Azərbaycanlı kəşfiyyatçı Stalini, Çörçili və Ruzvelti necə xilas etdi?


Digərləri 31 Yan 2023 12:25:00 300 0

Azərbaycanlı kəşfiyyatçı Stalini, Çörçili və Ruzvelti necə xilas etdi?

Əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında, onun Böyük Vətən Müharibəsindəki peşəkarlığı və qəhrəmanlıqları haqqında təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarında da danışılır.

Son.az Trend-ə istinadən bildirir ki, həmin dövrdə həmvətənimizin vaxtında məruzə etməsi sayəsində 1943-cü il 28 noyabr tarixində Tehran konfransı öncəsi SSRİ, ABŞ və Böyük Britaniya rəhbərlərinə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

Sui-qəsd cəhdi haqqında ilk dəfə ABŞ prezidenti Franklin Ruzvelt 1943-cü il 17 dekabr tarixində mətbuat konfransı zamanı geniş ictimaiyyətə məlumat verib.

Müharibə illərində Əsədov sovet kəşfiyyatının əməkdaşı və "Uzun sıçrayış" əməliyyatının iştirakçılarından biri olub. Azərbaycanın geosiyasi mövqeyi ilə əlaqədar olaraq regional kəşfiyyat əməliyyatlarında ölkənin təhlükəsizlik orqanları işçilərinə xüsusi rol ayrılırdı.

Məmmədhüseyn Əsədov 19 yaşı tamam olduqda Qırmızı Ordunun xüsusi təyinatlı hissələrindən birində xidmətə başlayıb. Böyük Vətən Müharibəsi başlaqıdan sonra Baş Kəşfiyyat İdarəsi Əsədovu İrana ezam edib, belə ki, o operativ mühitə çox yaxşı hakim idi, bir neçə xarici dil bilirdi və geniş kəşfiyyat imkanlarına malik idi. 1942-1947-ci illərdə Məmmədhüseyn Əsədov SSRİ-nin İranda ticari nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

Həmin dövrdə İran Stalin, Çörçil və Ruzvelt arasında danışıqlar üçün ən uyğun yer olaraq seçildi. Konfransa hazırlıq tam ciddi məxfilik şəraitində aparılırdı. Müttəfiqlər təhlükəsizlik məqsədilə hətta İran tərəfə də bu barədə məlumat vermirdi. İran konfransın keçiriləcəyi yer haqqında yalnız konfransdan altı gün əvvəl, yəni 1943-cü il noyabrın 22-də məlumat aldı.

24 noyabr gecəsi Baş Komandanlığın üzvü, Baş Qərargah rəisi, Sovet İttifaqının marşalı Aleksandr Vasilevski Astaraya gəldi və burada onu Məmmədhüseyn Əsədov qarşıladı. Onlar daha sonra birlikdə İrana yola düşdülər. Stalinin göstərişinə əsasən Vasilevskinin gəlişinin əsas məqsədi anti-Hitler koalisiyasının liderlərinin görüşünə hazırlığın yoxlanılması və təhlükəsizlik məsələlərinə nəzarətdən ibarət idi.

Tehran konfransı öncəsi Əsədov alman kəşfiyyatının SSRİ, ABŞ və Böyük Britaniya rəhbərlərinə sui-qəsd hazırladığına dair məlumat aldı. Əsədov təkcə bu məlumatı alan deyil, həm də Stalin, Çörçil və Ruzveltə qarşı sui-qəsdin qarşısının alınmasında aktiv şəkildə iştirak edən ilk şəxslərdən idi.

Bu əməliyyatın keçirilməsindəki müstəsna roluna görə Məmmədhüseyn Əsədov eyni vaxtda iki ordenlə - "Lenin" və "Qırmızı Ulduz" ordenləri ilə təltif olundu.

Trend azərbaycanlı kəşfiyyatçının qəhrəmanlığı haqqında videoreportajı təqdim edir.

