Hansı çayı və nə qədər içək? –
Digərləri 21 Yan 2023 19:44:00 443 0
Həkim deyir ki, nə qədər xoşumuza gəlsə də, eyni ədviyyatlı, bitki çayını davamlı istifadə etməmək, fasilə vermək daha yaxşı olar. Çünki bitki çaylarını xeyri ilə yanaşı, ziyanı da ola bilər. Ancaq bəzi çayları gündəlik içə bilərik.
Bu xəbəri də oxu: "Azəriqaz" qazın yeni qiymətinin tətbiqinə START VERDİ
Çay sevən xalqıq. Qara çay menyumuzdan əskik olmur. Ancaq dəmlədiyimizdə çaya hil, darçın, mixək kimi ədviyyatları, yaxud kəklikotu, nanə, itburnu, lavanda, jasmin və s. kimi bitkiləri əlavə edərək fərqli dadda, qoxuda çay da əldə edirik. Bitkilərin tək öz çayının dəmləməsini də sevənlər var. Bu çayları içərkən, tək dad, qoxu deyil, sağlamlıq üçün faydalarını da nəzərə alırıq. Bəziləri immunitet üçün faydalıdır, bəziləri sakitləşdirici təsiri göstərir, bəziləri təzyiq üçün effektlidir və s. Bu kimi faydalarından dolayı davamlı bu çayları gündəlik istifadə edənlər var. Etmək olarmı? Ümumiyyətlə, bu çaylardan istifadə zamanı diqqət etməli olduğumuz nələrsə varmı?
"Kaspi" qəzeti bu suallara cavab axtarmağa çalışıb:
Ya tək, ya da qara çayla...
Həkim-fitoterapevt Elnur Eldaroğlu deyir ki, sağlamlığımız üçün qara çayı azaltmağa, bitki çaylarına üstünlük verməyə çalışmalıyıq: "Qara çay davamlı və çox içildikdə sağlamlığa mənfi təsirləri olur, həm də indiki qara çayların çoxunda rəngləyicilər istifadə edilir. Bu səbəblərdən qara çayı bitki çayları ilə əvəz etməyi məsləhət görərdim. Yaxud insanlar bitki çaylarını qara çayla yanaşı istifadə etməyi sevirlərsə, bu da ola bilər".
Kim hansı dadı, ətri sevirsə, onlara uyğun bitki, yaxud ədviyyatlı çay istifadə edir. Fitoterapevt bu çaylarla bağlı müəyyən məsələləri nəzərə almağın vacib olduğunu da dedi: "Məsələn, bütün çaylara mixək qarışdırmağa ehtiyac yoxdur. Mixək büzüşdürücü təsir göstərir. Kəklikotu çayını sevənlər bilsinlər ki, bu çay soyuq halda təzyiqi aşağı salır, isti halda artırır. Darçın da kifayət qədər istifadə oluna bilər. Amma darçınlı çayı arıqlamaq, iştahanı kəsmək üçün istifadə edənlər yanıla bilirlər. Şəkərli diabeti olanlar üçün o qədər də məsləhət deyil. Dadverici kimi hildən istifadə etmək olar. Nanəli çay qanı azaldır, təzyiqi aşağı salır deyirlər, həqiqətə uyğun deyil. Amma yemişanlı çay təzyiqi aşağı salır".
"Günlük istifadəsi 20 qramı keçməməlidir"
Qış aylarında zəncəfilli çay çox istifadə edilir. E.Eldaroğlu deyir ki, burada günlük limiti keçməməyə diqqət etməliyik: "Zəncəfilli çay hipertoniyası olan, xroniki yorğunluqdan əziyyət çəkən, tez-tez xəstələnən, qrip kimi bir sıra viruslara yoluxanlar üçün faydalıdır. İştaha açır, metabolizmi sürətləndirir, arıqladıcı effekt verə bilir, iltihab əleyhinə təsir göstərir, qan dövranını yaxşılaşdırır. Kifayət qədər immunostimulyator təsiri var. Amma zəncəfil kökünün günlük istifadəsi 20 qramı keçməməlidir. Mədə turşuluğunu artıra, qıcıqlanmış bağırsaq sindromunda bağırsağı qıcıqlandıra bilir. Mədə turşuluğunun artması fonunda quru və qıcıqlı ciddi öskürək yarana bilir. Zəncəfil kökünü kök şəklində doğrayaraq istifadə etmək tövsiyə olunur. Zəncəfil kökünü itburnu ilə birlikdə dəmləyəndə də yaxşı təsir göstərir".
İtburnu çayının da faydası çoxdur, ancaq E.Eldaroğlu bu çayı 21 gündən artıq davamlı içməyi məsləhət görmür: "İtburnu çayı geniş istifadə olunur, dadı da yaxşıdır. C vitaminini artırır, təzyiqi aşağı salır, yüngül sidikqovucudur, içdiyiniz vaxt zökəm prosesi azalır. Gündə bir dəfə olmaqla 21 gündən çox istifadə etmək olmaz. İtburnu meyvəsindən dəmlənən çayı gündə 3-4 dəfə istifadə etmək bəzi böyrək daşlarını əritsə də, oksalat daşını yarada bilər. İtburnunu digər bitkilərlə qarışdıraraq da dadlı çay hazırlamaq olar. Məsələn, itburnu meyvəsi, qara kişmiş, dazıotu, nanə cövhəri, cökənin hərəsindən bir xörək qaşığı götürüb yarım litr suda dəmləyib içmək olar".
"Rent a car" şirkətindən icarəyə götürdüyü "Chevrolet Cr
Hədislərimizin buyurduğuna görə, yerinə yetən dua - o duadır ki, hər k�
Yeniyetməlik dövründə sızanaq problemi gəncləri ciddi narahat edir. Əsas
Bakının mərkəzi hissəsində yol təmirə görə bağlanıb.
"Hansı sahədə oluruqsa-olaq, hər birimiz bu günlərdə çox aktiv olma
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun "Pap
Tennessi ştatındakı Çattabuqa şəhərindəki Volkswagen zavodunun konveyeri
Amerikalı müğənni Britni Spirs adını dəyişdiyini açıqlayıb.
Azərbaycanda məktəbin sinif otağından növbəti qalmaqallı görüntü yay
Cadenza Contemporary Orchestra 24 yanvar saat 19:00-da Beynəlxalq Muğam Mərk�
Almaniya Qərb ölkələrinin Ukraynaya "Leopard 2" tanklarının veri
Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliye
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeyd�
Türkiyənin Şanlıurfa şəhərində 18 ildən sonra nəsillərində doğulan