Günahlara zəmin yaradan meyillər


Digərləri 10 Yan 2023 23:20:00 380 0

Günahlara zəmin yaradan meyillər

İnsanda bəzi xislətlər vardır ki, onları tanıyıb onlardan düzgün şəkildə istifadə etmək lazımdır. İmam Əli (ə) buyurur:

"Allah-təala mələklərə ancaq əql verdi (onlar həmişə Allaha ibadətlə məşğuldurlar), heyvanlara isə ancaq qəzəb və şəhvət verdi.

وَشَرَّفَ الاِْنْسانَ بِاعْطاء الْجَميعِ

Amma insana onların hamısını (əql, şəhvət, qəzəb) bağışlayıb, onu şərəfli bir məxluq etdi."

Əgər insan öz əqlinin istəklərini yerinə yetirsə, onun Allah yanında mənəvi məqamı mələklərdən də üstün olacaqdır, çünki insanda qəzəb və şəhvət olduğu halda, əqlinin dediklərini yerinə yetirib; yox əgər qəzəb və şəhvət istəklərinə tabe olsa, onda heyvanlardan da aşağı səviyyədə olar, çünki o, ağlı olan halda qəzəb və şəhvətin istəklərini yerinə yetirib. Quranda öz əqlini kənara qoyub heyvani meyllərindən bəhrələnən insanlar haqqında belə oxuyuruq:

اُولئِكَ كَالاَْنْعامِ بَلْ هُمْ اَضَلُّ سَبِيلاً

"Heyvan kimidir onlar, yox heyvandan da betərdilər, doğru yoldan daha uzaq düşüblər".(179.,"Əraf")

Din alimlərinin dediklərinə əsasən, insanda üç qüvvə vardır ki, günaha zəmin yaradır.

Şəhvət qüvvəsi. Bu qüvvədən düzgün şəkildə istifadə olunmazsa, insanı fəsada və çirkab bataqlığına tərəf yönəldib onu batırar.

Qəzəb qüvvəsi. Bu qüvvə insanın qəzəblənməsinə səbəbdir. Qarşısı alınmazsa, insanı başqalarına zülm, təcavüz və əziyyət etməyə vadar edər.

Vəhşiyyə qüvvəsi. Bu qüvvə insanı özünü uca tutmaq, bütün şeyləri özü üçün istəmək, başqalarının hüququna təcavüz etmək və bu kimi günahlara yönəldir.

Bu üç qüvvə insanın vücudunda zəruridir. Lakin əgər onlardan düzgün istifadə olunmasa, istənilən qədər günahların meydana gəlməsinə zəmin yaradacaqlar.

Qəzəb qüvvəsi onun üçün lazımdır ki, özünü qoruya bilsin. Eləcə də şəhvət qüvvəsi təbii istəklərə cavab vermək və nəsil artırmaq üçün lazımdır. Lakin bu iki lazımlı qüvvə öz hədlərini aşsa və onlardan düzgün istifadə olunmasa, cəmiyyətdə çoxlu cinayətlər və cinsi əxlaqsızlıqlara səbəb olacaqlar.

Yaşadığımız cəmiyyəti və yaxud özümüzü günahdan təmizləmək istəsək, gərək nəfsin istəklərindən və heyvani xislətlərdən düzgün yolda istifadə edək.

İmam Sadiq (ə) buyurur:

ما مِنْ مُؤْمِنِ اِلاّ وَلِقَلْبِهِ اُذُنانِ فِي جَوْفِهِ، اُذُنٌ يَنْفُثُ فِيها الْوَسْواسُ الخنّاسُ وَاُذُنٌ يَنْفُثُ فِيهَا الْمَلَكُ...

İmanlı şəxsin qəlbi iki hissədən ibarətdir: Şeytanın vəsvəsə etdiyi yer və Mələklərin daxil olduğu hissə.

YAXŞI VƏ PİS NİYYƏT HAQQINDA

Yaxşı niyyət yaxşı işlərə səbəb olur, əksinə pis niyyət çirkin işlərə zəmin yaradır.  İslam Peyğəmbəri (s) buyurur:

نثيَّةُ الْمُؤْمِنِ خَيْرٌ مِنْ عَمَلِهِ وَنِيَّةُ الْكافِرِ شَرٌّ مِنْ عَمَلِهِ وَكُلُّ عامِل يَعْمَلُ عَلى نِيَّتِهِ

"Möminin niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir və hər bir şəxs öz niyyəti əsasında iş görür".(Üsuli-kafi, 2-ci cild, 84-cü səh. Üsuli-kafi, 2-ci cild, 125-ci səh.)

İnsanın niyyəti və fikri onun həyatında gördüyü bütün işlərin mənşəyi və mərkəzidir. Əgər bu mərkəz sağlam olsa, onda insan yaxşı işlərlə məşğul olacaq, yox əgər çirkin olsa, onda insanın günah və fəsadla məşğul olmasına gətirib çıxaracaq.

