"Belə atanı itirmək ölümə bərabərdir"
Şou-biznes 29 Dek 2022 19:38:00 615 0
"Zeynəb Xanlarova mənim həyatda kumirimdir. Onu çox sevirəm. Təsəvvür etməzsiniz ki, o mənim üçün necə dəyərli insan, şəxsiyyət və korifey sənətkardır. Bu sözləri atama görə demirəm. Atama görə onu bir başqa çox istəyirəm, özümə görə isə tamam başqa. Ad gününü sizin vasitənizlə təbrik edirəm. Allahdan ona can sağlığı arzu edirəm".
Bu xəbəri də oxu: İçkili vəziyyətdə görüntülənən Nejat İşler yerə yıxıldı
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva deyib:
"Zeynəb xanımla kaş bircə dəfə də olsa görüşə bilsəydim dünyanın xoşbəxti olardım. Atam Zeynəb xanımı bir başqa çox istəyirdi, sevirdi. Atam xəstə olanda Zeynəb xanım zəng edib mənə ağır günlərimdə dəstək, dayaq oldu. Soruşurdu ki, nə lazımdır? Nəyə ehtiyac var? Çünki atamla tələbə yoldaşı olub, onun necə bir insan olduğunu bilirdi. Allah atama möhlət vermədi. Onu yanımdan tez apardı. Belə atanı itirmək inanın ki, ölümə bərabərdir. Atam dünyasını dəyişəndə də Zeynəb xanım zəng etdi, öz başsağlığını verdi. Yenə də soruşdu ki, nə lazımdırsa mən sizə edim. Ona öz təşəkkürümü bildirirəm. Mən telefon danışığımızda ona dedim ki, sizinlə görüşmək istəyirəm. Dedi ki, qızım inşallah vaxt edib görüşərik. Çünki bundan əvvəl də bir neçə şəxs ona olan sevgimi Zeynəb xanıma bildirmişdilər. Yəni ki, xanımın bu haqda məlumatı var idi" deyə sənətkarın qızı bildirib.
Sənətkarın qızı bildirib ki, Zeynəb Xanlarova atasına hər zaman hörmətlə yanaşıb.
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə tədris 3 növbədə həyata
Müğənni Tacir Şahmalıoğlunun "Bacısı (müğənni Fədayə Laçını
Rusiya Federasiyasının xalq artisti, Dövlət Mükafatları laureatı, bəstə
Prezident İlham Əliyev İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya t
Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəs
Son günlər qripə yoluxanların sayı durmadan artır. Bu xəstəliyə həm u�
Kambocada "Grand Diamond City" lüks otel və kazinosunda baş verən
Brazilyalı supermodel Adriana Lima oğlunu dünyaya gətirəndən 3 ay sonra ye
Bəzi otellərdə dincəlmək üçün hər cür şərait yaradılsada, Avropada
Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq hüququn təmin edilməs
Abşeronda binadan yıxılaraq ölən oğlanla bağlı yeni faktlar məlum olub.
Boliviyanın qərbində nəhəng tornado meydana gəlib.
"Siz nə zamansa həmcinsinizlə sevgi münasibətlərində olmusunuz?"