Ürəyi sağlam saxlamaq üçün nə etməliyik?
Digərləri 29 Dek 2022 23:15:00 357 0
Ürəyimizin döyüntüsü varlığımızın səsidir. Nə qədər ki, ürəyimiz nizamla döyünür, qəlbimız sözümüzə baxır, deməli, yaşamağa dəyər. Ona görə də ürəyi qorumaq aktual əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, həkim-kardioloq, professor Adil Baxşəliyev deyib: "Ürək ən zəhmətkeş orqandır, o orqan beyin, qaraciyər və böyrəyin qanla təchizatını yerinə yetirir. Müasir dünyada ürək və damar xəstəlikləri ölüm səbəbləri arasında ən üst sırada dayanır. Hər il dünyada təxminən 18 milyon nəfərə yaxın insan ürək xəstəlikləri ilə əlaqədar həyatını itirir. Xüsusilə də ailəsində ürək və damar xəstəliyi, hipertoniya, şəkərli diabet, yüksək xolesterin və artıq çəkisi olanlar risk altındadır".
Onun dediyinə görə, orqanizmin ən çətin əzələsinin qeydinə qalmaq elə də çətin deyil: düzgün qidalanma, aktiv həyat tərzi, alkoqol və tütündən imtina etmək və hər şeyi ürəyə salmamaq lazımdır. Həkim-kardioloq deyib ki, stress ürək xəstəliklərinin başlıca faktoru hesab edilir: "Sağlam yuxu yatmaq ən vacib şərtlərdən biridir. İnsan yuxudan ayılanda özünü gümrah və yaxşı hiss etməlidir. Ekologiyanın sağlamlığı da mühüm şərtlərdən biridir. Möhkəm əsəb sistemi də ürək sağlamlığında həlledici rol oynayır".
Ürək-damar xəstəliklərinin vaxtında müəyyən edilməsi ilə həyat keyfiyyətini yaxşılaşdırmaq və ömrü uzatmaq mümkündür. Professor bununla əlaqədar hamının bilməli olduğu vacib tövsiyələrini də verib: "Ürəyin qanla təchizatını öyrənmək üçün heç olmasa ildə bir-iki dəfə 45-50 yaşdan sonra elektrokardioqrama çəkilməlidir. Yaşadığımız həyat boyu həmişə ürəyimizin qayğısına qalmalıyıq və nə qədər ki, onun qayğısına qalırıq, o da bizi yaşatmaqda davam edir".
Bu dünyada Allahın bəndəsindən razı olub-olmamasının nişanəsi, İlahi
"Peşə tükənməsinin simptomları müxtəlif ola bilər - bu, yalnız em
Abşeronda binadan yıxılaraq ölən oğlanla bağlı yeni faktlar məlum olub.
Dekabrın 29-u saat 21 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəs
Qida zəhərlənməsi ilə bütün fəsillərdə rastlaşmaq mümkündür. Payı
Haram tikədən imtina edənlərə veriləcək 6 mükafat. Hədislərə əsasən
Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi r
İdmanla bağlı bir məsələni mütləq diqqət mərkəzində saxlamaq lazımd
Nəyə görə hər kəs öz normal və aktivlik zamanı ürək ritminin neçə o
29 yaşlı qadın illərlə kibrit çöpü yeməyə adət etmişdi. Hər gün 5-
Bəzi sosial şəbəkələrdə Qarabağ müharibəsi iştirakçısının özün�
Türkiyəli həkimlər tez-tez və çox limon yeməyin, limonlu çay içməyin �
Çukurova Universitetinin əməkdaşı Sedat Gündoğdu Türkiyə bazarından 7