İlham Əliyevin Davosda Xorvatiyanın Baş naziri ilə görüşü olub
Siyasət 19 Yan 2023 19:55:00 331 0
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşü olub.
Bu xəbəri də oxu: Marin Le Penin həbs oluna bilər
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Xorvatiya Baş nazirini Azərbaycana səfərə dəvət etdi.
Dəvət minnətdarlıqla qəbul olundu.
Söhbət zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Xorvatiyanın da minalardan əziyyət çəkən ölkə kimi minatəmizləmə sahəsində təcrübəyə malik olduğu bildirildi.
Dövlətimizin başçısı otuz illik işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində çoxlu sayda mina basdırdığı və 2020-ci il noyabrın 10-dan - hərbi əməliyyatların başa çatmasından bu günəddək 300-ə yaxın Azərbaycan vətəndaşının mina hadisələri nəticəsində həlak olduğu və ya yaralandığı qeyd edildi. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının həyata keçirildiyi bildirildi. Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu, həmçinin Xorvatiya şirkətlərindən bununla bağlı müxtəlif avadanlıqların alındığı vurğulandı. Minatəmizləmə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edildi.
Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki strateji tərəfdaşlığı vurğulandı. Hazırda ölkəmizin Avropanın enerji bazarına əlavə qaz həcmləri çıxarması istiqamətində fəaliyyətini davam etdirdiyi bildirildi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Son.az
Əməkdar artist Nüşabə Ələsgərli mərhum Xalq artisti İlhamə Quliyevan�
Bizim üçtərəfli əməkdaşlığımızın bir neçə formatı var - xarici i�
Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası aç
Niderlandda yaşayan Azərbaycan icması Almelo şəhərindəki "Hof 88&quo
Tanınmış aparıcı Ülvira Qarayeva pensiya fonduna yüklənən aylıq vergis
"Kuruluş Osman" serialında Malhun xatun obrazını canlandıran aktr
"Azərbaycanın əldə etdiyi uğurlar, o cümlədən 44 günlük Vətən m
Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üç�
Aktyor Fərda Aminin "Heç zaman səhnədə qadın paltarı geyinmərəm&qu
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 19-da Azərbaycan Respubli
Bakının Binəqədi rayonunda azyaşlının oğurlanması barədə sosial şəb
Bu ildən etibarən biz Qazaxıstan neftinin tranzitinə başlamışıq. Türkm�
Aparıcı Azər İsmayılovun (Azər Zahid) TikTok-da etdiyi "Təkərdə&qu
Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon ton