Ukrayna mediası Paşinyandan sərt yazdı: “Ağasının
Siyasət 29 Dek 2022 21:18:00 376 0
Demokratik dünyanın böyük əksəriyyəti Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləsə və bu ölkəyə kömək etsə də, Ermənistan hakimiyyəti rus işğalçıları ilə iqtisadi, siyasi və hərbi sahədə uğurlu tərəfdaşlıq etdiyini bildirir.
Bu xəbəri də oxu: Suriyanın yeni xarici işlər nazirini Türkiyə ilə nə bağlayır?
Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukraynanın "Unian" saytı yazır.
"Ermənistan pis iradə nümayiş etdirir" adlı məqalədə qeyd olunur:
"Noyabrın 23-də bütün dünya rusların növbəti hücumundan titrədi: Zaporoje vilayətinin Vilnyansk şəhərində xəstəxanaya raket atılması nəticəsində yeni doğulmuş körpə, Kiyev vilayətinin Vışqorod şəhərində isə 7 nəfər öldü. Həmin gün Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Prezidenti Putini qəbul edərək işğalçı ölkə ilə sadiq dostluq və müttəfiqlik münasibətlərinə və strateji tərəfdaşlığa and içdi.
Paşinyan Qərbə inteqrasiyaya hazır olduğu təəssüratı yaratsa da, Rusiyanın ən yaxın müttəfiq olduğunu təkrarlamaqdan yorulmur. Parlamentin vitse-spikeri Arşakyan da bu sözlərlə ona qoşulur: "Ölkələrimizin fundamental beynəlxalq məsələlərdə mövqeləri yaxındır və ya üst-üstə düşür".
İstinad nöqtələrini birləşdirmək və Kremli sevindirmək üçün Ukraynada müharibə başlayandan bəri Paşinyan 4 dəfə Rusiyaya səfər edib, 5 dəfə Kreml diktatoru ilə görüşüb və onunla 15 dəfə telefonla əlaqə saxlayıb. Demokratik Ukraynaya qarşı təcavüz fonunda Rusiya ilə Ermənistan arasında hərbi tərəfdaşlıq daim dərinləşir. Ermənistanın müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi və baş qərargah rəisi də bir neçə dəfə Moskvaya səfər edib.
Payızın əvvəlində birgə hərbi təlimlər keçirilib və dekabrın 9-da 2023-cü il üçün hərbi əməkdaşlıq haqqında saziş imzalanıb. Buna görə də Ermənistan hakimiyyəti beynəlxalq hüquqların pozulması ilə bağlı istənilən iddiaları "Rusiyaya hücum kimi qiymətləndirməyi" təklif edir.
Ermənistan böyük ehtimalla belə sıx hərbi əməkdaşlığın bəhrələrindən Azərbaycan ərazisində separatizmi gücləndirmək üçün istifadə edəcək. Bütün bunlar ona görədir ki, separatçı anklavın qondarma xarici işlər nazirinin fikrincə, Rusiya və Ermənistan "ümumi geosiyasi cəbhə"yə malikdir. Ona görə də Kremlin məqsədi qonşu ölkələrdə hərbi bazalar yaratmaq və saxlamaqdır. Bu cür "geosiyasət"in bariz sübutu təkcə Qarabağ deyil, həm də Ukrayna ərazisində psevdorespublikaların tanınmasıdır".
Ukrayna nəşri bildirir ki, Qarabağdakı separatçı rejim Rusiyanın Ukraynaya təcavüzünü təkcə sözdə deyil, fəal şəkildə dəstəkləyib və dəstəkləməkdə davam edir:
"Qarabağdakı separatçı rejim artıq Ukraynadakı rus işğalçılarına bir neçə ton ərzaq göndərib. Bu, həm də beynəlxalq ictimaiyyət tərəfindən pis niyyət jesti kimi dəyərləndirilir. Amma Ermənistan ağasının, rus diktatorun rəğbətini itirməmək üçün hər şeyə hazırdır.
Vəziyyətin rüsvayçı tərəfi budur ki, Ermənistan hakimiyyəti və ölkə daxilindəki kremlpərəst separatçılar özlərini Ukrayna ilə eyniləşdirir və bütün dünyanı Ermənistanın Qarabağ münaqişəsinin "qurban"ı olduğuna inandırırlar. Amma hər kəsə aydındır ki, hərbi münaqişələrin qurbanları Ukrayna və Azərbaycandır və onların ortaq düşməni var - Rusiya və onun Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılar kimi ortaqları".
Payız-qış aylarında dəri quruluğunun qarşısını almaq üçün su balans
İngiltərənin "Financial Times" qəzetində qlobal geosiyasətdə ba
Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunan M
Abşeron rayonunda (Digah-Məmmədli avtomobil yolunun 2-ci kilometrliyi) "
"İnana bilmirəm ki, nəhayət buradayam. Uzun bir məsafəli münasibət
"Bizim bir reseptimiz yoxdur ki, deyək, ailə belə olmalıdır. Ailələr
"Anam Zülfiyyə xanıma ikitərəfli baxmışam. Həm ana olaraq, həm də
Rusiya ilə müharibədə Ukrayna adına döyüşən ölkənin gözəllik krali�
Aktrisa Merve Boluğur növbəti dəfə jurnalistlərlə gərginlik yaşayıb.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina M