Övladın tərbiyəsi bu 4 yolda olmalıdır
Digərləri 21 Yan 2023 21:10:00 458 0
Ailə - kiçik bir cəmiyyətdir ki, körpə orada böyüyər və tərbiyə alar. Hər nəyi görərsə, təqlid edər və təkrar edər.
Bu xəbəri də oxu: DubayMoskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi
Ya həmin qalada süqut edər, ya da ucalar. Çünki insan şəxsiyyətinin xəmiri ilk olaraq ailədə yoğrular və ora nə qatılarsa, ömrü boyu onu izləyər və ona təsir qoyar.
Ona görə də valideynlər əgər sağlam və dindar övlad böyütmək istəyirlərsə, gərək dinimizin tərbiyə üçün buyurduğu dörd yolu özləri üçün sərlövhə qərar versinlər. Bu yollar ilə tanış olaq:
1. Tanıma. Əgər övladınızın dindar və sağlam ruhiyyəli böyüməsini istəyirsinizsə, onu, uyğun dərk səviyyəsində Allah və din ilə tanış etməlisiniz. Yəni, dinin toxumları ona, ilk dil açdığı və ətrafını dərk etməyə çalışmaq istədiyi mərhələdə səpilməlidir. Uşaq gərək din sahəsində zənn və gümanlara söykənməsin.
Çünki Quran buyurur: "(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)". ("İsra" 36).
2. İman. İmanın yeri qəlbdir. Əgər valideyn övladının qəlbinə imanı sala bilərsə, bu iman heç bir zaman oranı tərk etməz. O kəs ki, qəlbən Allaha iman bəsləməz, o, müsəlman hesab olunmaz. İman qəlbdə olmalıdır.
Bunun üçün valideyn övladları üçün örnək və nümunə olmalıdır ki, övladları ona təqlid edərək, imana malik olsunlar.
3. Əməl. Övlada dini başa salmaq, onun gələcək həyatının sağlam olması üçün kifayət deyildir. Uşaq gərək bu bildiklərini əməldə nümayiş etdirə bilsin. Yəni, o şeyə ki, inanır və imanı vardır - onu əməldə göstərsin. Əgər imanı varsa, onu mütləq saleh əməldə büruzə vermək lazımdır. "Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri Firdovs bağlarıdır". ("Kəhf" 107).
4. Rəfiq olmaq. Valideyn övladına həm sevgisini daddırmalıdır, həm də onun yaxın rəfiqi olmalıdır. Ona həyatın eniş və yoxuşlarını sevgi dili ilə başa salmalı və cəmiyyətdəki həyatına hazırlamalıdır. Övlad bilməlidir ki, hər şey nağıllarda deyildiyi kimi deyildir. Əslində həqiqi dünya çox sərtdir və əgər hədəfini müəyyən etməsə və Allaha söykənməsə, gələcəkdə çox sayda çətinliklər onu gözləyəcəkdir.
Bu yolda onun yol göstərəni valideynləridir. Ona görə də valideynlərini sevməli və onların nəsihətlərinə qulaq asmağı bacarmalıdır. Valideyn gərək ondan əvvəl başqalarının övladı üçün rəfiq və dost olmasına imkan verməsin.
Əgər övladı Allahı tanısa, qəlbində imanı olsa və onu əməldə büruzə versə, valideynin nəsihətlərinə qulaq assa - deməli tərbiyə düzgün yolda gedir. Əks halda öz tərbiyə üslubunuz barəsində düşünməlisiniz.
Çünki övlad tərbiyəsinə görə məsulsunuz və buna görə cavab verəcəksiniz.
Allah Təbarəkə və Təala bu nəcib işdə hər bir valideyni müvəffəq etsin.
Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərinin sənaye sahəsindəki neft
Bioloqlar stresin gözlərə dəhşətli təsirini açıqlayıb.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkədə işıqların kə
Hazırda məişətdə, işdə, məktəbdə, yolda - demək olar ki, hər yerdə
Tanınmış aktrisa Serenay Sarıkayanın baş rolda olduğu "Şahmaran&quo
İspaniyanın paytaxtı Madridin mərkəzində hökumət əleyhinə etiraz aksiy
İranın molla rejimi Məşhəddə baha başa gələn yeni zindan tikir.
2014-cü ildən etibarən İranın ali rəhbəri Əli Xameneyinin Ərdəbil əya
İmam Zaman (ə.f) biz Əhli-Beyt (ə) davamçılarının etdiyi hər bir xeyir
Ürək-damar sistemi xəstəlikləri bütün ölkələrdə ölümün ilk səbəb
Mütəxəssislər qış aylarında ən faydalı ərzaqlardan söhbət açarkən
Bu gün vəkil Bəhruz Bayramovu naməlum şəxs hədələyib.