Yeniyetmələrin üzləşdiyi sızanaq problemi Necə müalicə etməli?


Digərləri 21 Yan 2023 19:25:00 268 0

Yeniyetmələrin üzləşdiyi sızanaq problemi  Necə müalicə etməli?

Yeniyetməlik dövründə sızanaq problemi gəncləri ciddi narahat edir. Əsas məsələ isə sızanaq problemi olan dərini düzgün müalicə etməkdir.

Bakupost.az türkiyəli dermatologiya mütəxəssisi Funda Atamanın sızanaqların müalicəsi ilə bağlı məsləhətlərini tədim edir. Dermatoloqun sözlərinə görə, yeniyetməlikdə sızanaqlar dərinin yağ ifrazının artmasından sonra yağ vəzilərinin iltihabı nəticəsində yaranır:

"Bu iltihaba səbəb olan bakteriyalar hər kəsin dərisində olur. Lakin yağ ifrazının çox olması və dəridə yağ balansının pozulması bu bakteriyaların çoxalmasına gətirib çıxarır. Bu problemə ən çox 14-16 yaş arasında yeniyetmələrdə rast gəlinir. Hər 10 yeniyetmədən 1-də sızanaqlar kəskin xarakter alır. Yeniyetməlik sızanaqları qızlarda daha gənc yaşda olur. Bu, qızların yetkinlik yaşına daha erkən daxil olması ilə bağlıdır".

Mütəxəssisin sözlərinə görə, sızanağın yaranmasında genetik faktorlar da mühüm rol oynayır:

"Ata-ana, böyük bacısı və qardaşında sızanaq olanların bu problemlə üzləşmə riski daha çoxdur. Eskimoslar, yaponlar, qaradərililərdə sızanaqlar digərlərinə nisbətən az müşahidə olunur. Lakin əsasən balıqla qidalanan eskimoslar və yaponlar Qərb mətbəxindən olan yeməklərə keçdikdən sonra onlarda da sızanaq problemi artıb".

Funda Ataman bildirib ki, sızanaqlar insana psixoloji cəhətdən təsir edir:

"Sızanaqlar məktəb, iş və şəxsi həyatda insanları utandıra və münasibətlərində problemlər yarada bilər. Qaşıntı, yanma, ağrı, qanaxma, görüntüdən narahat olma kimi problemlər mümkündür. Daimi ləkə, çopurluq və yara izləri isə ən arzuolunmaz vəziyyətdir.

Pəhrizin sızanaqlara təsiri tam olaraq müəyyən edilməsə də, kalori qəbulunun azaldılması və artıq çəkidən qurtulma sızanaq müalicəsində effektivliyi artırır.

Gənclərin balanslaşdırılmış zülal, yağ, karbohidrat, vitamin qəbul etmələri, kifayət qədər meyvə-tərəvəz, balıq yeməsi onların sağlam böyüməsinə və inkişafına müsbət təsir edir.

Sızanaq təkcə yeniyetməlik dövründə müşahidə olunmur. Həmçinin qadınlarda menstruasiya öncəsi sızanaqların görünməsi normaldır. Tərləmə, rütubətli iqlim, yemək bişirilən isti yerlərdə işləmək sızanaqları artırır. Qidalanmasında fast-fooda üstünlük verən şəxslərdə bu problem şiddətlənə bilər".

Dermatoloq bildirib ki, yeniyetnəlik sızanaqları 4-6 il davam edir:

"Bəzən 40 yaşa qədər davam etdiyi müşahidə olunur. Müalicəyə başlayan insanlara bunun uzun sürəcəyi barədə məlumat verilməlidir. Yüngül sızanaqlarda çox vaxt dəridən artıq yağı çıxaran və bakteriya böyüməsinin qarşısını alan məhsuldan istifadə edirlər. Bununla belə, tərkibində heksaxlorofen olan antibakterial sabunların istifadəsi xüsusi növ sızanaqlara səbəb olur. İkinci mərhələdə dəridə yağ ifrazını azaldan kremlər, gellər və losyonlar istifadə olunur. Heç bir yaxşılaşma olmazsa, antibiotiklər sınana bilər.

Vitamin A törəməsi həbləri ən davamlı və şiddətli sızanaq formasında istifadə olunur. Bundan əlavə, sızanaq müalicəsi alan insanlar həkim nəzarəti altında vitamin qəbul etməli və qidalanmalarına diqqət etməlidirlər. Sızanaq müalicəsinin demək olar ki, bütün üsullarında müalicənin ilk günlərində dərinin quruması, qızartı, qaşınma və sızanaqların artması gözlənilir. Xəstələrə bunun yan təsir və ya allergiya olmadığı barədə məlumat verilməlidir. Yenə ən təsirli və uzun müalicələrdən sonra belə sızanaqlar təkrarlana bilər.

