XİN 2022ci ilin yekunlarına dair hesabat yayımladı
Siyasət 29 Dek 2022 18:26:00 427 0
Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq hüququn təmin edilməsi ilə bölgədə yaranan yeni reallıqlar çərçivəsində maraqlarımızın irəlilədilməsi prioritet təşkil edib. Vətən müharibəsi və Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı ilə Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması nəticəsində Ermənistanla Azərbaycan arasında suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin qarşılıqlı tanınması, hörmət edilməsi əsasında münasibətlərin qurulması 2022-ci ildə xarici siyasətin əsas istiqamətlərindən biri olub.
Bu xəbəri də oxu: Suriyanın yeni xarici işlər nazirini Türkiyə ilə nə bağlayır?
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.
Vurğulanıb ki, il ərzində davamlı, ardıcıl və məqsədyönlü addımlar nəticəsində Azərbaycan tərəfindən təşviq edilən sülh gündəliyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub, bu dövr ərzində beynəlxalq tərəfdaşların vasitəçiliyi və təşkilatçılığı ilə təmaslar məhz Azərbaycanın təşviq etdiyi gündəlik əsasında Ermənistanla birbaşa ikitərəfli danışıqlar formatında irəlilədilib.
Normallaşma gündəliyi Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin əsaslarını müəyyən edəcək sülh müqaviləsinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və iki dövlət arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası kimi üç əsas istiqamətdə qurulub.
Bu çərçivədə, əsas inkişaflar qismində Azərbaycanın 2021-ci ildə sülh sazişi imzalanması təklifinə uyğun olaraq, sülh sazişi üzrə baza prinsiplərinin cari ilin fevral ayında Azərbaycan tərəfindən hazırlanıb Ermənistana təqdim edilməsini, 2022-ci il oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin iki ölkə arasında gələcək münasibətlərin əsasını təşkil edəcək sülh müqaviləsinin mətni üzrə praktiki danışıqların başlanmasını, eləcə də sərhədin delimitasiyası üzrə hər iki tərəfdən müvafiq komissiyaların təsis edilməsi və bu komissiyaların ikitərəfli əsasda görüşlərinin keçirilməsini qeyd etmək olar.
Buraxılışın mətnini bu keçiddən əldə etmək mümkündür. Son.azAbşeronda binadan yıxılaraq ölən oğlanla bağlı yeni faktlar məlum olub.
Boliviyanın qərbində nəhəng tornado meydana gəlib.
"Siz nə zamansa həmcinsinizlə sevgi münasibətlərində olmusunuz?"
Bakının Suraxanı rayonundakı Qaraçuxur qəsəbəsində yerləşən park ər
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 84 yeni yolux
Bu gün Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Nax�
Bu taydan o taya Araz harayı əslən Sulduzdan olan Cənubi Azərbaycanlı ozan
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
"Mən Asəf Zeynallı adına musiqi məktəbində dərs deyəndə Zeynəb X
Son.az AZƏRTAC-a istinadən müraciəti təqdim edir:
Bir neçə gün öncə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli özünün
"TRT1" kanalında yayımlanan "Təşkilat" serialı bu həft
Metronun "Xocəsən" stansiyasının istifadəyə verilməsi paytaxt y