Niderlandda ermənilərin növbəti təxribatının qarşısı alınıb
Siyasət 19 Yan 2023 19:36:00 354 0
Niderlandda yaşayan Azərbaycan icması Almelo şəhərindəki "Hof 88" teatrında ermənilərin "45 gün: millət uğrunda mübarizə" sənədli filminin nümayişinin qarşısını alıb.
Bu xəbəri də oxu: İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb
Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a bildiriblər ki, bu məqsədlə etiraz kampaniyasına başlayan soydaşlarımız bir həftə ərzində "Hof 88" teatrının elektron poçtuna məktublar göndəriblər. Eyni zamanda, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Ələkbər Mirhəşimli teatrın rəhbərliyi ilə əlaqə saxlayaraq, Azərbaycan icmasının bu məsələ ilə bağlı narahatlığını diqqətə çatdırıb.
Bundan sonra teatr rəhbərliyi sənədli filmin afişasını https://www.hof88.nl/ saytının elanlar hissəsindən çıxarıb. Lakin Niderlanddakı erməni icmasının sosial şəbəkələrdə filmin təbliğatına başlaması Azərbaycan icmasının etiraz kampaniyasının daha da gücləndirilməsinə səbəb olub.
Bu dəfə artıq teatr rəhbərliyi sənədli filmin nümayişinin dayandırıldığı barədə məlumat yayıb. Bu məlumat etirazçıların hər birinin elektron ünvanına da göndərilib.
"Hof 88" teatrının rəhbərliyi bu addımı indiki həssas durumda filmin nümayişinin doğru olmaması, Niderland Krallığında yaşayan Azərbaycan icması üzvlərinin çoxsaylı məktub və etirazının nəzərə alınması ilə izah edib. Teatr rəhbərliyi, həmçinin filmin məzmununun nəzərə alınmadan nümayiş planına salınmasına görə Azərbaycan icmasından üzr istəyib.
Qeyd edək ki, ötən ilin dekabrında britaniyalı rejissor, Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Hessen tviter mikrobloqunda ərsəyə gətirdiyi "sənədli film"in "Ən yaxşı sənədli film" nominasiyasında Oskar mükafatına namizəd olduğu barədə məlumat paylaşıb. O iddia edib ki, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi zamanı erməni insanlarının hekayələrindən bəhs edir.
Tanınmış aparıcı Ülvira Qarayeva pensiya fonduna yüklənən aylıq vergis
"Kuruluş Osman" serialında Malhun xatun obrazını canlandıran aktr
"Azərbaycanın əldə etdiyi uğurlar, o cümlədən 44 günlük Vətən m
Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üç�
Aktyor Fərda Aminin "Heç zaman səhnədə qadın paltarı geyinmərəm&qu
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 19-da Azərbaycan Respubli
Bakının Binəqədi rayonunda azyaşlının oğurlanması barədə sosial şəb
Bu ildən etibarən biz Qazaxıstan neftinin tranzitinə başlamışıq. Türkm�
Aparıcı Azər İsmayılovun (Azər Zahid) TikTok-da etdiyi "Təkərdə&qu
Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon ton
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəi
Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Ş�
Azərbaycanın məşhur əkiz müğənniləri, Sevil və Sevinc Səfərova bacı