Mömin şəxsin fikri və niyyəti sağlam olduğu üçün onun işləri də düzgün və təmiz olar. Onun sağlam fikri həyatında yalnız yaxşı əməllərlə məşğul olmasına zəmin yaradır. Əksinə kafir şəxsin çirkin fikri və bəd niyyəti, pis işlərin yaranmasına səbəb olur. Onun fikri o qədər bulaşıqdır ki, hər bir zaman ən böyük günahları belə etməkdən çəkinməz.

İmam Sadiq (ə) buyurur:

"Cəhənnəm əhli ona görə həmişəlik cəhənnəmdə yanacaqdır ki, onların fikirləri bu idi ki, dünyada əbədi qalsalar da Allahın əmrindən boyun qaçırıb, günah etsinlər. Və behişt əhli ona görə həmişəlik behiştdə qalacaqlar ki, onlara dünyada əbədi ömür nəsib olsaydı, Allaha itaət və ibadət etmək niyyətindən dönməzdilər. Ona görə hər iki dəstə öz niyyətlərinə görə qiymətləndirilir".

Sonra o həzrət bu ayəni oxudu.

قُلْ كُلٌّ يَعْمَلُ عَلى شاكِلَتِهِ

1 parça buzla üzünüzü cavanlaşdırın like
  • 10 Yan 23:15  
Digərləri 1 parça buzla üzünüzü cavanlaşdırın

Kosmetik buz çox sadə, lakin eyni zamanda çox təsirli kosmetik vasitədir.

arrow Ətraflı
Müsəlmanla möminin fərqi nədir? like
  • 10 Yan 23:10  
Digərləri Müsəlmanla möminin fərqi nədir?

Müsəlmanlıq kəlmeyi-şəhadəti dilə gətirməklə sübuta yetir. Yəni All

arrow Ətraflı
Kişilərin yataqda yol verdiyi like
  • 10 Yan 23:05  
Digərləri Kişilərin yataqda yol verdiyi

Qadınlar arasında keçirilən sorğuda kişilərin intim münasibətdə daha �

arrow Ətraflı
Bu çoban iti dünyanın ən ağıllı cinsi seçildi like
  • 10 Yan 23:02  
Digərləri Bu çoban iti dünyanın ən ağıllı cinsi seçildi

Belçika Malinois cinsindən olan itlərin ən ağıllı olduğu müəyyənləş

arrow Ətraflı
Acı bibər saçların tökülməsinin qarşısını alır. like
  • 10 Yan 23:01  
Digərləri Acı bibər saçların tökülməsinin qarşısını alır.

Acı bibər qədim zamanlardan saçların tökülməsi zamanı müalicəvi vasit

arrow Ətraflı
"Azərbaycanda qadınla kişi niyə hotellərdə görüşməsin ki?" like
  • 10 Yan 23:00  
Digərləri "Azərbaycanda qadınla kişi niyə hotellərdə görüşməsin ki?"

Xəbər verdiyimiz kimi, kulturoloq Aydın Xan Əbilov işlətdiyi fikirlərlə

arrow Ətraflı
Prezident: LaçınXankəndi yolunda baş verən hadisələrə blokada demək insafsızlıqdır like
  • 10 Yan 22:57  
Siyasət Prezident: LaçınXankəndi yolunda baş verən hadisələrə blokada demək insafsızlıqdır

Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdi

arrow Ətraflı
Azərbaycan Prezidenti: Avqustun 26da Laçın şəhərinə girdik və o unudulmaz hissləri bir daha yaşadım like
  • 10 Yan 22:56  
Siyasət Azərbaycan Prezidenti: Avqustun 26da Laçın şəhərinə girdik və o unudulmaz hissləri bir daha yaşadım

Avqustun 25-də Laçın şəhəri və iki kənd boşaldıldı. Avqustun 26-da bi

arrow Ətraflı
Quranda spirtli içkilərin qadağan olunması like
  • 10 Yan 22:50  
Digərləri Quranda spirtli içkilərin qadağan olunması

Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza

arrow Ətraflı
Bexterev xəstəliyi. Hərəkətsiz onurğa like
  • 10 Yan 22:45  
Digərləri Bexterev xəstəliyi. Hərəkətsiz onurğa

Onurğanın sağlamlığından insanın ümumi sağlamlığı asılıdır.

arrow Ətraflı
Diqqətsiz qılınan namaz insanı təkamülə çatdırmaz like
  • 10 Yan 22:40  
Digərləri Diqqətsiz qılınan namaz insanı təkamülə çatdırmaz

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim namazı yüngül hesab edər,

arrow Ətraflı
Dəmi 12 saatdan sonra içmək olmaz like
  • 10 Yan 22:35  
Digərləri Dəmi 12 saatdan sonra içmək olmaz

Çayı həmişə təzə dəm içmək lazımdır. Köhnə dəm orqanizmə zərər

arrow Ətraflı
Arıqlamaq üçün yumurta yeyin like
  • 10 Yan 22:30  
Digərləri Arıqlamaq üçün yumurta yeyin

Bir ara yumurtanı "ağır qida", "pis" xolesterinin mənbə

arrow Ətraflı
"PKKnın İraqda varlığına son qoyulmalıdır" like
  • 10 Yan 22:29  
Siyasət "PKKnın İraqda varlığına son qoyulmalıdır"

"PKK-nın İraqda varlığına son qoyulmalıdır".

arrow Ətraflı