Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir
Digərləri 06 Fev 2025 20:54:00 63 0
Fevralın 6-da Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın barəsində olan cinayəti işləri üzrə məhkəmə proseslərinin baxış iclası başlayıb.
Bu xəbəri də oxu: Təyyarələrin Bakıya qəza enişi etmələrinin sirri BUDUR
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə, yəni, erməni və rus dillərində tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər erməniəsilli şəxsin təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə prosesinin əvvəlində təqsirləndirilən şəxs Arayik Harutyunyan məhkəmədən müraciətini səsləndirmək üçün söz istəyib.
Hakim təqsirləndirilənə müraciətini səsləndirməyə icazə verib.
A.Harutyunyan çıxış edərək hazırda baxılan cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan adlandırıb:
"Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə, Ermənistan Respublikasının baş naziri bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirləri var.
Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə telefon zəngi imkanlarımız olur. Təcridxanada bizə qarşı münasibət qanuni qaydada təmin olunur və bizimlə qanuni davranırlar. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində davranıblar. Təşəkkür edirəm".
Daha sonra təqsirləndirilən şəxs Davit Babayan məhkəməyə müraciət edərək söz istəyib.
Məhkəmə D.Babayanın istəyini təmin edib. Təqsirləndirilən şəxs çıxış edərək saxlanma şəraitindən razı olduğunu, ona və digər təqsirləndirilən şəxslərə təzyiq göstərilmədiyini deyib:
"Mən öz adımdan demək istəyirəm ki, burada bizə qarşı heç bir təzyiq olmayıb. Bizə hər dəfə hörmətlə davranırlar və yerimizdə başqası olsa nə edərdi onu özlərinə sual versinlər. Bizim həqiqəti demək cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox yaxşıdır".
Bundan sonra dövlət ittihamını müdafiə edən prokuror giriş nitqi ilə məhkəmə iştirakçılarına müraciət edərək hazırkı məhkəmə prosesinin tarixi əhəmiyyətini vurğulayıb:
"Hazırkı məhkəmə prosesi ədalətin bərqərar olması naminə keçirilir. Cinayət işində olan sübutlar tarixi faktlara əsaslanmaqla göstərir ki, törədilmiş cinayətlər ayrı-ayrı təsadüfi hadisələr olmayıb, onlar ən yüksək səviyyədə mütəşəkkil qaydada planlaşdırılaraq qəddarlıqla və amansızlıqla törədilib.
Məhkəmə prosesində aydın olacaq ki, tədqiq və təqdim edilən cinayətlər Ermənistan dövlətinin siyasi, hərbi, maddi və digər dəstəyi, Ermənistanın siyasi-hərbi rəhbərliyinin verdiyi göstəriş və təlimatları nəticəsində törədilib.
Bu məhkəmə prosesi, həmçinin belə dəhşətli cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün mühüm tarixi əhəmiyyət kəsb edir. Məhkəmə prosesində sübut olunacaq ki, müharibə cinayətkarları üçün təhlükəsiz sığınacaq, məkan yoxdur və beynəlxalq münasibətlər güc və zorakılıqla deyil, hüquq və qanunla nizamlanmalıdır".
Daha sonra prokurorlar növbə ilə ittiham aktının nəticəvi hissəsinin elanına başlayıb.
İttiham aktına istinadən qeyd olunub ki, Ermənistan dövlətinin və onun hərbi qüvvələrinin bilavasitə iştirakı, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədilə Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə cinayətkar birlik yaradılıb.
Fevralın 6-sı saat 19:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağın
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsi ilə bağlı qalma
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyənin əfsanəvi sənətçilərindən mərhum Ferdi Tayfurun vəsiyyəti
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Xalq artisti Ağadadaş Ağayevin səhhəti pisləşdiyindən onun cinayət işi
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Yeni Günəşli qəsəbəsinin bir qrup sakini Neftçilər metrosunu əlaqələn
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
1980-ci illərdə İngiltərənin ən varlı şəxslərindən biri olan məşhur
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkəl�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Fransa Parisdəki "Rus Evi"nin hesablarını dondurub.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Məşhur aparıcı Armağan Çağlayan açıqlaması ilə hər kəsi kədərlən
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni yaşayış kompleksinin tikin
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyə xarici işlər naziri Hakan Fidan və Rusiya xarici işlər naziri Ser
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycanda fevralın 12-də xüsusi müsadirə edilmiş əmlakların hərrac�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Deportasiya rejiminə tabe olan bütün qeyri-qanuni miqrantlar əcnəbilərə b
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüat
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)