Azərbaycanda iqtisadi sferada aparılan dərin islahatlar ölkəmizə olan marağı daha da artırır Sahil Kərimli
Siyasət 23 Yan 2023 17:42:00 342 0
Azərbaycan öz nəhəng layihələri ilə dünyanı fəth edir və hər ötən gün öz əhəmiyyətini daha da artırır. Əlbəttə ki, bütün bu uğurların müəllifi Prezident İlham Əliyevdir. Dövlət başçımızın gələcəyə hesablanmış konkret hədəfləri və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirdiyi qətiyyətli siyasəti ölkəmizi daha qüdrətli gələcəyə doğru aparır.
Bu xəbəri də oxu: Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirini dialoqa çağırdı
Bu fikirləri SƏS TV-yə müsahibəsində Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
O, əlavə edib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, ardınca isə Davos İqtisadi Formu çərçivəsində keçirdiyi görüşlər, dünyanın nüfuzlu siyasi liderləri, nəhəng şirkətlərin rəhbərləri ilə təmasları bu baxımdan böyük əhəmiyyətə malikdir.
"BƏƏ-də keçirilən görüşlər ölkəmizin enerji potensialının dünyaya çatdırılması üçün geniş imkanlar açacaq. Prezident İlham Əliyev beynəlxalq platformalarda yeni tərəfdaşlarla görüşür, resurslarımızı dünyaya tanıdır və Azərbaycanın iqtisadi imkanlarının daha da artırılması üçün əzmlə çalışır. Bütün bunlar nəticə etibarı ilə ölkəmizin gəlirlərinin artırılmasına zəmin yaradır", - deyə S.Kərimli əlavə edib.
S.Kərimli onu da bildirib ki, bu günlərdə Davosda baş tutan görüşlər də Azərbaycanın iqtisadi imkanlarını, çoxşaxəli resurslarını bir daha dünyaya tanıtdı, ölkəmizin biznes maraqlarını təmin etdi.
"Prezident İlham Əliyev hər il olduğu kimi bu dəfə də xeyli sayda tanınmış şirkətlərin rəhbərləri ilə görüşlər keçirdi, danışıqlar apardı. Bu şirkətlərin əksəriyyəti uzun illərdir ki, Azərbaycana investisiyalar qoyur, ölkəmizdə fəaliyyət göstərərək iqtisadi inkişafa töhvə verir. Son illər Azərbaycanda iqtisadi sferada aparılan dərin islahatlar, biznes mühitinin yaxşılaşdırılması, şəffaflaşdırlılması, münbit investisiya mühitinin yaradılması əlbəttə ki, ölkəmizə olan marağı daha da artırır. Beynəlxalq investorlar Azərbaycana daha çox sərmayə yatırmağa can atır. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkün olub. Dövlət başçımızın Davosda keçirdiyi görüşlər Azərbaycan iqtisadiyyatının gələcək inkişafı, şaxələndirilməsi üçün mühim rol oynayır", - deyə S.Kərimli vurğulayıb.
Siyasi şərhçi daha sonra qeyd edib ki, Davos İqtisadi Forumu xarici iqtisadi əlaqələr üçün unikal platformadır:
"Azərbaycan uzun illərdir ki, bu platformadan məharətlə istifadə edərək çox böyük iqtisadi dividentlər əldə edir, öz imkanlarını dünyaya tanıdır. Əminliklə demək olar ki, son təmaslar xarici ticari əlaqələrimizi genişləndirəcək, ölkəmizə yeni investisiyalar gətirəcək", - deyə S.Kərimli əlavə edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşm�
Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə Azərbaycanda sə
Amerikalı müğənni Britni Spirs atasının himayəsindən ayrıldıqdan sonra
Salyanda idman müəllimi evdə ölü tapılıb.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva ötən gün uzun s�
Bakı metropolitenində dünyasını dəyişmiş motovoz maşinistinin sərnişi
Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası
Şəkidə 5 yaşlı uşağa sistem köçürüləndən sonra dünyasını dəyiş
Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhəddinə növbəti missiyan
"Azərbaycanda meyxana yolu ilə yeni kult formalaşdırılır- cinayətkar
İnternet üzərindən maşın almaq istəyən şəxs virtual satıcının torun
Rejissor Aqil Quliyev sosial media hesabındakı paylaşımı ilə diqqət çə
Gürcüstanda aylar öncə əməliyyat edilmiş soydaşımızın bədənində ə