Bakıya qarşı böyük oyun: Yeni


Siyasət 21 Yan 2023 22:12:00 371 0

Bakıya qarşı böyük oyun: Yeni

Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın Ermənistana silah göndərilməsini "etiraf etməsi" çox ciddi suallar yaradır: Arutyunyan niyə belə bir gizli əməliyyatı "etiraf" etməli, bunu yaymalıdır?

Faktiki olaraq bu, cinayət əməlidir: müharibə aparan ölkəyə göndərilən silahların oğurlanaraq, Ermənistana göndərilməsi, bunun hətta "göndərilmə marşrutu"nun açıqlanması normal deyil. Arutyunyan bu açıqlamasının araşdırmalara və nəticədə ciddi qalmaqala səbəb olacağını bilməmiş deyil. Bəs, bu "etiraf" hardan yaranır?

Qərb ölkələri göndərdikləri silahlara nəzarət edəcəyini elan etmişdi. Belə çıxır ki, Qərb göndərdiyi silahlara nəzarət edə bilmir və yaxud bu prosesə göz yumur.

Son.az axar.az-a istinadən bildirir ki, Arutyunyan "silahlar" deyəndə, məxsusi olaraq PUA-lardan danışır və nədənsə bu pilotsuz aparatları qabardır. Bəs, bunun səbəbi nədir?

Bu suallara cavab axtarmaq müxtəlif ehtimallara yol açır:

Birinci ehtimal: Qərb ölkələri Ukraynaya göndərilən silahların, xüsusilə PUA-ların Ermənistana çatdırılmasında maraqlıdırlar. Bu prosesə Ukraynanın bəzi qüvvələri də cəlb edilib. Məqsəd Ermənistan ordusunu müasir silahlarla təmin etmək, gücləndirmək və Cənubi Qafqazda növbəti müharibəni alovlandırmaqdır.

Ermənistanın siyasi gedişləri də buna hesablanıb: Paşinyan iqtidarı bütün vasitələrlə Rusiya ilə münasibətləri gərginləşdirir, Azərbaycanla sülh sazişinin imzalanmasından, sərhədin delimitasiya və demarkasiyasından imtina edir; Qərbin külli miqdarda kreditləri hesabına orduya vəsaiti artırır, Hindistan da daxil olmaqla, bir sıra ölkələrdən leqal, bəzi ölkələrdən isə qeyri-leqal silahlar alır.

Fransa da daxil olmaqla, Ermənistana Qərb silahlarının qeyri-leqal yollarla daxil olduğunu ehtimal etmək üçün kifayət qədər əsaslar var: NATO və Rusiya Ukraynada açıq şəkildə üz-üzə gəlir; bütün təbliğat-təşviqata baxmayaraq, Rusiyanın öz məqsədlərinə doğru Ukraynada addım-addım irəlilədiyi xüsusilə son aylar açıq şəkildə görünür. ABŞ Müharibənin Öyrənilməsi İnstitutu da daxil olmaqla, hərbi rəhbərlikdə təmsil olunanlar Ukraynanın gündəlik itkilərinin artıq üçrəqəmli olduğunu açıqlayırlar. Almaniya Xarici Kəşfiyyat Xidməti də ötən gün yaydığı açıqlamada bu faktı təsdiqlədi. "Üçrəqəmli itki" Ukrayna ordusunu tükəndirir və ciddi fəsadlara səbəb ola bilər.

Bu məqamda Rusiyanı "məşğul edəcək" ikinci cəbhənin açılması "ən yaxşı variant" kimi uzun müddətdir nəzərdən keçirilir. Bunun üçün münbit şərait isə Ermənistanın işğalçı iddialarını körükləməkdir.

Ermənistan da bu istiqamətdə siyasət aparır: Rusiyanı ölkə daxilində nüfuzdan salır, Kreml ilə əlaqələri zəiflədir, KTMT-nin İrəvanda keçirilən yekun bəyanatını imzalamır, KTMT-nin 2023-cü ildə Ermənistanda nəzərdə tutulan təlimlərindən imtina edir, Avropanın "monitorinq qrupu" adı ilə hərbçilərini sərhədə yerləşdirir... Hazırda "mülki missiya" başa çatsa da, AB daha geniştərkibli və uzunmüddətli - 200 nəfərdən ibarət və 2 il davam edəcək missiyasını sərhədə yerləşdirməyə hazırlaşır.

Ötənilki "missiyada" 40 nəfər nəzərdə tutulsa da, keçmiş hərbçilərdən ibarət olan "mülkilərin" sayının 400-ə çatdığı haqda məlumat yayılmışdı. Yəqin ki, indiki "200 nəfərlik missiya" da 2000 min mülki geyimli sabiq hərbçiləri əhatə edəcək.