Qəddar molla rejimi kar və kor qalıb: azərbaycanlılar like
  • 31 Yan 12:19  
Siyasət Qəddar molla rejimi kar və kor qalıb: azərbaycanlılar

Xoylu soydaşlarımız qarlı və şaxtalı gecələri küçələrdə ocaq baş�

arrow Ətraflı
Bankda pulu olanların nəzərinə: like
  • 31 Yan 12:16  
Digərləri Bankda pulu olanların nəzərinə:

Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il

arrow Ətraflı
“Kadırovçular” Ukraynada NTVnin əməkdaşını zorladılar like
  • 31 Yan 12:14  
Digərləri “Kadırovçular” Ukraynada NTVnin əməkdaşını zorladılar

Çeçen döyüşçüləri Ukraynanın işğal altında olan Melitopol (Zaporojye

arrow Ətraflı
Xalq artisti Röya: “Ən uzaqda əyləşən tamaşaçının yanına gedirəm” like
  • 31 Yan 10:57  
Şou-biznes Xalq artisti Röya: “Ən uzaqda əyləşən tamaşaçının yanına gedirəm”

"Konsertlə bağlı anam məni, mən də anamı təbrik etdim. Anama söyl�

arrow Ətraflı
Bütün vaxtını və pulunu suiqəsdlər hazırlamağa sərf edən REJİM like
  • 31 Yan 10:53  
Siyasət Bütün vaxtını və pulunu suiqəsdlər hazırlamağa sərf edən REJİM

"İranın təkcə Vyana Konvensiyasına əks olaraq Azərbaycan səfirliyin

arrow Ətraflı
XİN İrana səyahət etmək istəyənlərə like
  • 31 Yan 10:51  
Siyasət XİN İrana səyahət etmək istəyənlərə

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan

arrow Ətraflı
Bu xəstəxananın direktoru işdən çıxarıldı like
  • 31 Yan 10:49  
Digərləri Bu xəstəxananın direktoru işdən çıxarıldı

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru işdən çıxarılıb

arrow Ətraflı
MOSSAD İsfahana 4 zərbə endirdi like
  • 31 Yan 10:46  
Dünya MOSSAD İsfahana 4 zərbə endirdi

İsrail hesab edir ki, İranın İsfahan şəhərindəki obyektə zərbə ilə m

arrow Ətraflı
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür like
  • 31 Yan 10:26  
Digərləri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmi

arrow Ətraflı
Komandolarımız real döyüş şəraitində məşq etdilər like
  • 31 Yan 10:19  
Digərləri Komandolarımız real döyüş şəraitində məşq etdilər

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun

arrow Ətraflı
Rəşad Nəbiyevə ağır itki like
  • 31 Yan 10:14  
Digərləri Rəşad Nəbiyevə ağır itki

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin atası vəfat edib.

arrow Ətraflı
“Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək” like
  • 31 Yan 10:10  
Digərləri “Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək”

"Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək&qu

arrow Ətraflı
Bakıda sərxoş müştəri kafedə ofisiant qadının burnunu sındırıb like
  • 31 Yan 10:03  
Digərləri Bakıda sərxoş müştəri kafedə ofisiant qadının burnunu sındırıb

Bakının Nəsimi rayonunda 42 yaşlı qadının xəsarət alması ilə nəticə

arrow Ətraflı
İranda tələbə etirazlarda iştirak etdiyi üçün həbs edildi: like
  • 31 Yan 09:56  
Digərləri İranda tələbə etirazlarda iştirak etdiyi üçün həbs edildi:

İranda ümumxalq etirazları zamanı tutulan tələbə Nigar Davudi 2 il 3 ay

arrow Ətraflı
Paytaxtda evdə güclü partlayış: like
  • 31 Yan 09:53  
Digərləri Paytaxtda evdə güclü partlayış:

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.

arrow Ətraflı