"Uşaq olmayanda günahı qızda görürlər, bəyəm oğlanlarımız sağlamdır?"
Digərləri 04 Yan 2025 00:24:00 81 0
Azərbaycanda yeni doğulan körpələrin xəstələnməsi, 1 yaşına qədər ölüm hallarının çoxalması və anadangəlmə xəstəliklərlə doğulan uşaqların sayında kəskin artımlar var. Müasir dövrdə səhiyyə günbəgün bütün dünyada inkişaf etməkdədir. Amma xəstə doğulan uşaqların sayı nədənsə bizdə ilbəil artır. Bu da cütlüklərdə narahatlıq yaradır. Nəinki cütlüklər, dövlətin sağlam inkişafında uşaqların mühüm yer tutduğunu nəzərə alsaq, onların təməl sağlamlığı vacib sayılır.
Bu xəbəri də oxu: Adına üç şirkət var, amma özünün xəbəri yoxdur
Bəs yeni doğulan körpələrin ölümü, xəstə doğulmasının səbəbləri nələrdir?
Son.az bizim.media-ya istinadən xəbər verir ki, pediatr Vaqif Qarayevin sözlərinə görə, hamiləlik dönəmində qadınların vaxtında müayinələrə getməməsi xəstə uşaqların doğulmasının səbəblərindən biridir.
"Hamilə qadınlar ginekoloqların dediyi vaxtlarda müayinələrə gedirsə, bir çox şeylərin qarşısını almaq olur. Ümumiyyətlə, 9 ayda bir dəfə də həkim qapısını döymürsə, hamilə qadınlarda nə desəniz tapmaq olur. Ən vacib məqamlardan biri də yeni doğulan uşaqlarda tətbiq olunan daban testidir. Bizdə daban testi 5-6 xəstəliyi aşkar edir, amma dünyada 50-60 xəstəliyi təyin edə bilirlər. Rəsmi rəqəmlər göstərir ki, daban testindən aşkar olunan xəstəliklərin əksəriyyəti əqli qüsurdur. Dövlət xəstəxanasında da hamilə xanımlar doğuşdan sonra onu tələb etməlidirlər ki, daban testi aparılsın. Daban testi ilə vaxtında aşkar olunan xəstəliklərin inkişaf etməsinin qarşısını almaq olur".
Mentalitet, paslı düşüncələr...
1 yaşa qədər uşaqların ölümünə gəldikdə isə, həkim bildirir ki, bu ölümlərin sayının çox olması səhiyyənin keyfiyyətinin, tibbi xidmətin zəif olmasının göstəricisidir. Vaqif Qarayev həm də uşaqların xəstələnməsi və ölümlərinin səbəbini cəmiyyətimizin hələ də paslı düşüncələrdən asılı olması ilə əlaqələndirib:
"Bizdə 40 gün uşağı həkimə göstərməmək kimi heç nəyə yaramayan bir adət qalıb. Bu 40 gündə də həmin uşaqda bir çox xəstəliklər, nasazlıqlar ola bilər. Bu adəti birdəfəlik yaddan çıxarmalıyıq. Bundan başqa, beynəlxalq təcrübədə ananın 30-dan çox yaşı olması riskli faktor sayılır. Amma bizdə risk erkən nikahlardır. Bunu da adət-ənənələrlə izah edirlər ki, dədə-baba tez evlənib də, nə var ki bunda... Çox şey ola bilər. Hamiləliyi axıra qədər daşıya bilmirlər. Daşıyırsa belə dünyaya sağlam uşaq gətirmir".
Alimlərin proqnozlarına görə, Yer planetində temperatur insan həyatı üç
Biləcəri istiqamətində hərəkət edən 91 saylı müntəzəm marşrut xətt
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Rəqqasə Fatimə Fətəliyeva Daxili İşlər Nazirliyinə müraciət edib.
İranın Azərbaycandakı müvəqqəti işlər vəkilindən sonra Rusiya səfiri
Qadın rəfiqəsi ilə birlikdə ona xəyanət edən ərinin sevgilisini qətlə
Nazirlər Kabineti "Neft məhsullarının aksiz dərəcələri səviyyəsin
2025-ci ildə və yaxın 14 ildə doğulan uşaqlar yeni nəslin nümayəndələ
AZAL-a məxsus və Aktau yaxınlığında qəzaya uğramış təyyarənin qara q
Türkiyənin Diyarbəkir vilayətində Narin Güranın qətlə yetirildiyi kənd
Ötən gün vəfat edən türkiyəli müğənni Ferdi Tayfurun vəsiyyəti üzə
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər.
Qazlı su içdikdə orqanizmdə bir sıra proseslər baş verir. Qazlı suyun t�
"Azərbaycanın bəzi media resurslarında yanvarın 1-də "Azərbayca
Aparıcı Aytən Səfərova bəzi kişilərə irad bildirib.