Namazı əvvəl vaxtda qılmağın insana misilsiz təsirləri
Digərləri 31 Yan 2023 21:10:00 318 0
Namazı əvvəl vaxtında qılmaq namazqılanı nizama öyrədər və qəlb hüzuru əldə etmək üçün zəminələr hazır edər.
Bu xəbəri də oxu: "Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib"
Bəs bu əməlin başqa hansı güclü təsirləri vardır?
1. Behişti zəmanət edər. Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala buyurur: "Bu beş gündəlik namazlar vacibatdır. Hər kim bu namazları vaxtında yerinə yetirər və onu qoruyarsa, Qiyamət günü mənimlə görüşəcəkdir.
Mənim öhdəmdədir ki, onu behiştə daxil edəm. Hər kim namazını vaxtında qılmazsa və ona qorumazsa, bu zaman Mənim öhdəmdə olar ki, əgər istəsəm ona əzab verərəm, əgər istəsəm bağışlayaram"".
2. Hacətlərin yerinə yetməsi. İmam Həsən Əsgəri (ə) buyurur: "Musa ibn İmran (ə) Allahla söhbət edir və Allahdan soruşur: "Allahım! Namazını əvvəl vaxtda qılan kəsin mükafatı nədir?". Allah Təala buyurur: "Onun istək və xahişlərini yerinə yetirərəm. Behişti ona mübah edərəm"".
3. Dünya bəlalarından amanda qalar. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, Sübhan Allah səmadan bəla nazil edər, Quranı həml edənlər, günəşə riayət edənlər - yəni o kəslər ki, namazın vaxtına riayət edərlər, məscidləri abad edənlər - bu bəlalardan amanda olarlar".
4. Günahın atəşi sönər. Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir namazın vaxtı gəlib çatan zaman mələklər insanların arasında car çəkərlər: "Qalxın, namazlarınızın vasitəsilə özünüzün hazır etdiyiniz günahın atəşini, söndürün"".
5. Ölüm zamanı əqidənizin dəyişməsindən amanda qalarsınız. İmam Sadiq (ə) buyurur: "Ölüm zamanı ölüm mələyi namazın (vaxtına) nəzarət edən kəsdən şeytanı dəf edər və bu halda şəhadətləri ona təlqin edər".
Macarıstan müdafiə naziri Kristof Salay-Bobrovniski ölkəsi və Avstriyanın
"Azərbaycanın Tehrandakı səfirliyinə hücum terror aktıdır. Bu olay�
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malley bildirib ki, "di
İrana zərbə endirən dronların "mini" olması ciddi müzakirələr
Ukrayna hadisələrinin qızğın vaxtında Cənubi Qafqazın problemləri ikinc
Rusiyalı diyetoloq soğan zərər verməyən insanlara hər gün balaca bir so�
"Kızılcık şerbeti" serialının çəkiliş meydançasında mübahi
Mərhum Uels şahzadəsi Diananın libası satışa çıxarılıb.
Afrikada və Yaxın Şərq ölkələrində qadınların sünnət olunduğunu bil
Xəbər verdiyimiz kimi, məşhur müğənni Britni Spirs bir neçə gün əvv�
Yanvar ayının 28-də Mikayıl Əliyev küçəsi ilə Babək prospekti istiqam�
Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması m�
"Həyat yoldaşım mənə də qadağalar qoyub. Harasa getməyə icazə ver
"Karmen" operasını artıq 30 ildir ki, ifa edirəm. Bundan başqa op