Sızanaqlar keçdikdən sonra qalan izlər üçün kimyəvi pilinq, lazer, dermaroller, dermabraziya kimi proseslər tətbiq oluna bilər. Uzun və çətin olan sızanaq müalicəsinin məqsədi gəncləri həm də çapıq və ləkələrdən qorumaqdır".

Bakının mərkəzi hissəsində yol təmirə görə bağlanıb  FOTO like
  • 21 Yan 19:21  
Digərləri Bakının mərkəzi hissəsində yol təmirə görə bağlanıb FOTO

Bakının mərkəzi hissəsində yol təmirə görə bağlanıb.

arrow Ətraflı
“Gənc müğənnilər yaradıcılıq gündəliyimi vərəqləsəydilər bilərdilər ki...” like
  • 21 Yan 18:56  
Şou-biznes “Gənc müğənnilər yaradıcılıq gündəliyimi vərəqləsəydilər bilərdilər ki...”

"Hansı sahədə oluruqsa-olaq, hər birimiz bu günlərdə çox aktiv olma

arrow Ətraflı
"Kubinka"da üzərində "patı" və silah gəzdirən 8 nəfər saxlanılıb  VİDEO  FOTO like
  • 21 Yan 18:48  
Kriminal "Kubinka"da üzərində "patı" və silah gəzdirən 8 nəfər saxlanılıb VİDEO FOTO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun "Pap

arrow Ətraflı
Sonuncu Volkswagen Passat sedanı konveyeri like
  • 21 Yan 18:30  
Digərləri Sonuncu Volkswagen Passat sedanı konveyeri

Tennessi ştatındakı Çattabuqa şəhərindəki Volkswagen zavodunun konveyeri

arrow Ətraflı
Britni Spirs adını dəyişdi  FOTO like
  • 21 Yan 17:49  
Şou-biznes Britni Spirs adını dəyişdi FOTO

Amerikalı müğənni Britni Spirs adını dəyişdiyini açıqlayıb.

arrow Ətraflı
Azərbaycanda məktəbdə müəllim şagirdi döydü  VİDEO like
  • 21 Yan 17:09  
Digərləri Azərbaycanda məktəbdə müəllim şagirdi döydü VİDEO

Azərbaycanda məktəbin sinif otağından növbəti qalmaqallı görüntü yay

arrow Ətraflı
Cadenza Contemporary Orchestra “BCB” adlı konsertini keçirəcək like
  • 21 Yan 16:59  
Kriminal Cadenza Contemporary Orchestra “BCB” adlı konsertini keçirəcək

Cadenza Contemporary Orchestra 24 yanvar saat 19:00-da Beynəlxalq Muğam Mərk�

arrow Ətraflı
Məhşur Sovet aktrisası öldü like
  • 21 Yan 16:51  
Şou-biznes Məhşur Sovet aktrisası öldü

Məhşur Sovet aktrisası Maya Menqlet 87 yaşında vəfat edib.

arrow Ətraflı
Almaniya “Leopard 2” tanklarını verməkdən buna görə çəkinir like
  • 21 Yan 16:40  
Dünya Almaniya “Leopard 2” tanklarını verməkdən buna görə çəkinir

Almaniya Qərb ölkələrinin Ukraynaya "Leopard 2" tanklarının veri

arrow Ətraflı
Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşdi like
  • 21 Yan 16:39  
Şou-biznes Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşdi

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliye

arrow Ətraflı
Son sutkada 24 nəfər yoluxdu like
  • 21 Yan 16:35  
Digərləri Son sutkada 24 nəfər yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeyd�

arrow Ətraflı
18 il sonra nəsillərində doğulan oğlan uşağını "qoşun"la qarşıladılar  VİDEO like
  • 21 Yan 16:31  
Dünya 18 il sonra nəsillərində doğulan oğlan uşağını "qoşun"la qarşıladılar VİDEO

Türkiyənin Şanlıurfa şəhərində 18 ildən sonra nəsillərində doğulan

arrow Ətraflı
Şəkidə "Volkswagen" çaya düşdü  FOTO like
  • 21 Yan 16:30  
Digərləri Şəkidə "Volkswagen" çaya düşdü FOTO

Şəkidə iki avtomobil toqquşub, onlardan biri çaya düşüb.

arrow Ətraflı
Nərgiz Cəlilova yenidən efirə qayıdır  VİDEO like
  • 21 Yan 16:20  
Şou-biznes Nərgiz Cəlilova yenidən efirə qayıdır VİDEO

Məşhur aparıcısı Nərgiz Cəlilova yenidən ekrana qayıdır.

arrow Ətraflı
Xəstəxanada pul müqabilində 6 ay yatmaq təklif edilir like
  • 21 Yan 16:09  
Dünya Xəstəxanada pul müqabilində 6 ay yatmaq təklif edilir

Qəribə elanı Fransanın Tuluz şəhərindəki Kosmik Tibb İnstitutu verib.

arrow Ətraflı