İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI


Siyasət 12 Yan 2023 00:11:00 232 0

İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI

"Dövlət başçısının televiziya kanallarına verdiyi geniş müsahibədə Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının 2025-ci ildə başa çatacağını bir daha xatırladıb. Bununla İlham Əliyev həm Moskvaya, həm İrəvana, həm də Qarabağdakı separatçılarına mesaj göndərib ki, rəsmi Bakı Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmayacaq və onlar siyasətlərini Bakının bu qərarına görə müəyyənləşdirməlidirlər".

Bunu Son.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, Azərbaycanın Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmamaq səlahiyyəti var:

"İlham Əliyevin bu yanaşması Kremlin xoşuna gəlməyəcək. Moskva Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmaq istəyir. Ancaq Moskva başqa bir dilemmayla da üzləşib. Qarabağda Rusiya hərbi kontingentini Ermənistanın baş naziri Nikol Paşinyan da istəmir, ancaq onun arqumenti fərqlidir.

İlham Əliyevin açıqlamasıyla eyni gündə Nikol Paşinyan Qarabağdakı Rusiya hərbi kontingentinin beynəlxalq qüvvələrlə əvəz olunmasını təklifini təkrarlayıb. Bu da Kremlin xoşuna gəlməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov deyib ki, Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər. Peskov bu cümləsiylə Rusiya prezidenti Vladimir Putinin mesajını Paşinyana ünvanlayıb. Bu məsələdə Moskva ilə Bakının maraqları üst-üstə düşür.  

Kreml İlham Əliyevin "Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının vaxtı 2025-ci ildə başa catacaq" fikrinə münasibət bildirməzkən, Nikol Paşinyanın "Rusiyanı BMT əvəz etsin" fikrinə dərhal cavab verib. Məsələ sadəddir. Azərbaycanın 2020-ci il 10 noyabr bəyanatına görə Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmamaq səlahiyyəti var və Kreml buna qarşı rəsmi etiraz bildirmir, Ermənistanın isə Rusiyanı BMT ilə əvəz etmək səlahiyyəti yoxdur. Ancaq bu bizi rahatlatmamalıdır.

Kremlin Rusiya hərbi kontingentinin bölgəni tərk etməməsi üçün erməni separatçılarıyla və Qarabağa göndərdiyi Ruben Vardanyanla birgə Azərbaycana qarşı müxtəlif təxribatlar hazırlayacağı istisna deyil. Bütün hallarda Azərbaycanda vahid mövqe formalaşıb: Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk etməlidir".

Təhməz Əsədov Son.az

Günün qoroskopu: Başqalarının uğurlarına sevinməyi bacarın like
  • 12 Yan 00:01  
Digərləri Günün qoroskopu: Başqalarının uğurlarına sevinməyi bacarın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
ABŞ Rusiya sərhədinə tanklarını yeritdi like
  • 11 Yan 23:50  
Dünya ABŞ Rusiya sərhədinə tanklarını yeritdi

ABŞ ordusunun çoxlu sayda tankı və hərbi texnikası Niderlandın Vlissingen

arrow Ətraflı
Çətin, amma yüksək tələbat olan peşə like
  • 11 Yan 23:45  
Digərləri Çətin, amma yüksək tələbat olan peşə

Metal gündəlik həyatımızın ayrılmaz parçasıdır. Bu materialdan bir ço

arrow Ətraflı
Putin “3cü nüvə çamadanı”nı komandan təyin etdi  Şok like
  • 11 Yan 23:25  
Dünya Putin “3cü nüvə çamadanı”nı komandan təyin etdi Şok

Xəbər verdiyimiz kimi, Rusiya Ukraynadakı hərbi qüvvələrinin komandanın�

arrow Ətraflı
Avtomobillərdə “səssiz ölüm” like
  • 11 Yan 23:15  
Digərləri Avtomobillərdə “səssiz ölüm”

Soyuq, saxtalı qış günlərində bəzi sürücülər öz avtomobillərində q

arrow Ətraflı
Nazir Aydın Quliyevin oğlu ilə bağlı əmr imzaladı like
  • 11 Yan 23:10  
Digərləri Nazir Aydın Quliyevin oğlu ilə bağlı əmr imzaladı

Daxili İşlər Naziri Vilayət Eyvazov Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi v

arrow Ətraflı
Ukrayna ordusu Soledardadır: şiddətli döyüşlər gedir like
  • 11 Yan 23:05  
Dünya Ukrayna ordusu Soledardadır: şiddətli döyüşlər gedir

Ukrayna Silahlı Qüvvələrinin Soledar uğrunda şiddətli döyüşləri davam

arrow Ətraflı
Basarkeçər polisinə qumbaralı hücum like
  • 11 Yan 23:00  
Dünya Basarkeçər polisinə qumbaralı hücum

Ermənistanda terror cəhdi baş verib.

arrow Ətraflı
Qrossi Rusiyaya gedir, Putin görüşmək istəmir like
  • 11 Yan 22:55  
Dünya Qrossi Rusiyaya gedir, Putin görüşmək istəmir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi növbə

arrow Ətraflı
Soyuq havaların vazkeçilməzi, mükəmməl noxudlu ŞORBA  VİDEO like
  • 11 Yan 22:49  
Digərləri Soyuq havaların vazkeçilməzi, mükəmməl noxudlu ŞORBA VİDEO

Son.az lent.az-a istinadən növbəti resepti təqdim edir.

arrow Ətraflı