası icra olunur.
Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 884 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Bu hissədə tunelin giriş portalın inşası yekunlaşıb, çıxış portalın tikintisi davam edir. Burada qazma işləri, həmçinin svay bərkitmə işləri aparılır, ərazidə relyef sürüşməyə meyilli olduğu üçün giriş portalının xüsusi troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri yekunlaşmaq üzrədir. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir.
Layihənin 55.5-76.6 km-lik Qəbələ hissəsində hazırda istinad divarları və körpülərin inşası işləri davam etdirilir.
Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1-i asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Belə ki, Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Ağsuçay, Gülyançay və Dəmiraparançay çayları üzrəində yerləşən 3 körpü isə trassanın dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun yenidən layihələndirilib. Bundan başqa yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir. Artıq Gülyançay və Qurudərə çayları üzərində körpülərin tikintisi yekunlaşıb. Digər körpülərin inşası üzrə işlər müxtəlif mərhələlərdə olmaqla aparılır.
Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.
İrandakı Azərbaycan səfirliyinə hücum fars-molla rejiminin iç üzünü, t
İkitərəfli ticarətin və investisiyaların təşviqi, beynəlxalq biznes ü�
Bakıda "Makarov" tapançası ilə gəzən şəxs saxlanılıb.
2023-2024-cü tədris ilində Bakı Dövlət Universitetində (BDU) magistratura
İstanbulun Çekmeköy rayonunda əsgər yolasalma mərasimi faciə ilə bitib.
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının Bakıda İran casus şəbə
Aslıhan Doğan Turan həyat yoldaşı məşhur futbolçu Arda Turanın ad gün�
Daxili İşlər Nazirliyi Bakıda "SalamNews" informasiya agentliyi v�
"Həmişə gəlinimdən danışıram və qınaq obyektivinə çevrilirəm.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə
Bələdiyyə əmlakının mənimsənilməsinə görə cinayət işi başlanıb.
Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Xalq artisti Naibə Allahv
Bakının Nizami rayonunda ikimərtəbəli yaşayış binasının sökülməsin