XankəndiLaçın yolu: aksiya davam edir FOTO
Siyasət 29 Dek 2022 22:51:00 660 0
Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir.
Bu xəbəri də oxu: Minsk qrupu gələn il ləğv olunacaq?
Son.az "Report"a istinadən bildirir ki, fasiləsiz dinc aksiya iştirakçıları "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", rus dilində isə "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Hazırda ekofəalların, eləcə də gənc könüllülərin əhval-ruhiyyələri yüksəkdir.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 18 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
İdmanla bağlı bir məsələni mütləq diqqət mərkəzində saxlamaq lazımd
Nəyə görə hər kəs öz normal və aktivlik zamanı ürək ritminin neçə o
29 yaşlı qadın illərlə kibrit çöpü yeməyə adət etmişdi. Hər gün 5-
Bəzi sosial şəbəkələrdə Qarabağ müharibəsi iştirakçısının özün�
Türkiyəli həkimlər tez-tez və çox limon yeməyin, limonlu çay içməyin �
Çukurova Universitetinin əməkdaşı Sedat Gündoğdu Türkiyə bazarından 7
La ilahə illəllah - İlahi sığınacaq yeriŞeyx Səduq (r) öz Məali kitab�
Uşaqlarda rast gəlinən nitq qüsurları arasında ən ağırı kəkələmə h
Xuzu elə bir haldır ki, bəndə Allahın qarşısında bu halı duymalı və b
Halitoz - ağız boşluğundan pis qoxu gələn insanlar həmişə bu problemlə
Kardioloq Olqa Savonina ürək sağlamlığına mənfi təsir göstərən üç v
Brazilyalı supermodel Adriana Lima oğlunu dünyaya gətirəndən 3 ay sonra ye
Əməkdar artist Elza Seyidcahan canlı efirdə pis vəziyyətdə qalıb.