Quranda spirtli içkilərin qadağan olunması


Digərləri 10 Yan 2023 22:50:00 273 0

Quranda spirtli içkilərin qadağan olunması

Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı? [Maidə surəsi, 91]

Quranda spirtli içkilərə işərə olunan "خمر" (xəmr)k'lm'si örtmək mənasını ifadə edir. Bir termin kimi isə kefləndirici içkilərə deyilir. Bu heç də təsadüfi deyil,spirtli içkilər insan ağlının üstünü örtür və yaxşını pisdən ayırmağa imkan vermir.

Allah-taala Quranda şərab məsələsinə dörd mərhələdə toxunmuşdur.

Birinci mərhələdə buyurur:

Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. [Nəhl surəsi, 67]

Bu mərhələdə üzüm və xurmadan halal və düzgün istifadədən söhbət açılır və faydalı istifadə yolu göstərilir. Bu tərbiyə üslunun ilk mərhələsidir.

İkinci mərhələ:

Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: "İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür"(Bəqərə219)

Bu mərhələdə bir neçə məsələyə diqqət yetirmək lazımdır.

Birinci: Quran şərabın haram olduğunu bildirmək istəyərkən ötəri şəkildə onun günah olduğunu önə çəkir.

İkinci: Quran çirkin əmələ qarşı mübarizəni sərt şəkildə başlamır.

Üçüncü mərhələ:

"Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (və ya namaz qılınan yerə) yaxınlaşmayın"(Maidə, 90-91. ).

Bu ayə haqqında təfsirçilər arasında bir neçə baxış mövcuddur.

1. Ayədən məqsəd budur ki, müsəlmanlar şərab içdikdən sonra sərxoş vəziyyətdə namaza yaxın durmasınlar. Bunun iki faydası var:

a) Allahla münacat etmək nə dediyini başa düşməkdən, dərk etməkdən asılıdır.Məst halda Allahın qarşısında dayanmaq həm ədəbsizlik, həm də faydasızdır.

b) Beş namazın vaxtlarının bir-birinə yaxın olması spirtli içki içməyə mane olurdu. Bu bir növ alkoqolizmlə mübarizə idi.

2. Bəzi şiə və əhli-sünnə təfsirçilərinə görə məlum ayə yuxu ilə bağlıdır. Yəni yuxulu ikən namaza yaxın durmayın. Bu bir çox rəvayətlərdə də öz əksini tapmışdır.

Dördüncü mərhələ:

"Ey iman gətirənlər!Məstedici işki də, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?"(Maidə 90)

Bu ayə şərabın hökmünü qəti olaraq açıqlamışdır. Lakin bu öncəki üç mərhələdə yaranmış hazırlıqdan sonra idi. Belə ki, ayə nazil olduqdan sonra (cahillik dövrünün şərab içənlərindən olan) Ömər ibn Xəttabın cavabı انتهینا .... انتهینا "artıq içməyəcəyik" sözləri oldu.

Bu ayə nazil olduqda əlində şərab camı olanlar, camları sındırdılar. Camlar küçələrə töküldü. Cəmiyyət yekdilliklə şəriət hökmünə boyun əydi. Bu, Quranın heyrətləndirici tərbiyə üsulunun təsiri idi.

Bu ayədə şəraba qadağa qoyulmaqla yanaşı onun fəsadları da açıqlanmışdır.

İslamdan öncə spirtli içkilərin içilməsi gündəlik adi həyatın bir hissəsini təşkil edirdi. Tədqiqatçılara görə şərab ilk dəfə İslamda qadağan olunmuşdur. Belə ki, bu qadağadan sonra İslama doğru etiraz səsləri ucalmağa başladı. Bu hökm bir çoxlarına qəribə gəldi və səbəblərini araşdırmağa başladılar

Fransa tarixçisi Rhenan yazır:

"İslam dini öz ardıcıllarını bir çox təhlükədən, o cümlədən donuz, itin artığı və şərabdan xilas etmişdir".

Quranda və əhli-beytdən (ə) gələn rəvayətlərdə spirtli içkilərlə mübarizə məqsədi daşıyan bir neçə hökm var.

1. Hər növ spirtli içkini içmək haramdır.

2. Maye halında olan kefləndirici maddələr murdardır (texniki spirt istisnadır).

3. Spirtli içkilərlə murdar olmuş qab az su ilə (bəzi müctehidlərə görə kürr və axar su ilə də) 3 dəfə yuyulmalıdır (7 dəfə yuyulması isə müstəhəbdir - daha yaxşıdır).

