Hədis haqqında bildiklərimiz və bilmədiklərimiz
Digərləri 29 Dek 2022 23:20:00 404 0
Hədisin başqa növləri də vardır ki, aşağıda onlardan bəziləri haqqında məlumat verilir:
Bu xəbəri də oxu: Zaqatalada 8 otaqlı yaşayış evi yanıb
- Əgər eyni məzmunlu hədis müxtəlif əsrlərdə çoxlu sayda ravilər tərəfindən rəvayət edilmişsə, buna mütəvatir hədis deyilir. Mütəvatir hədis çox etibarlı sayılır. Çünki hər dövrdə yaşamış çoxlu sayda ravilərin hamısının səhv etməsi və ya yalançı olması qeyri-mümkündür. Hədislər həm ləfzi (söz baxımından), həm də mənəvi (məna sarıdan) mütəvatir ola bilər. Birinci halda hədisin mətni eyni formada təkrar edilir. İkinci halda isə məzmununa xələl gətirilmədən fərqli şəkillərdə rəvayət olunur.
- Eyni məzmunlu hədis əksəriyyət tərəfindən eyni qaydada rəvayət edilirsə, amma bir ravi onu fərqli şəkildə rəvayət etmişsə, həmin fərqli hədisə qərib hədis deyirlər.
- Zəif ravi tərəfindən rəvayət edilən və etibarlı ravilərin rəvayətinə zidd olan hədis münkər (inkar edilən) hədis adlanır.
- Etibarlı ravi (buna siqə deyilir) tərəfindən rəvayət edilən, amma başqa siqələrin hədislərinə zidd olan hədisi isə şazz (bənzərsiz, tək) adlandırırlar. Şazz hədislə münkər hədisin hər ikisi eyni məzmunlu digər hədislərlə ziddiyyət təşkil edir. Fərq bundadır ki, münkər hədisin ravisi etibarsız, şazz hədisin ravisi isə etibarlıdır.
- İlk baxışdan səhih görünən, amma dəqiq araşdırma nəticəsində səhihliyini şübhə altına salan nöqsana malik hədisi müəlləl (xəstə) hədis sayırlar.
- Yalançı kimi tanınan ravinin rəvayət etdiyi hədisi mətruk (tərk edilən, rədd edılən) adlandırırlar.
- Məsum şəxsə yalandan aid edilən, amma onun söyləmədiyi sözlərə mövzu (uydurulmuş) hədis adını vermişlər.
- Əgər hədisin sənədindəki bütün ravilərin adı və ya nəsəbi eynidirsə, yaxud onlar eyni peşənin sahibləridirsə, ya da hədisin əxz olunma şəraiti bütün sənəd boyunca eynidirsə, bu halda hədisə müsəlsəl (zəncirvari) deyirlər.
- Ravinin hafizəsinin zəifliyi və ya başqa səbəb üzündən bir neçə fərqli variantlarda rəvayət edilmiş hədisləri müztərib hədis adlandırırlar.
- Ravisi tərəfindən sənədinə və ya mətninə əlavə sözlər daxil edilmiş və sonrakı ravilərin həmin sözlərlə birlikdə rəvayət etdikdəri hədisə müdrəc (əlavə edilmiş) hədis adını vermişlər. Zəif hədisin bir növüdür.
- Əgər hədisin sənədindəki zəif ravilərdən birinin adı qəsdən ixtisar edilərsə (hədısin zəifliyini gizlətmək üçün), belə hədisi müdəlləs (gizlədilmiş) hədis adlandırırlar. Zəif hədisin bir növüdür.
- Hədisin sənədinin başında bir və ya ardıcıl olaraq bir neçə ravinin adı yoxdursa, yəni sənəd zəncirinin əvvəlindən bir və ya bir neçə halqa düşmüşsə, bu hədisə müəlləq (asılmış) hədis deyilir. Əgər ixtisar edilmiş ravilər sənəd zəncirinin ortasına aiddirsə, bu hədis müzəl (çətin və ya pis) hədis adlandırılır.
- Hədisin sənəd zəncirində səhabədən əvvəlki halqalardan biri və ya ardıcıl olmamaq şərti ilə bir neçəsi yoxdursa, buna münqəti (qırılmış) hədis deyirlər. Burada "qırılmış" adların ardıcıl olmaması şərtdir; çünki ardıcıl olsa, müəlləq və ya müzəl hədisə çevrilər.
