Deputat: Avropa Parlamenti separatizmi, ksenofobiyanı təşviq edir


Siyasət 19 Yan 2023 19:15:00 290 0

Deputat: Avropa Parlamenti separatizmi, ksenofobiyanı təşviq edir

"Azərbaycanın əldə etdiyi uğurlar, o cümlədən 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər düşmənlərimizi və onların xarici havadarlarını yasa qərq edib. Buna görə də hər fürsətdə Azərbaycana qarşı addıma, müxtəlif çirkin vasitələrə əl atırlar. Avropa Parlamentinin 18 yanvar tarixində qəbul edilmiş qətnaməsi də buna daha bir sübutdur".

Bu xəbəri də oxu: Marin Le Penin həbs oluna bilər

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, həmin qətnamədə reallıqlardan tamam uzaq, böhtan mahiyyətli bir sıra anti-Azərbaycan xarakterli bəndlər yer alıb: "Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya "blokada"da olması kimi sərsəm iddialarla yanaşı, artıq tarixin zibilliyində itib-batmış "Madrid prinsipləri"nə istinadlar edilir. Əslində, Avropa Parlamentinin bu cür mövqe sərgiləməsi heç də təsadüfi deyil. Çünki ötən ay Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gələn Avropa Parlamenti irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınır".

Bu bədnam qətnamənin də hansısa qaranlıq və çirkin maraqlar hesabına qəbul edildiyini deyən V. İskəndərov vurğulayıb ki, korrupsiya skandalları girdabında boğulan, Ermənistanın və erməni lobbisinin "konyak diplomatiyası"ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana "öyüd-nəsihət" verməyə mənəvi haqqı yoxdur: "Bu gün Ermənistanın ərazi bütövlüyündən danışan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü bəs niyə yadına düşmür? Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi 30 il ərzində Avropa Parlamenti yalnız bir-iki qətnaməsinə növbətçi ifadələr daxil etməklə kifayətlənmişdi. 2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının partlayışların qurbanına çevrilməsi, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmaması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmaması Avropa Parlamentinin yadına niyə düşmür? Azərbaycanı "qoşunlarını Ermənistan ərazisindən çıxarmağa" çağıran Avropa Parlamenti niyə Ermənistanı öz ordusunu Azərbaycanın hələ də işğal altında saxladığı 8 kəndindən geri çəkilməyə çağırmır? Bu sualların sayını çoxaltmaq olar. Lakin elə bunlar da Avropa Parlamentinin kimə və nəyə xidmət etdiyi barədə aydın təsəvvür yaradır".

Deputatın sözlərinə görə, digər tərəfdən 21-ci əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması biabırçı haldır: "Ümumilikdə qeyd edə bilərik ki, Avropa Parlamenti regionda müsbət proseslərin, sülhün deyil, problemlərin tərkib hissəsidir. Avropa Parlamenti belə yanaşma ilə separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir. Həmçinin, Avropa Parlamentinin bu qətnaməsi boş bir kağız parçasıdır. Belə qətnamələr, qarayaxma kampaniyaları heç vəchlə Azərbaycanın iradəsinə təsir edə, ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz".

Azərbaycan Prezidenti: Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik like
  • 19 Yan 19:14  
Siyasət Azərbaycan Prezidenti: Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik

Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üç�

arrow Ətraflı
Fərdanın qalmaqallı fikirlərinə Elcandan TƏRS SİLLƏ: “Belə danışmamalıdır” like
  • 19 Yan 19:12  
Şou-biznes Fərdanın qalmaqallı fikirlərinə Elcandan TƏRS SİLLƏ: “Belə danışmamalıdır”

Aktyor Fərda Aminin "Heç zaman səhnədə qadın paltarı geyinmərəm&qu

arrow Ətraflı
İlham Əliyev Davosda Aİnin büdcə və administrasiya üzrə komissarı ilə görüşüb like
  • 19 Yan 19:05  
Siyasət İlham Əliyev Davosda Aİnin büdcə və administrasiya üzrə komissarı ilə görüşüb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub like
  • 19 Yan 19:03  
Siyasət İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 19-da Azərbaycan Respubli

arrow Ətraflı
Bakıda azyaşlı qız oğurlanıb? like
  • 19 Yan 19:01  
Kriminal Bakıda azyaşlı qız oğurlanıb?

Bakının Binəqədi rayonunda azyaşlının oğurlanması barədə sosial şəb

arrow Ətraflı
Prezident: Orta Dəhlizin karbohidrogen ehtiyatlarının daşınması baxımından da potensialı var like
  • 19 Yan 19:00  
Siyasət Prezident: Orta Dəhlizin karbohidrogen ehtiyatlarının daşınması baxımından da potensialı var

Bu ildən etibarən biz Qazaxıstan neftinin tranzitinə başlamışıq. Türkm�

arrow Ətraflı
Azər müzakirə olunan şousu haqda: "TikToku mədəniləşdirəcəyəm" like
  • 19 Yan 18:50  
Şou-biznes Azər müzakirə olunan şousu haqda: "TikToku mədəniləşdirəcəyəm"

Aparıcı Azər İsmayılovun (Azər Zahid) TikTok-da etdiyi "Təkərdə&qu

arrow Ətraflı
İlham Əliyev: Dəniz limanımızın yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq like
  • 19 Yan 18:48  
Siyasət İlham Əliyev: Dəniz limanımızın yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq

Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon ton

arrow Ətraflı
Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb like
  • 19 Yan 18:47  
Siyasət Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəi

arrow Ətraflı
Prezident: Azərbaycanda zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır like
  • 19 Yan 18:44  
Siyasət Prezident: Azərbaycanda zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır

Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Ş�

arrow Ətraflı
Avtomobilə silahlı HÜCUM: like
  • 19 Yan 18:39  
Dünya Avtomobilə silahlı HÜCUM:

Türkiyədə avtomobilə silahlı hücum olub.

arrow Ətraflı
"İnstagram" və REALLIQ: SevilSevinc bacıları makiyajsız, ev halında like
  • 19 Yan 18:28  
Şou-biznes "İnstagram" və REALLIQ: SevilSevinc bacıları makiyajsız, ev halında

Azərbaycanın məşhur əkiz müğənniləri, Sevil və Sevinc Səfərova bacı

arrow Ətraflı
Təhlükəli liftin fəaliyyəti dayandırıldı like
  • 19 Yan 18:17  
Digərləri Təhlükəli liftin fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında iştirak edib  FOTO like
  • 19 Yan 18:13  
Siyasət İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos D�

arrow Ətraflı
Əməkdar artist pinqvinlərə konsert vermək istəyir like
  • 19 Yan 17:55  
Şou-biznes Əməkdar artist pinqvinlərə konsert vermək istəyir

"Vatinkanda, Roma Papasının müavinin qarşısında çıxış etmişdim.

arrow Ətraflı