4. Spirtli içki içdiyi sübut olunan şəxsə məhkəmə tərəfindən 80 qamçı kəsilir.

Bexterev xəstəliyi. Hərəkətsiz onurğa like
  • 10 Yan 22:45  
Digərləri Bexterev xəstəliyi. Hərəkətsiz onurğa

Onurğanın sağlamlığından insanın ümumi sağlamlığı asılıdır.

arrow Ətraflı
Diqqətsiz qılınan namaz insanı təkamülə çatdırmaz like
  • 10 Yan 22:40  
Digərləri Diqqətsiz qılınan namaz insanı təkamülə çatdırmaz

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim namazı yüngül hesab edər,

arrow Ətraflı
Dəmi 12 saatdan sonra içmək olmaz like
  • 10 Yan 22:35  
Digərləri Dəmi 12 saatdan sonra içmək olmaz

Çayı həmişə təzə dəm içmək lazımdır. Köhnə dəm orqanizmə zərər

arrow Ətraflı
Arıqlamaq üçün yumurta yeyin like
  • 10 Yan 22:30  
Digərləri Arıqlamaq üçün yumurta yeyin

Bir ara yumurtanı "ağır qida", "pis" xolesterinin mənbə

arrow Ətraflı
"PKKnın İraqda varlığına son qoyulmalıdır" like
  • 10 Yan 22:29  
Siyasət "PKKnın İraqda varlığına son qoyulmalıdır"

"PKK-nın İraqda varlığına son qoyulmalıdır".

arrow Ətraflı
"Fevralı gözləyək, hər şey üzə çıxacaq" like
  • 10 Yan 22:27  
Siyasət "Fevralı gözləyək, hər şey üzə çıxacaq"

Ermənistan baş naziri Nikol Paşinyan bugünkü çıxışında Laçın yolunda

arrow Ətraflı
Əhmədlidə işıqlar sönüb like
  • 10 Yan 22:26  
Digərləri Əhmədlidə işıqlar sönüb

Bakının Xətai rayonunda işıqlar sönüb.

arrow Ətraflı
Bu vitaminin böyük dozaları aqressiv xərçəng yaradır like
  • 10 Yan 22:25  
Digərləri Bu vitaminin böyük dozaları aqressiv xərçəng yaradır

B3 vitamininin yüksək dozaları aqressiv şiş və beyinə metastazlara səbə

arrow Ətraflı
Rusiyanın dağılma ehtimalı like
  • 10 Yan 22:23  
Siyasət Rusiyanın dağılma ehtimalı

Beynəlxalq siyasət və iqtisadiyyat üzrə 167 ekspertin təxminən yarısı y

arrow Ətraflı
Namaz insan həyatına ilahi dəstəkdir like
  • 10 Yan 22:20  
Digərləri Namaz insan həyatına ilahi dəstəkdir

Bütün məsumların (ə) vəzifəsi insanları Allaha ibadət etməyə dəvət

arrow Ətraflı
Azərbaycanda maaş və pensiya alan hər bir kəsə like
  • 10 Yan 22:19  
Digərləri Azərbaycanda maaş və pensiya alan hər bir kəsə

Minimum əmək haqqı 300 manatdan 345 manata çatdırılır. Bu da 15 faiz art�

arrow Ətraflı
Şahzadə Harrinin həyatı ilə bağlı qalmaqallı kitab like
  • 10 Yan 22:18  
Dünya Şahzadə Harrinin həyatı ilə bağlı qalmaqallı kitab

Britaniya şahzadəsi Harrinin avtobioqrafik kitabı ("Ehtiyat") Böy�

arrow Ətraflı
Lənkəranda biabırçı mənzərə: Mərkəzi küçə like
  • 10 Yan 22:17  
Digərləri Lənkəranda biabırçı mənzərə: Mərkəzi küçə

Lənkəran rayonunun mərkəzi küçəsi baxımsız vəziyyətdədir.

arrow Ətraflı
İranda fabrik yanğınında like
  • 10 Yan 22:16  
Dünya İranda fabrik yanğınında

İranın şimal-qərbində yerləşən Əlborz şəhərində fabrikdə baş ver�

arrow Ətraflı
Herpes haqda biməkdikləriniz faktlar like
  • 10 Yan 22:15  
Digərləri Herpes haqda biməkdikləriniz faktlar

Ümumdünya Səhiyyə Təşkilatının 2015 ildə dərc olunmuş məlumatlarına

arrow Ətraflı