Bakıdan erməniləri ÇƏKİNDİRƏCƏK ADDIM


Siyasət 31 Yan 2023 13:02:00 255 0

Bakıdan erməniləri ÇƏKİNDİRƏCƏK ADDIM

Azərbaycan o dövlətlərdəndir ki, dünyaya daim dostluq, tərəfdaşlıq, sülh mesajı ilə diqqət mərkəzinə düşür. Rəsmi Bakı siyasi müttəfiqlərinin, dostlarının sayını artırmaqda, ikitərəfli səmimi münasibətlərin qurulmasında ən maraqlı tərəflərdən biri hesab edilə bilər.

Bunu elə İlham Əliyevin son zamanlar Balkan ölkələri, (Ötən ilin dekabrında ölkəmizin başçısının Şərqi Avropa ölkələrindən Albaniya və Serbiyaya səfərləri baş tutmuşdu) Albaniya, Serbiya, Bolqarıstan və Rumıniyaya, ən son isə Macarıstana səfəri təsdiq edir. Bu da həmin səfərlərin silsilə xarakterli odluğunu, Azərbaycanın digər regionlarda, coğrafiyalarda yerləşən dövlətlər kimi Balkan ölkələrilə də sıx əlaqə qurmaqda marağından xəbər verir. 

Azərbaycan Prezidentinin Macarıstana səfəri olduqca əhəmiyyətlidir. Unutmaq olmaz ki, Macarıstan Avropa İttifaqında öz prinsipiallığı ilə seçilən, siyasi status daşıyan bir dövlətdir. Bunu da xüsusilə qeyd etmək lazımdır ki, Macarıstan yeganə Avropa ölkəsidir ki, artıq 5 ildir Türk Dövlətlər Təşkilatında müşahidəçi qismində çıxış edir və bu təşkilatla münasibətlərinin daha da inkişafında maraqlı olduğunu hər addımından nümayiş etdirir. Bu məsələdə Budapeşt də çox yaxşı anlayır ki, rəsmi Bakının rolu danılmazdır. 

İki ölkə arasında artan xətt üzrə hər sahəni əhatə edən əlaqələr son illər Macarıstan ilə Azərbaycanın münasibətlərinin artıq strateji müttəfiqliyə çatmasında müstəsna rol oynamaqdadır. İki dost ölkə liderlərinin budəfəki səfər çərçivəsində imzaladığı sənədlər də bu deyilənlərin təsdiqidir.

Xüsusilə Ukrayna-Rusiya müharibəsi fonunda Avropada yaranan enerji böhranını önləmək adına da Bakı və Budapeştin birgə fəaliyyəti diqqət çəkir. Belə ki, Avropa enerji bazarına çıxışında Budapeşt Bakının ən etibarlı, sadiq partnyorudur. Hazırda Avropa və Macarıstanda enerji təhlükəsizliyi ilə bağlı prinsipial qərarlar qəbul edildiyi vaxtda Macarıstan ötən il Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulmaq marağında olduğunu qeyd etmişdi. Bu da təsadüfi feyil ki, artıq Macarıstanın Azərbaycana investisiyasının həcmi bir milyard dolları keçib ki, bu ötən illərlə müqayisədə olduqca böyük rəqəmdir. 

Əliyevin Budapeşt səfəri çərçivəsində bununla bağlı artıq detallı və konkret müzakirələr də aparılıb. Daha konkret desək, Macarıstana səfərdə enerji sahəsidə əməkdaşlıq məsələsi də müzakirə edilən mövzular arasında yer alıb. Bakı TAP VƏ TANAP-la Avropaya neft və qaz nəql edir. Bakı bu layihələrin  genişləndirilməsində maraqlıdır. Bunun üçün isə investisiya lazımdır. TAP layihəsinin digər qollarının inkişafı üçün Macarıstan kimi ölkələrin dəstəyi və əməkdaşlığı olduqca önəmli məsələdir.

Azərbaycan yaxın dostları sayəsində müxtəlif istiqamətlərdə qlobal geosiyasi proseslər fonunda mövqeyini daha da möhkəmləndirmək, əlini gücləndirmək adına hazırda çox önəmli gedişlər edir. Belə ki, rəsmi Bakı təbii qazının alıcılarının coğrafiyasını genişləndirməklə (Bu gün həmin ölkələrin sayı artıq ona çatır) həm ölkəyə maliyyə axınının artmasını təmin etmiş olur, həm də onu dinləyəcək, səsinə səs verəcək dövlətlərin sayına yenilərini əlavə edir.

Bakıya qarşı artan ermənipərəst qüvvələrin təzyiqləri fonunda İlham Əliyevin Macarıstan səfəri xüsusilə önəmlidir. Avropa Parlamentinin son zamanlar heç bir əsası olmayan, qərəzli bəyanatları zəmin yaradır ki, Bakı onu dəstəkləyəcək, ətrafını gücləndirəcək müttəfiq, dost dövlətlərin özünə olan dəstəyini artırmaq üçün beynəlxalq münasibətlərinə daha çox zaman ayırsın. Bu mənada Azərbaycana qarşı qəbul edilməsi istənilən qətnamələrin qarşısını almaq nöqteyi nəzərdən Macarıstan kimi öz mövqeyi olan, müstəqil siyasət yürütməyi bacaran bir Avropa dövləti ilə münasibətləri inkişaf etdirmək olduqca önəmli məsələdir. 

