Heydər Əliyev Mərkəzində “Opera və moda. Sultan Couture 20” konsertsərgisi olacaq
Kriminal 31 Yan 2023 12:28:00 325 0
Martın 8-də - Beynəlxalq Qadınlar Günündə Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün möhtəşəm və fərqli bir hədiyyə hazırlayıb.
Bu xəbəri də oxu: Azərbaycanın Xristian icması BakıQroznı aviaqəzası qurbanlarının xatirəsini yad edib –
Son.az Trend-ə istinadən bildirir ki, həmin gün ziyarətçilərə "Opera və moda. Sultan Couture 20" adlı konsert proqramı və sərgi təqdim ediləcək.
Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib.
Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri - beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano), Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solistləri Yuliya Süleymanova (soprano), Yekaterina Sannikova (soprano) və "Helikon-opera" Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano) iştirak edəcək.
İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa edəcəklər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olacaq. Beləliklə, Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən "SULTAN COUTURE&Co" brendinə məxsus 16 geyimdən ibarət kolleksiya nümayiş etdiriləcək. Gecə ərzində səhnəyə çıxacaq müğənnilər həm də BVLGARI brendinin zinət əşyalarını təqdim edəcəklər.
Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyalarının, zəngin repertuarın, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olacaqlar.
Əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında, on
Xoylu soydaşlarımız qarlı və şaxtalı gecələri küçələrdə ocaq baş�
Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il
Çeçen döyüşçüləri Ukraynanın işğal altında olan Melitopol (Zaporojye
"Konsertlə bağlı anam məni, mən də anamı təbrik etdim. Anama söyl�
"İranın təkcə Vyana Konvensiyasına əks olaraq Azərbaycan səfirliyin
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru işdən çıxarılıb
İsrail hesab edir ki, İranın İsfahan şəhərindəki obyektə zərbə ilə m
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmi
Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin atası vəfat edib.
"Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək&qu
Bakının Nəsimi rayonunda 42 yaşlı qadının xəsarət alması ilə nəticə
İranda ümumxalq etirazları zamanı tutulan tələbə Nigar Davudi 2 il 3 ay