Valentina Matviyenko İlham Əliyevi təbrik etdi
Siyasət 29 Dek 2022 19:50:00 417 0
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Bu xəbəri də oxu: Minsk qrupu gələn il ləğv olunacaq?
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz uzun illərdir millətin görkəmli lideri kimi ölkənin hərtərəfli inkişafı məsələlərinin həllində ən heyranedici nəticələri əldə edərək, Azərbaycan xalqını tərəqqi yolu ilə aparırsınız. Sizin zəngin təcrübəniz, biliyiniz, müdrikliyiniz və rəhbərlik istedadınız, məqsədyönlülüyünüz və işə fədakar yanaşmanız xüsusi hörmətə layiqdir.
Azərbaycan Respublikasının uğurları həm Sizin mübahisəsiz nüfuzunuzun, həm də aparılan siyasi kursa ümumxalq dəstəyinin əsaslı sübutudur. Sizin təşəbbüsünüzlə respublikada həyata keçirilən dəyişikliklər, milli iqtisadiyyatın inkişafı, nəhəng infrastruktur layihələrinin icrası, xalqın rifahının yaxşılaşdırılması Sizə həmvətənlərinizin dərin hörmətini və yüksək etimadını qazandırmışdır.
Siz Cənubi Qafqazda təhlükəsizlik və sülh üçün ən vacib amillərdən olan strateji tərəfdaşlığın genişləndirilməsinə və ölkələrimizin müttəfiqliyinə böyük şəxsi töhfə verirsiniz. Parlamentlərarası əlaqələrə göstərdiyiniz diqqətə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, azərbaycanlı həmkarımızla səmimi dialoqumuz yaranıb və biz sabitliyin möhkəmləndirilməsi, Rusiya və Azərbaycan xalqlarının rifahının daha da yaxşılaşmasına yönələn birgə layihələrin həyata keçirilməsi üçün hər cür səy göstərəcəyik.
Sizi gözəl həmsöhbət, xüsusilə iti zəkaya və incə yumor hissinə malik hərtərəfli və valehedici insan kimi tanıyıram, aramızda yaranmış etimadı çox yüksək dəyərləndirirəm. Sizinlə görüşlərimizi və söhbətlərimizi məmnunluqla xatırlayıram.
Hörmətli İlham Heydər oğlu, əminəm ki, Sizin yüksək liderlik keyfiyyətləriniz bundan sonra da qardaş Azərbaycanın mənafeyi naminə qarşıya qoyulmuş məqsədlərə çatmağa kömək edəcək. Sizə və mehriban ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, rifah və xoşbəxtlik arzulayıram. Qoy, evinizdə daim xoş günlər olsun!
Sizə olan ən yüksək ehtiramımı qəbul edin".
Yeni il yaxınlaşdıqca şəhərin istənilən yerində onları görmək mümk�
"Zeynəb Xanlarova mənim həyatda kumirimdir. Onu çox sevirəm. Təsəvv�
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə tədris 3 növbədə həyata
Müğənni Tacir Şahmalıoğlunun "Bacısı (müğənni Fədayə Laçını
Rusiya Federasiyasının xalq artisti, Dövlət Mükafatları laureatı, bəstə
Prezident İlham Əliyev İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya t
Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəs
Son günlər qripə yoluxanların sayı durmadan artır. Bu xəstəliyə həm u�
Kambocada "Grand Diamond City" lüks otel və kazinosunda baş verən
Brazilyalı supermodel Adriana Lima oğlunu dünyaya gətirəndən 3 ay sonra ye
Bəzi otellərdə dincəlmək üçün hər cür şərait yaradılsada, Avropada
Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq hüququn təmin edilməs