Çünki Macarıstan bu gün bir çox təşkilatlarda aparıcı güclərdəndir. Bu səfər Azərbaycanın olmadığı təşkilatlarda bundan sonra da Bakının marağını müdafiə etmək adına böyük töhfə olacaq. Budapeştdə aparılan danışıqlar, imzalanan sənədlər yaxın perspektivdə Azərbaycanın həm geosiyasi, həm də geoiqtisadi sferada ciddi uğurlar qazanmasında böyük pay sahibi ola bilər. 

Təhməz Əsədov Son.az

Elm və təhsil nazirinə yeni müavin təyin olundu like
  • 31 Yan 12:48  
Digərləri Elm və təhsil nazirinə yeni müavin təyin olundu

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli nazir müavini t

arrow Ətraflı
Avtomobilinizi satarkən diqqətli olun! like
  • 31 Yan 12:47  
Digərləri Avtomobilinizi satarkən diqqətli olun!

Avtomobilinizi satarkən diqqətli olun. Avtomobilin yeni sahibinin etdiyi qəza

arrow Ətraflı
Səhlab Bağırov yeni yaradılan mərkəzin rəisi oldu like
  • 31 Yan 12:44  
Digərləri Səhlab Bağırov yeni yaradılan mərkəzin rəisi oldu

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının k

arrow Ətraflı
SON DƏQİQƏ  Bakıda İranın daha bir casus şəbəkəsinə qarşı əməliyyat keçirilir like
  • 31 Yan 12:41  
Digərləri SON DƏQİQƏ Bakıda İranın daha bir casus şəbəkəsinə qarşı əməliyyat keçirilir

Bakıda İranın daha bir casus şəbəkəsinə qarşı əməliyyat keçirilir.

arrow Ətraflı
Azərbaycanda dövlət satınalmalarında KOBun payı 95 faiz olub like
  • 31 Yan 12:38  
Digərləri Azərbaycanda dövlət satınalmalarında KOBun payı 95 faiz olub

2022-ci ildə Azərbaycanda dövlət satınalmalarında mikro, kiçik və orta b

arrow Ətraflı
Fevralın ilk gününün like
  • 31 Yan 12:37  
Digərləri Fevralın ilk gününün

Fevralın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Dima Bilandan Nigarla bağlı paylaşım like
  • 31 Yan 12:36  
Şou-biznes Dima Bilandan Nigarla bağlı paylaşım

Rusiyanın Əməkdar artisti Dima Bilan Nigar Camalla bağlı paylaşım edib.

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində “Opera və moda. Sultan Couture 20” konsertsərgisi olacaq like
  • 31 Yan 12:28  
Kriminal Heydər Əliyev Mərkəzində “Opera və moda. Sultan Couture 20” konsertsərgisi olacaq

Martın 8-də - Beynəlxalq Qadınlar Günündə Heydər Əliyev Mərkəzi payta

arrow Ətraflı
Azərbaycanlı kəşfiyyatçı Stalini, Çörçili və Ruzvelti necə xilas etdi? like
  • 31 Yan 12:25  
Digərləri Azərbaycanlı kəşfiyyatçı Stalini, Çörçili və Ruzvelti necə xilas etdi?

Əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında, on

arrow Ətraflı
Qəddar molla rejimi kar və kor qalıb: azərbaycanlılar like
  • 31 Yan 12:19  
Siyasət Qəddar molla rejimi kar və kor qalıb: azərbaycanlılar

Xoylu soydaşlarımız qarlı və şaxtalı gecələri küçələrdə ocaq baş�

arrow Ətraflı
Bankda pulu olanların nəzərinə: like
  • 31 Yan 12:16  
Digərləri Bankda pulu olanların nəzərinə:

Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il

arrow Ətraflı
“Kadırovçular” Ukraynada NTVnin əməkdaşını zorladılar like
  • 31 Yan 12:14  
Digərləri “Kadırovçular” Ukraynada NTVnin əməkdaşını zorladılar

Çeçen döyüşçüləri Ukraynanın işğal altında olan Melitopol (Zaporojye

arrow Ətraflı
Xalq artisti Röya: “Ən uzaqda əyləşən tamaşaçının yanına gedirəm” like
  • 31 Yan 10:57  
Şou-biznes Xalq artisti Röya: “Ən uzaqda əyləşən tamaşaçının yanına gedirəm”

"Konsertlə bağlı anam məni, mən də anamı təbrik etdim. Anama söyl�

arrow Ətraflı
Bütün vaxtını və pulunu suiqəsdlər hazırlamağa sərf edən REJİM like
  • 31 Yan 10:53  
Siyasət Bütün vaxtını və pulunu suiqəsdlər hazırlamağa sərf edən REJİM

"İranın təkcə Vyana Konvensiyasına əks olaraq Azərbaycan səfirliyin

arrow Ətraflı
XİN İrana səyahət etmək istəyənlərə like
  • 31 Yan 10:51  
Siyasət XİN İrana səyahət etmək istəyənlərə

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan

arrow Ətraflı