- Sənəd zənciri Həzrət Mühəmməd Peyğəmbərlə (s) bitən hədislərə mərfu (qaldırılmış) hədis deyilir. Mərfu hədisin səhih olması vacib deyil. Məsələn, sənəd zənciri Peyğəmbərlə bitsə də, ortada bir və ya bir neçə ravinin adı düşə bilər. Bu halda mərfu hədis həm də münqəti, müzəl və ya mürsəl sayılır.
- Hədisin sənəd zəncirində səhabənin adı düşmüş və tabiin hədisi birbaşa Peyğəmbərdən rəvayət etmişsə, buna mürsəl hədis deyilir. Zəif hədisin bir növüdür.
- Hədisin sənəd zəncirinin sonu Peyğəmbərə çatmadan səhabədə qurtarırsa, buna mövquf (durdurulmuş) hədis deyirlər.
- Hədisin sənədindəki ravilərdən birinin adı və ya mətnindəki sözlərdən biri hərf nöqtələrinin səhv qoyulması nəticəsində dəyişmişsə, buna müsəhhəf (başqa şəklə düşmüş) hədis deyirlər. Əgər dəyişiklik başqa səbəbdəndirsə, hədis mühərrəf (təhrif olunmuş) adlanır.
- Hədisin sənədində adların və ya mətnindəki sözlərin yeri dəyişmişsə (məsələn, ravilərin ardıcıllığı pozulmuşsa, sonrakı ravınin adı əvvələ, əvvəlkinin adı sonraya keçmişsə), buna məqlub (yeri dəyişdirilmiş) hədis deyilir.
- Hədisin sənəd zəncirində qırıq yoxdursa və hər bir ravinin özündən əvvəlki ravıdən hansı yolla əxz etməsi məlumdursa, belə hədisə müttəsil (ardıcıl) deyirlər.
- Böyük hədis alimlərindən yalnız birinin rəvayət etdiyi hədisi münfərid (tək), bir neçə hədis aliminin rəvayət etdiyi hədisi isə müttəfiq hədis adlandırırlar.
Şiə mənbələrində müvəssəq (etibarlı) və ya qəvi (güclü) adlandırılan hədis növünə də rast gəlirik; onun bütün ravilərinin şiə məzhəbli rical alimləri tərəfindən etibarlı sayılması şərtdir. Hər təbəqədə yalnız iki ravinin rəvayət etdiyi hədisi əziz, bir ravinin rəvayət etdiyi hədisi müfrədi-mütləq, bir şəhərin əhalisi tərəfindən rəvayət edilmiş hədisi müfrədi-nisbi, çox tanınmış hədisi (hər təbəqədə bircə ravi tərəfindən rəvayət edilsə və hətta sənədi olmasa belə) məşhur, hər təbəqədə 2-dən çox ravi tərəfindən rəvayət edilən, amma mütəvatir həddinə çat¬mayan hədisi müstəfiz adlandırırlar.
Ürəyimizin döyüntüsü varlığımızın səsidir. Nə qədər ki, ürəyimi
Bu dünyada Allahın bəndəsindən razı olub-olmamasının nişanəsi, İlahi
"Peşə tükənməsinin simptomları müxtəlif ola bilər - bu, yalnız em
Abşeronda binadan yıxılaraq ölən oğlanla bağlı yeni faktlar məlum olub.
Dekabrın 29-u saat 21 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəs
Qida zəhərlənməsi ilə bütün fəsillərdə rastlaşmaq mümkündür. Payı
Haram tikədən imtina edənlərə veriləcək 6 mükafat. Hədislərə əsasən
Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi r
İdmanla bağlı bir məsələni mütləq diqqət mərkəzində saxlamaq lazımd
Nəyə görə hər kəs öz normal və aktivlik zamanı ürək ritminin neçə o
29 yaşlı qadın illərlə kibrit çöpü yeməyə adət etmişdi. Hər gün 5-
Bəzi sosial şəbəkələrdə Qarabağ müharibəsi iştirakçısının özün�
Türkiyəli həkimlər tez-tez və çox limon yeməyin, limonlu çay içməyin �