Suriyada döyüşlərdə iştirak edən şəxs istintaq təcridxanasına köçürüldü
Digərləri 23 Yan 2023 17:41:00 306 0
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Akif Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu xəbəri də oxu: "Suriyaya 500 milyard dollar ziyan dəyib"
Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Akif Osmanovun saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətindən Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar qəbul edilib. Məhləmə baxışı fevralın 3-ə təyin olunub.
Qeyd edək ki, beynəlxalq terrorçuluqla mübarizə istiqamətində keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində daha əvvəl silahlı terror təşkilatının Türkiyədə fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə bu ölkə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilən, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilmiş 45 yaşlı Azərbaycan vətəndaşı Osmanov Akif Aydın oğlunun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub. Başlanılmış cinayət işi üzrə aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriyanın Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində "Azəri Camaatı" adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə "Şeyx Süleyman" qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.
Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə Azərbaycanda sə
Amerikalı müğənni Britni Spirs atasının himayəsindən ayrıldıqdan sonra
Salyanda idman müəllimi evdə ölü tapılıb.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva ötən gün uzun s�
Bakı metropolitenində dünyasını dəyişmiş motovoz maşinistinin sərnişi
Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası
Şəkidə 5 yaşlı uşağa sistem köçürüləndən sonra dünyasını dəyiş
Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhəddinə növbəti missiyan
"Azərbaycanda meyxana yolu ilə yeni kult formalaşdırılır- cinayətkar
İnternet üzərindən maşın almaq istəyən şəxs virtual satıcının torun
Rejissor Aqil Quliyev sosial media hesabındakı paylaşımı ilə diqqət çə
Gürcüstanda aylar öncə əməliyyat edilmiş soydaşımızın bədənində ə
Ombudsman Səbinə Əliyeva və Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfin