Bütün vaxtını və pulunu suiqəsdlər hazırlamağa sərf edən REJİM
Siyasət 31 Yan 2023 10:53:00 272 0
"İranın təkcə Vyana Konvensiyasına əks olaraq Azərbaycan səfirliyini qorumamaqda əli yoxdur, həm də hücumu təşkil edib və diplomatik təhlükəsizliyin pozulmasında fəal iştirak etdi".
Bu xəbəri də oxu: Paşinyan niyə Moskvaya getmədi?
"Görə bilərik ki, Bakı bu hücumu qəza və ya nəzarət kimi deyil, açıq-aşkar siyasi siqnal kimi qəbul edib və gələcəkdə öz diplomatlarına qarşı potensial hücumların qarşısını almaq üçün səfirliyi evakuasiya edib. Qeyd etmək lazımdır ki, bu hücumdan sonrakı günlərdə İranın müxtəlif silah anbarları və hərbi fabriklərini hədəf alan bir sıra koordinasiyalı partlayışlar baş verib.
Ola bilsin ki, İran bu vəziyyətdən ibrət dərsi çıxarıb, bəlkə indən belə daxili cəhətdən zəif olduğunu, təhlükəsizliyinin istənilən səviyyədə olmadığını və istehsal etdiyi hər hansı silahı bir göz qırpımında itirməyin iki vur iki olduğunu başa düşərək, zorakılığı qızışdırmaq, qonşularını təqib etmək və onlara hücum etmək əvəzinə daxili işlərinə diqqət yetirəcək. İran insan kapitalı və böyük təbii sərvətləri sayəsində çiçəklənən bir ölkə ola bilər, lakin bunun əvəzinə bütün vaxtını və pulunu sui-qəsdlər hazırlamağa və dünyada qarışıqlıq yaratmağa sərf edir.
İranın döyüşkən fəaliyyəti onlara birbaşa təsir etdiyi üçün İsrail və ABŞ artıq İran sərhədləri yaxınlığında böyük hərbi təlimlər keçirməyi planlayırlar. Azərbaycan səfirliyinə hücum edildiyi gün Qüds sinaqoqunda baş vermiş ölümcül terror aktından sonra SEPAH 7 günahsız israillinin dua zamanı öldürülməsini alqışladı.
Bu yaxınlarda ABŞ-ın Suriyadakı mövqelərinə hücumlar və keçmiş ABŞ rəsmilərinə qarşı sui-qəsd cəhdləri də davam etdi. Bu zorakı fəaliyyət diqqətdən kənarda qalmamalıdır. ABŞ və İsrail təhdid və bəyanatlar əvəzinə beynəlxalq ictimaiyyəti koordinasiya fəaliyyətinə - iranlı diplomatların ölkədən çıxarılmasına, diplomatik münasibətlərin kəsilməsinə, siyasi və iqtisadi təcridə, bütün hərbi və terror fəaliyyətinin dayandırılmasına yönəltməlidir.
Qasım Süleymaninin və bir neçə SEPAH generalının öldürülməsi rejimi kökündən sarsıtdı. Amma hazırda rejimin sonu demək tezdir. Bununla belə, İran həm zəifliyini, həm də toksikliyini nümayiş etdirdi və qanuna tabe olan ölkələr "İslam Respublikası" olan qanunsuz, din amilindən sui-istifadə edən quruluşa son qoymağa həqiqətən də fəal şəkildə kömək etməlidirlər".
Təhməz Əsədov Son.az
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru işdən çıxarılıb
İsrail hesab edir ki, İranın İsfahan şəhərindəki obyektə zərbə ilə m
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmi
Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin atası vəfat edib.
"Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək&qu
Bakının Nəsimi rayonunda 42 yaşlı qadının xəsarət alması ilə nəticə
İranda ümumxalq etirazları zamanı tutulan tələbə Nigar Davudi 2 il 3 ay
Bakıda 14 gün qabaq itkin düşən 15 yaşlı oğlan yenidən itkin düşüb.
Gəncədə bir ailənin 3 üzvünü bıçaqlayan şəxs saxlanılıb.
Azərbaycan Türk və Ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv