Bitki çaylarının faydası və zərəri
Digərləri 21 Yan 2023 21:35:00 354 0
Xəstəliklərdən və soyuq havalarda viruslardan qorunmaq üçün istifadə edilən bitki çayları bəzən özümüz də bilmədən problemlər yaradır.
Bu xəbəri də oxu: "Kosmik yeni il ağacı" NASAdan yeni görüntülər
Həkim-terapevt Nazilə Babayeva deyib: "Hər şeyin qədərində istifadə edilməsi orqanizm üçün faydalıdır, normadan artıq istifadə olunması isə əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər. Bəzən bitki qarışıqlarından hazırlanan, yəni bir neçə bitkinin qarışığından hazırlanan çay lazımi səmərəni vermir. Məsələ burasındadır ki, bir neçə bitkidən istifadə olunması bir bitkinin təsiri digərini qüvvətləndirə və ya zəiflədə bilər. Dəmlənmənin formasından da çox şey asılıdır".
Həkimin dediyinə görə, yanaşı xəstəliyi olanlar bitki çaylarını qəbul edərkən diqqətli olmalıdırlar: "Bitkilərin təsiri onların maddələr mübadiləsini sürətləndirməsinə əsaslanır. Xüsusilə ürək-damar sistemi xəstəliyi, şəkərin nizamlanmasında ciddi problemi və böyrək daşı olanların bitki çaylarından ehtiyatla istifadə etməsi məsləhətdir, yaxud qanın laxtalanma sistemində problemlər varsa, bəzi bitkilər qandurulaşdırıcı təsir göstərir".
Onu da qeyd edək ki, bəzi bitki çayları uşaqlar və hamilə qadınlara da mənfi təsir göstərə bilər. Ona görə də həkim məsləhəti olmadan bitki çaylarından istifadə etmək yolverilməzdir.
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin - qe
Ayaq sağlamlığı orqanizmdə böyük əhəmiyyət daşıyır. Ayaqlarda yaran
Kalori defisiti olan pəhriz çəkinin azaldılması üçün ən populyar yanaş
Bu gün Zaqatala rayonunda ikimərtəbəli evdə baş verən yanğının ilkin s
Quranda oxuduğumuz kimi, Allah Təala Həzrət Yusifə (ə) yuxu yozumu elmini
Azərbaycanda sinif otağında rəzalət yaşandığını əks etdirən növbət
Əgər dəriniz qurudursa, bu, sizə bir çox problemlər yaradır. Makiyaj zama
Ailə - kiçik bir cəmiyyətdir ki, körpə orada böyüyər və tərbiyə alar
Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərinin sənaye sahəsindəki neft
Bioloqlar stresin gözlərə dəhşətli təsirini açıqlayıb.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkədə işıqların kə
Hazırda məişətdə, işdə, məktəbdə, yolda - demək olar ki, hər yerdə
Tanınmış aktrisa Serenay Sarıkayanın baş rolda olduğu "Şahmaran&quo
İspaniyanın paytaxtı Madridin mərkəzində hökumət əleyhinə etiraz aksiy