Vardanyanın cinayət işi üzrə növbəti prosesdə ittiham aktının elan olunması davam etdiriləcək


Digərləri 06 Fev 2025 21:13:00 62 0

Vardanyanın cinayət işi üzrə növbəti prosesdə ittiham aktının elan olunması davam etdiriləcək

Xəbər verildiyi kimi, fevralın 6-da Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın barəsində olan cinayəti işləri üzrə məhkəmə proseslərinin baxış iclası başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ruben Vardanyanın təqsirləndirilməsinə dair məhkəmə prosesi zamanı onun vəkili Avraam Berman çıxış edərək müdafiə etdiyi şəxslə konfidensial görüş üçün şərait yaradılmasını xahiş edib.Hakim həmin vəsatəti təmin edib və təqsirləndirilən şəxsə vəkili ilə konfidensial görüş üçün şərait yaradıb.

Bununla bağlı məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmə iclası davam etdirilib və sədrlik edən ittiham və müdafiə tərəfinin mövqeyini öyrəndikdən sonra məhkəmə istintaqının başlanıldığını elan edib.

Dövlət ittihamını müdafiə edən prokuror ittiham aktının nəticəvi hissəsini elan etməyə başlayıb.

İrəli sürülmüş ittihama əsasən, təqsirləndirilən şəxs Ruben Vardanyan ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birliyə daxil olaraq həmin birliyə rəhbərlik edib, birliyin ümumi cinayətkar məqsəd və niyyətinə uyğun olaraq fəaliyyət göstərib.

Bununla yanaşı, prokuror ittiham aktına istinadən elan edib ki, Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi ilə Ermənistanın dövlətinin və onun hərbi qüvvələrinin bilavasitə iştirakı, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında yaradılmış cinayətkar birlik Azərbaycan Respublikasına qarşı sistematik və genişmiqyaslı təcavüzkar müharibəyə başlayıb.

İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, növbəti prosesdə ittiham aktının elan olunmasının davam etdiriləcəyi bildirilib.

Məhkəmənin növbəti iclası fevralın 10-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur. Son.az

Sabahkı havaya görə bu insanlara XƏBƏRDARLIQ: Evdən çıxmayın! like
  • 06 Fev 21:11  
Digərləri Sabahkı havaya görə bu insanlara XƏBƏRDARLIQ: Evdən çıxmayın!

Fevralın 7-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Harutyunyan bu iddiaları yalan adlandırdı like
  • 06 Fev 21:06  
Digərləri Harutyunyan bu iddiaları yalan adlandırdı

Xəbər verildiyi kimi, fevralın 6-da Ermənistanın hərbi təcavüzü nətic�

arrow Ətraflı
Köhnə ƏlətAstara yolu su altında... like
  • 06 Fev 21:04  
Digərləri Köhnə ƏlətAstara yolu su altında...

Xəbər verdiyimiz kimi, Lənkəranda ötən gündən etibarən yağan güclü y

arrow Ətraflı
Cabir İmanov məhkəməyə verildi   Bu hüququ əlindən alınır like
  • 06 Fev 20:55  
Şou-biznes Cabir İmanov məhkəməyə verildi Bu hüququ əlindən alınır

"Parni iz Baku" KVN komandasının üzvü, əməkdar artist Cabir İma

arrow Ətraflı
Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir like
  • 06 Fev 20:54  
Digərləri Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

Fevralın 6-da Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanl

arrow Ətraflı
Küləyin sürəti güclənib, yağış yağır  FAKTİKİ HAVA like
  • 06 Fev 20:51  
Digərləri Küləyin sürəti güclənib, yağış yağır FAKTİKİ HAVA

Fevralın 6-sı saat 19:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağın

arrow Ətraflı
"İsrail Qəzza zolağını ABŞyə təhvil verəcək" like
  • 06 Fev 20:50  
Dünya "İsrail Qəzza zolağını ABŞyə təhvil verəcək"

ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsi ilə bağlı qalma

arrow Ətraflı
Fərdi Tayfurun vəsiyyəti açıqlandı  Qızı üsyan etdi like
  • 06 Fev 20:41  
Şou-biznes Fərdi Tayfurun vəsiyyəti açıqlandı Qızı üsyan etdi

Türkiyənin əfsanəvi sənətçilərindən mərhum Ferdi Tayfurun vəsiyyəti

arrow Ətraflı
Ağadadaş Ağayevin səhhətində problem yaranıb  məhkəmələri təxirə salındı like
  • 06 Fev 20:40  
Şou-biznes Ağadadaş Ağayevin səhhətində problem yaranıb məhkəmələri təxirə salındı

Xalq artisti Ağadadaş Ağayevin səhhəti pisləşdiyindən onun cinayət işi

arrow Ətraflı
Tapşırıq verildi  Yeni avtobuslar gətirilir like
  • 06 Fev 20:33  
Digərləri Tapşırıq verildi Yeni avtobuslar gətirilir

Yeni Günəşli qəsəbəsinin bir qrup sakini Neftçilər metrosunu əlaqələn

arrow Ətraflı
Tanınmış iş adamı öldü like
  • 06 Fev 20:30  
Digərləri Tanınmış iş adamı öldü

1980-ci illərdə İngiltərənin ən varlı şəxslərindən biri olan məşhur

arrow Ətraflı
Bu rayonun bələdiyyəsindən daxil olan şikayət təmin edilmədi like
  • 06 Fev 20:24  
Siyasət Bu rayonun bələdiyyəsindən daxil olan şikayət təmin edilmədi

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

arrow Ətraflı
Ermənistan KTMTnin daha bir tədbirində iştirak etməyəcək like
  • 06 Fev 20:17  
Digərləri Ermənistan KTMTnin daha bir tədbirində iştirak etməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkəl�

arrow Ətraflı
Fransa Parisdəki “Rus Evi”nin hesablarını dondurub like
  • 06 Fev 20:10  
Dünya Fransa Parisdəki “Rus Evi”nin hesablarını dondurub

Fransa Parisdəki "Rus Evi"nin hesablarını dondurub.

arrow Ətraflı
58 yaşlı aparıcıdan kədərləndirən ETİRAF: "Başıma nəsə gəlsə..." like
  • 06 Fev 20:01  
Şou-biznes 58 yaşlı aparıcıdan kədərləndirən ETİRAF: "Başıma nəsə gəlsə..."

Məşhur aparıcı Armağan Çağlayan açıqlaması ilə hər kəsi kədərlən

arrow Ətraflı