İkinci ehtimal: Arutyunyanın bu "etirafı"nın məqsədi İranın Ermənistana bağışladığı PUA-larla bağlı prosesin üzərinə pərdə çəkməyə hesablanıb.

İranın ermənistana dəyəri milyonlarla ölçülən raketlər bağışladığı haqda təkzibedilməz faktlar ortaya çıxmışdı. Bunun ardınca isə İranın Ermənistana həm də "Şahid"lər verdiyi ehtimalı yayıldı. Ancaq bu ehtimalı təsdiqləyəcək kifayət qədər fakt yoxdur.

Mümkündür ki, artıq Ermənistan ordusu PUA-larla təlimə başlasın və bu zaman bəzi faktlar üzə çıxsın. Bu faktlara qarşı indidən "təbliğat hazırlıqları" görülür: Qərb silahları - Ukraynadan daşınıb; İran PUA-ları - Rusiyanın Ukraynada tətbiq etdiyidir, ələ keçirilənlərdir, Ermənistana göndərilib və s.

İranlı mütəxəssislərin erməni terrorçularına təlim keçmək üçün ötən ilin sentyabr-noyabr aylarında Xankəndiyə gəldiyi faktını da xatırlamaq yerinə düşər. Əgər Xankəndiyə gəlməyə qədər cəsarət edirlərsə, demək, iranlı mütəxəssislər Ermənistana çoxdan gəliblər və "bacılarına" təlim keçirlər.

Moskva Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi, tanınmış politoloq Sergey Markedonov da ötən gün erməni internet mediasında qatıldığı müzakirədə bu fakta diqqət çəkmişdi: Rusiyanın Cənubi Qafqazda mövcudluğuna qarşı çıxırlar, sanki sülhməramlıların orda olmadığı görüntüsü yaradırlar, bu məsələdə Fransa və İran çox aktivdir və s. Markedonov bildirdi ki, Fransa başda olmaqla, AB Ermənistana "beynəlxalq sülhməramlı kontingent" göndərmək uğrunda çalışır, digər tərəfdən isə Makron Putini Cənubi Qafqazda müharibəni körükləməkdə, konflikti qızışdırmaqda, destabilizasiya yaratmaqda ittiham edir.

Markedonov haqlı olaraq təxminən belə bir sual da qoymuşdu: Mən Ermənistanda Fransa, AB-nin digər ölkələri ilə İranın necə birgə işlədiyini anlamaqda çətinlik çəkirəm. Həmçinin bu ölkələrin hər birinin Cənubi Qafqazda öz marağı olduğunu bildirərək, çox müəmmalı oyun getdiyinə işarə etmişdi.

İranın Ermənistana silah və mütəxəssislərlə yardım etdiyi gün kimi aydındır. Qərb buna niyə göz yumur? Fransanın "kiçik bacısı" niyə həm də İranla "bacılaşma əlaqələrini" yüksəldir?

Burda bir ciddi məsələ var: Türkiyənin 2020-ci il savaşı ilə regionda mövqelərini gücləndirməsinə qarşı Fransa və İran Ermənistan üzərindən böyük oyun başladıb. Bu məsələdə Qərb də Fransaya dəstək verir - Rusiyaya ikinci cəbhə açmaq üçün. İranın isə Türkiyə və Azərbaycana qarşı öz mənfur niyyətləri var.

Nəticə: Ermənistan masadan qaçır, danışıqlardan imtina edir, sülh prosesini aparmır, əvəzində silah üçün kreditlər alır. Paşinyanın hakimiyyətə gəldiyi ilk illərdə xarici borc ÜDM-nin 57-58 faizi qədər idisə, sonradan bu rəqəm 51 faizə qədər enmişdi. Ancaq 2023-cü ildə xarici borc ÜDM-nin 64 faizinə qədər qalxacaq. Erməni iqtisadçılar buna etiraz edirlər, Paşinyanın həmişə xarici borca həssas yanaşdığını bildirirlər, ona görə də son iki ildə Nikol Paşinyanın külli miqdarda kredit almasının səbəbini anlamağa çalışırlar. Səbəb aydın deyilmi?

Digər tərəfdən isə Ermənistana Qərb silahları (Arutyunyanın işarə etdiyi kimi deyil, Qərb silahları birbaşa Ermənistana gəlir, Arutyunyan bunu sadəcə, ört-basdır edir) gəlir, üstəlik, Ukrayna savaşında özünü doğruldan "Şahid"ləri İran Ermənistana bağışlayır.

