Prezident: LaçınXankəndi yolunda baş verən hadisələrə blokada demək insafsızlıqdır
Siyasət 10 Yan 2023 22:57:00 339 0
Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar.
Bu xəbəri də oxu: COP29: Azərbaycanın qlobal miqyasda uğuru
Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində etiraz aksiyası barədə danışarkən söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, orada blokadadan söhbət gedə bilməz. Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili oradan keçib.
"Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər", - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
Azərbaycanın məqsədinin blokada olmadığını vurğulayan dövlətimizin başçısı bildirib ki, bizim tələblərimiz tam ədalətlidir: "Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır".
Avqustun 25-də Laçın şəhəri və iki kənd boşaldıldı. Avqustun 26-da bi
Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza
Onurğanın sağlamlığından insanın ümumi sağlamlığı asılıdır.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim namazı yüngül hesab edər,
Çayı həmişə təzə dəm içmək lazımdır. Köhnə dəm orqanizmə zərər
Ermənistan baş naziri Nikol Paşinyan bugünkü çıxışında Laçın yolunda
B3 vitamininin yüksək dozaları aqressiv şiş və beyinə metastazlara səbə
Beynəlxalq siyasət və iqtisadiyyat üzrə 167 ekspertin təxminən yarısı y
Bütün məsumların (ə) vəzifəsi insanları Allaha ibadət etməyə dəvət
Minimum əmək haqqı 300 manatdan 345 manata çatdırılır. Bu da 15 faiz art�
Britaniya şahzadəsi Harrinin avtobioqrafik kitabı ("Ehtiyat") Böy