Aksiyanın 51ci günü
Digərləri 31 Yan 2023 09:12:00 360 0
Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli bir gündür davam edir, gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər.
Bu xəbəri də oxu: Azərbaycanda yaşayan əcnəbilərin nikaha daxil olması qaydası dəyişdi
Son.az xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Türkiyə və Oman arasında 2025-ci ildən başlayaraq Türkiyəyə ildə 1 mil
Vərəm yoluxucu xəstəlik olub, sağlam adamlara mikrobun hava-damcı vasitəs
Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticə
Yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum
Ət və ət məhsulları. Hamilə qalmaq istəyənlər hər qida qəbulu zaman�
Ukraynanın şərqindəki Baxmut, Uqledar və digər şəhərlər Rusiyanın dav
Ağciyərlərin absesi ağciyərlərdə qranulasion toxuma və fibroz liflər qa
Sionist rejimlə mübarizə aparmaq və onu Fələstinə təcavüzü dayandırma
İsrailin baş naziri Binyamin Netanyahu fevralın 2-də Fransaya rəsmi səfər
Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı müraciətlərə bax
İrəvanda silah alverçisi kimi tanınan David Qalstyan yenidən saxlanılıb.
Yuxarı tənəffüs yollarının xəstəlikləri uşaqlarda tez-tez rastlanan x