Qablardan istifadə etmək haqqında
Digərləri 03 Yan 2023 21:10:00 362 0
Qızıl və gümüş qablardan bir şey yeyib-içməyə icazə verilmir.Şəriətdə bu iş haram sayılır.
Bu xəbəri də oxu: “Keşlə bazarı”nda sökülməsi bu təxirə qədər təxirə salındı
Alimlərdən bəziləri də belə qablarda yemək yeməyi və dəstəmaz almağı haram bilmişlər. Hətta bunlardan ziynət məqsədi ilə istifadəni də düzgün saymayıblar.
Bundan başqa sürmə qabının, ənbərçənin (xoş iyli ətir qabı), qəndilin (neftlə işləyən qədimi çil-çıraq), qəlyanın ağız hissəsinin, Quran və müxtəlif dualar saxlanılan qabların, neyin çubuğunun da qızıl və gümüşdən düzəldilməsi haram bilinmişdir. Hətta qalyanın tütün tökülən hissəsinin gümüş və qızıldan olması pislənilmişdir.
Habelə üzərində qızıl və gümüşdən bəzək olan qabdan su içmək yaxşı deyil. Əgər çarəsizlikdən bu kimi qablardan su içilsə yaxşı olar ki, ağız qaba toxunmasın.
Bir çox alimlər bu fikirdədirlər ki, əgər pak olan heyvanı müsəlman kəsməyibsə (və ya şəri qayda ilə öldürülməyibsə) onun dərisindən istifadə etmək düzgün deyildir. Əti haram olan heyvanın dərsindən istifadə etmək isə ümumiyyətlə hər bir halda haramdır.
Əgər bir şəxs müsəlmanların məscidindən bir dəri ayaqqabı tapsa və onun hər hansı müsəlmanın olduğunu zənn etsə ondan istifadə etmək haramdır.
Alimlərdən bəziləri heyvanları və əkinləri, ölmüş heyvanların dərisi ilə suvarmağa icazə vermişlər.
Bəziləri də müsəlmanın əlindən düşmüş (yəni itirmiş) dərinin istifadəsinə icazə vermişlər.
Əti yeyilməyən təmiz heyvanın dərisindən istifadə etmək olar, lakin dəri aşılanmayıbsa ondan heç bir vəchlə istifadə etmək olmaz.
Peyğəmbər (s) hədislərin birində belə nəql edir ki, hər kim qızıl və gümüş qablardan su içsə, axirətdə gümüş və qızıl qablardan su içməkdən məhrum olar.
İlk baxışdan onurğa və bel əzələləsi üçün əla hərəkət olan bu po
Qıcolmalar - bədən əzələlərinin nəzarətsiz tutma şəklində yığılma
Türkiyəli tanınmış dizayner və teleaparıcı Eda Taşpınarın son paylaş
İmam Rza (ə)-ın bu haqda etdiyi tövsiyələrin birində deyilir: "Nahar
Son günlər demək olar ki, hər kəs bahalaşmadan gileylənir. Bayramlar isə
Xətai rayonu, Babək prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İspan alimləri belə qərara gəliblər ki, D vitamini uşaqları astma xəst�
11 ildən sonra ilk dəfə Türkiyə ilə təmas quran Suriya hökumətin orduda
Ölkə ərazisində qış fəslinə uyğun olmayan isti hava şəraiti müşahid
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Evinə qonaq gələ
Naxçıvanın Şərur rayonu Kosacan kənd məktəbinin direktoru Təhminə Şə
Ambliopiya - gözdən birinin tam və ya 90% görmə qabiliyyətini itirməsi il
Yadda saxlamaq lazımdır ki, ağrının olması heç də hər zaman pis əlamə