Cənubi Qafqazda Türkiyə-Azərbaycan birliyinə qarşı böyük hərəkətlənmə var: bu oyunun Avropada Bakıya qarşı siyasi əsaslandırmaları isə bir müddətdir başlayıb...

Gəncədə yaşlı qadın ehtiyatsızlığın like
  • 21 Yan 22:11  
Digərləri Gəncədə yaşlı qadın ehtiyatsızlığın

Gəncə şəhərində 66 yaşlı qadın ölüb.

arrow Ətraflı
Bir tuluq su ilə susuz qalan Əbazər like
  • 21 Yan 22:10  
Digərləri Bir tuluq su ilə susuz qalan Əbazər

Yayın axırları idi, çox isti idi. Quraqlıq və susuzluq Mədinə əhlini ə

arrow Ətraflı
Mifoloji obrazlar: Hansısı gerçəkdən var, hansısı like
  • 21 Yan 22:08  
Digərləri Mifoloji obrazlar: Hansısı gerçəkdən var, hansısı

Mifoloji varlıqlar təkcə nağıllarda yox, həm də ciddi ədəbiyyatda da ya

arrow Ətraflı
Fransada Rusiya hakimiyyətinin ən güclü like
  • 21 Yan 22:07  
Siyasət Fransada Rusiya hakimiyyətinin ən güclü

"RT France" telekanalı bağlandığını elan edib.

arrow Ətraflı
O zaman ki, insan ölər, insanlar soruşar like
  • 21 Yan 21:55  
Digərləri O zaman ki, insan ölər, insanlar soruşar

Əbuzər bir gün çox xəstələnir və bir dəstə müsəlman onu ziyarət etm

arrow Ətraflı
Haram ruzi insanın övladına nə kimi təsir edir? like
  • 21 Yan 21:50  
Digərləri Haram ruzi insanın övladına nə kimi təsir edir?

Dini maarifə əsasən, mal və ruzinin insan ruhuna və canına təsiri vardır

arrow Ətraflı
Qan təzyiqini sadə üsulla aşağı salma like
  • 21 Yan 21:45  
Digərləri Qan təzyiqini sadə üsulla aşağı salma

Yaponiyalı əczaçısı Masatosi Kato antihipertenziv məşqlərlə təzyiqi az

arrow Ətraflı
Bu xüsusiyyətə malik insanlar şeytanın (lən) şəriki olur like
  • 21 Yan 21:40  
Digərləri Bu xüsusiyyətə malik insanlar şeytanın (lən) şəriki olur

Mübarək dinimizin nəzərinə görə, söyüş söymək - böyük günahlardan

arrow Ətraflı
Bitki çaylarının faydası və zərəri like
  • 21 Yan 21:35  
Digərləri Bitki çaylarının faydası və zərəri

Xəstəliklərdən və soyuq havalarda viruslardan qorunmaq üçün istifadə ed

arrow Ətraflı
Azərbaycanda bu şəxslərin də like
  • 21 Yan 21:32  
Digərləri Azərbaycanda bu şəxslərin də

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin - qe

arrow Ətraflı
Yastıpəncəliyin FƏSADLARI: ayaq ağrıları və tez yorulma like
  • 21 Yan 21:30  
Digərləri Yastıpəncəliyin FƏSADLARI: ayaq ağrıları və tez yorulma

Ayaq sağlamlığı orqanizmdə böyük əhəmiyyət daşıyır. Ayaqlarda yaran

arrow Ətraflı
Gündə 5 badam yeməklə piyin yandırılması like
  • 21 Yan 21:25  
Digərləri Gündə 5 badam yeməklə piyin yandırılması

Kalori defisiti olan pəhriz çəkinin azaldılması üçün ən populyar yanaş

arrow Ətraflı
Zaqataladakı yanğının ilkin səbəbi like
  • 21 Yan 21:21  
Digərləri Zaqataladakı yanğının ilkin səbəbi

Bu gün Zaqatala rayonunda ikimərtəbəli evdə baş verən yanğının ilkin s

arrow Ətraflı
Həzrət Yusifin yuxu yozumu nədən qaynaqlanırdı? like
  • 21 Yan 21:20  
Digərləri Həzrət Yusifin yuxu yozumu nədən qaynaqlanırdı?

Quranda oxuduğumuz kimi, Allah Təala Həzrət Yusifə (ə) yuxu yozumu elmini

arrow Ətraflı
Şagirdlərə nəzarəti itirərək rəzil duruma düşən müəllimin like
  • 21 Yan 21:18  
Digərləri Şagirdlərə nəzarəti itirərək rəzil duruma düşən müəllimin

Azərbaycanda sinif otağında rəzalət yaşandığını əks etdirən növbət

arrow Ətraflı