Molla rejimi fəallaşdı: Bakıdakı casus şəbəkəsində kimlər var?
Digərləri 31 Yan 2023 16:51:00 401 0
İrandakı Azərbaycan səfirliyinə hücum fars-molla rejiminin iç üzünü, terrorçu mahiyyətini ortaya qoydu. Bu terror aksiyası uzun illərdən bəri xalqımıza, dövlətçiliyimizə qarşı aparılan ideoloji, mənəvi, informatik və silahlı terror siyasətinin ən iyrənc nümunəsi kimi dəyərləndiriləmlidir. Bu amil molla rejiminin tamamilə azğınlaşdığını, özünün tez-tez müraciət etdiyi, diplomatik və siyasi sərhədlərini, bütün "qırmızı xətt"ləri keçdiyini, regional və beynəlxalq münasibətlər sisteminə, sivil, demokratik və dünyəvi dövlətçiliyə, bəşəri dəyərlərə, insanlığa, fərdlərin və xalqların azad, suveren yaşamaq haqlarına qənim kəsildiyini bir daha təsdiqləyir. Təəssüf doğuran hal həm də odur ki, beynəlxalq aləm hələ də xain terror aksiyasına ciddi şəkildə təpgi göstərməyə tələsmir. Bu xain hücum BMT-nin müzakirəsinə çıxarılmalı, xain molla rejiminin Azərbaycandakı bütün təmsilçiləri ölkədən "iti qovan" kimi qovulmalı, İranla bütün diplomatik əlaqələrə son qoyulmalıdır.
Bu xəbəri də oxu: Təyyarədən daha bir müəmmalı VİDEO Qadın yaralıdır, hər kəsin ağzında oksigen maskası...
Terror aksiyası öz tarixi vətənlərində yaşayan Azərbaycan türkləri və bu ölkədə molla rejiminin girovuna çevrilmiş bütün xalqlar tərəfindən qətiyyətlə pislənilməli və qaniçən, terrorçu rejimə qarşı mübarizənin təkcə onların deyil, həm də bütün sivil bəşəriyyətin təhlükəsizliyinə xidmət etməsi təkzibolunmaz gerçəklik kimi qəbul edilməlidir.
Onu da qeyd etmək lazımdır ki, İran rejimi illər uzunu ölkəmiz daxilində müxtəlif casus şəbəkəsi yaratmağa da müvəffəq olub. Və bu casus şəbəkəsi ölkəmizə din pərdəsi altında soxularaq çirkin məqsədlərinə çatmağa çalışıb. Bu fəaliyyət özünü bütün sahələrdə göstərib. Eləcə də, media sahəsində. Sosial şəbəkələrdə hər birimiz İran sevdalılarının müxtəli adlar altında fəaliyyət göstərdiyinin şahidiyik. Bu çirkin fəaliyyət mediada da özünü biruzə verib.
Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı DİN tərəfindən keçirilən əməliyyat da bunun bariz nümunəsidir. "SalamNews" informasiya agentliyi və "İnteraz" telekanalında xüsusi əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin adları da məlum olub. Bakıda və respublikanın digər bölgələrində 7 nəfər - A.T. Kərimov, E.A. Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H. Cabbarlı, F.S. Əbdülov və A.Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar. Və sözsüz bu cür əməliyyatlar davam edəcək. İranın açıq təbliğatını aparan bu iki "media" qurumunun İrandan maliyyələşdiyi bəllidir. Hər iki qurumun saytındai İranın ölkəmizdə çirkin təbliğatnı aparır. Xəbər lentləri ancaq İranın təbliğatı üzərində qurulur.
Molla rejiminin əleyhinə olan informasiyalara birmənalı şəkildə qadağa qoyulub, əvəzində İranla bağlı hansısa neqativ informasiyalar gündəmə gəldikdə, ictimai rəyə pozitiv informasiyalar ötürülür və s. Media resurslarının maliyyəsinin də Rusiyada fəaliyyət göstərən Qum təhsilli Mətləb Bağırov vasitəsilə təmin edildiyinə dair məlumatlar var.
Təəssüf ki, ölkənin kütləvi təbliğat vasitələrinə və onların müxtəlif domen adları altında Azərbaycandilli "törəmə" saytlarına istinadla feyk xəbərlər, təxribat xarakterli məlumatlar yayımlanır. Bu prosesdə isə İranın ölkəmizdəki səfirliyi də aktiv fəaliyyət göstərir. Hətta "İran səfirliyinin dostları" adlanan qrup da yaradıb. Yayılan məlumatlara görə, terror aksiyasından sonra bəzi həmkarlarımız bu qrupu tərk edib, amma hələ də 60-dan çox media resursunun təmsilçisi "İran səfirliyinin dostu" olmaqda davam edirlər.
Artıq bu fakt onu deməyə əsas verir ki, fars molla rejiminin Azərbaycan mediasındakı və sosial platformalardakı şəbəkələri ilə bağlı ciddi araşdırma aparılmalıdır.
Kamran Seyidov Son.az
İkitərəfli ticarətin və investisiyaların təşviqi, beynəlxalq biznes ü�
Bakıda "Makarov" tapançası ilə gəzən şəxs saxlanılıb.
2023-2024-cü tədris ilində Bakı Dövlət Universitetində (BDU) magistratura
İstanbulun Çekmeköy rayonunda əsgər yolasalma mərasimi faciə ilə bitib.
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının Bakıda İran casus şəbə
Aslıhan Doğan Turan həyat yoldaşı məşhur futbolçu Arda Turanın ad gün�
Daxili İşlər Nazirliyi Bakıda "SalamNews" informasiya agentliyi v�
"Həmişə gəlinimdən danışıram və qınaq obyektivinə çevrilirəm.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə
Bələdiyyə əmlakının mənimsənilməsinə görə cinayət işi başlanıb.
Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Xalq artisti Naibə Allahv
Bakının Nizami rayonunda ikimərtəbəli yaşayış binasının sökülməsin�
Havaların soyuması ilə bəzi binalarda və mənzillərdə rütubət əmələ