Əliyev “hər şeyi almaq” istəyir:


Siyasət 21 Yan 2023 22:18:00 363 0

Əliyev “hər şeyi almaq” istəyir:

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı doğrudan da hər şeyi əldə etməyi hədəfləyir.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri tanınmış rusiyalı ekspert, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov erməni internet mediasına açıqlamasında deyib.

O bildirib ki, Laçın yolu ilə bağlı məsələyə daha geniş prizmadan baxmaq mümkündür:

"Buna həm İkinci Qarabağ savaşından sonra yaranan yeni status-kvo, eyni zamanda, ötən il baş verənlər kontekstindən baxmaq olar. Rusiya XİN bu məsələyə 10 noyabr 2020-ci il Üçtərəfli bəyanatından yanaşır. Biz görürük ki, Azərbaycan addım-addım qırmızı xəttə yaxınlaşır: Fərrux əməliyyatı, bunun ardınca Laçın yolunun qısa müddətdə hazırlanaraq, Ermənistanla yeganə əlaqə olan yolu öz istədiyi tarixdə dəyişməsi - bilirsiniz ki, bu yol 2023-cü ildə təhvil verilməli idi, ancaq Azərbaycan bunu ötən il etdi, - sonra Ermənistan-Azərbaycan sərhədində baş verənlər... Görürük ki, məsələ Qarabağla məhdudlaşmır. Biz bunu "Qarabağ problemi" adlandırırıq, ancaq bu, daha geniş prosesdir. Məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası, eksklavların qaytarılması və sairdir".

Jurnalistin "İlham Əliyev dedi ki, Azərbaycan vətəndaşlığını almayan ermənilər gedə bilər. Bu, ermənisiz Qarabağ demək deyilmi" sualına isə Markedonov bu cür cavab verib:

"Burda fərqli nöqteyi-nəzərlər var. İlham Əliyev demir ki, ermənilər onun xoşuna gəlmir; o, leqal və qeyri-leqal ermənilərdən danışır. O deyir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın suverenliyini qəbul edirsə, heç bir problem yoxdur; Əliyev bildirir ki, Azərbaycanda öz perspektivini görməyən ermənilər gedə bilərlər.

Bu gün Azərbaycan kompramisə getməyə hazır deyil - necə ki, 2020-ci ilə qədər Ermənistan kompramisə getmirdi. 2020-ci ilə qədər Ermənistan özünü güclü mövqedə hiss edirdi. İndi isə yerlər dəyişib, Azərbaycan hər şeyi götürmək istəyir".

O bildirib ki, Əliyev Azərbaycan cəmiyyətinin istəyini icra edir:

"Hər şeyi" istəyən Azərbaycan cəmiyyətidir. Baxın sosial şəbəkələrə, mediaya, çıxışlara - Azərbaycanda bəzi şəxslər, xaricə gedənlər, ümumilikdə ictimaiyyətdə müəyyən iradlar səsləndirilir, deyirlər ki, Əliyev müharibədə tam qələbəyə qədər getmədi, Rusiyanın sözü ilə oturub-durur və s. Əlbəttə, Əliyev bu kimi iradların doğru olmadığını sübut etmək istəyir. Yəni cəmiyyətin istəyini yerinə yetirir. Əliyev nə deyir? Deyir ki, Ermənistan məğlub olub və məğlublar heç bir şərt diktə edə bilməz. Laçın yolu məsələsi bu düşüncənin tərkib hissəsidir".

Bakının Laçın yolu ilə bağlı tələbi… like
  • 21 Yan 22:17  
Siyasət Bakının Laçın yolu ilə bağlı tələbi…

Mənə elə gəlir ki, hər şey Bakı və Moskvadan asılıdır.

arrow Ətraflı
Bu, Rusiyaya sarsıdıcı zərbə olar: like
  • 21 Yan 22:16  
Siyasət Bu, Rusiyaya sarsıdıcı zərbə olar:

ABŞ administirasiyasının Krımın Ukrayna qoşunları tərəfindən ələ ke�

arrow Ətraflı
Xərçəngin əsas əlamətləri hansılardır? like
  • 21 Yan 22:15  
Digərləri Xərçəngin əsas əlamətləri hansılardır?

"Bədənin hər hansı bir yerində üç həftədən çox davam edən səb�

arrow Ətraflı
Pentaqonun Türkiyəyə güclü dəstəyini gördük like
  • 21 Yan 22:14  
Siyasət Pentaqonun Türkiyəyə güclü dəstəyini gördük

Bildiyiniz kimi, ABŞ-dan 40 ədəd F-16 qırıcıların alınması və 79 təyy

arrow Ətraflı
Bakıya qarşı böyük oyun: Yeni like
  • 21 Yan 22:12  
Siyasət Bakıya qarşı böyük oyun: Yeni

Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın Erm

arrow Ətraflı
Gəncədə yaşlı qadın ehtiyatsızlığın like
  • 21 Yan 22:11  
Digərləri Gəncədə yaşlı qadın ehtiyatsızlığın

Gəncə şəhərində 66 yaşlı qadın ölüb.

arrow Ətraflı
Bir tuluq su ilə susuz qalan Əbazər like
  • 21 Yan 22:10  
Digərləri Bir tuluq su ilə susuz qalan Əbazər

Yayın axırları idi, çox isti idi. Quraqlıq və susuzluq Mədinə əhlini ə

arrow Ətraflı
Mifoloji obrazlar: Hansısı gerçəkdən var, hansısı like
  • 21 Yan 22:08  
Digərləri Mifoloji obrazlar: Hansısı gerçəkdən var, hansısı

Mifoloji varlıqlar təkcə nağıllarda yox, həm də ciddi ədəbiyyatda da ya

arrow Ətraflı
Fransada Rusiya hakimiyyətinin ən güclü like
  • 21 Yan 22:07  
Siyasət Fransada Rusiya hakimiyyətinin ən güclü

"RT France" telekanalı bağlandığını elan edib.

arrow Ətraflı
O zaman ki, insan ölər, insanlar soruşar like
  • 21 Yan 21:55  
Digərləri O zaman ki, insan ölər, insanlar soruşar

Əbuzər bir gün çox xəstələnir və bir dəstə müsəlman onu ziyarət etm

arrow Ətraflı
Haram ruzi insanın övladına nə kimi təsir edir? like
  • 21 Yan 21:50  
Digərləri Haram ruzi insanın övladına nə kimi təsir edir?

Dini maarifə əsasən, mal və ruzinin insan ruhuna və canına təsiri vardır

arrow Ətraflı
Qan təzyiqini sadə üsulla aşağı salma like
  • 21 Yan 21:45  
Digərləri Qan təzyiqini sadə üsulla aşağı salma

Yaponiyalı əczaçısı Masatosi Kato antihipertenziv məşqlərlə təzyiqi az

arrow Ətraflı
Bu xüsusiyyətə malik insanlar şeytanın (lən) şəriki olur like
  • 21 Yan 21:40  
Digərləri Bu xüsusiyyətə malik insanlar şeytanın (lən) şəriki olur

Mübarək dinimizin nəzərinə görə, söyüş söymək - böyük günahlardan

arrow Ətraflı
Bitki çaylarının faydası və zərəri like
  • 21 Yan 21:35  
Digərləri Bitki çaylarının faydası və zərəri

Xəstəliklərdən və soyuq havalarda viruslardan qorunmaq üçün istifadə ed

arrow Ətraflı
Azərbaycanda bu şəxslərin də like
  • 21 Yan 21:32  
Digərləri Azərbaycanda bu şəxslərin də

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin - qe

arrow Ətraflı