Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür
Digərləri 31 Yan 2023 10:26:00 365 0
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ildönümüdür.
Bu xəbəri də oxu: "Rosaviasiya" təyyarənin qəza səbəbini açıqladı
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə "Hümmət" təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada "İrane-nou" qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.
1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.
1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.
Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin atası vəfat edib.
"Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək&qu
Bakının Nəsimi rayonunda 42 yaşlı qadının xəsarət alması ilə nəticə
İranda ümumxalq etirazları zamanı tutulan tələbə Nigar Davudi 2 il 3 ay
Bakıda 14 gün qabaq itkin düşən 15 yaşlı oğlan yenidən itkin düşüb.
Gəncədə bir ailənin 3 üzvünü bıçaqlayan şəxs saxlanılıb.
Azərbaycan Türk və Ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Kom
Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtis
Türkiyə və Oman arasında 2025-ci ildən başlayaraq Türkiyəyə ildə 1 mil