Bu gün Laçın yolundan sülhməramlıların 15 avtomobili keçdi FOTO
Digərləri 29 Dek 2022 17:34:00 490 0
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bu xəbəri də oxu: İran: Əsəd bizi dinləməkdən imtina etdi
Trend-in aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin edilib.
Belə ki, həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçib.
Bu gün ərzində indiyədək Xankəndi-Laçın yolundan Rusiya sülhməramlılarına məxsus ümumilikdə 15 avtomobil maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 18 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
"Mən Asəf Zeynallı adına musiqi məktəbində dərs deyəndə Zeynəb X
Son.az AZƏRTAC-a istinadən müraciəti təqdim edir:
Bir neçə gün öncə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli özünün
"TRT1" kanalında yayımlanan "Təşkilat" serialı bu həft
Metronun "Xocəsən" stansiyasının istifadəyə verilməsi paytaxt y
Türkiyəli müğənni Simge Sağının illik qazancı ortaya çıxıb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keç
Bu tarixi reallıqdır ki, indiki Ermənistan ərazisi azərbaycanlıların qəd
Rəqqasə Rəna Ağamuradova (Renka) Aşıq Zülfiyyə İbadovanın oğlu Babək
Ləğv olunan uçuşlar, saatlarla gözləyən insanlar.
Ukrayna Silahlı Qüvvələrinə məxsus S-300 zenit raket sisteminə (ZRS) aid
Fransız jurnalist Jan-Mişel Brün Fransa siyasətçilərini və mətbuatını
Hollivud aktrisası Keyt Bekinseyl qeyri-adi libasda İtaliyanı gəzib.