Öz doğma torpaqlarından deportasiya olunmuş Qərbi Azərbaycanlıların hüquqları bərpa olunmalıdır Sevil Mikayılova


Siyasət 29 Dek 2022 16:15:00 505 0

Öz doğma torpaqlarından deportasiya olunmuş Qərbi Azərbaycanlıların hüquqları bərpa olunmalıdır  Sevil Mikayılova

Bu tarixi reallıqdır ki, indiki Ermənistan ərazisi azərbaycanlıların qədim torpaqları olub. Bunu tarixi faktlar, həmin ərazilərdə olan azərbaycanlılara aid tarixi abidələr də sübut edir. Azərbaycanlılar zorla həmin ərazilərdən, doğma yurdlarından qovulub, Azərbaycan izləri, tarixi abidələri dağıdılıb, talan edilib.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı ilə tanınan bir qrup insanla görüşdü. Görüşdə ölkə başçısı da Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının, bu istiqamətdə işlərin görülməsinin önəmini vurğuladı.

"Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların milli irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Bu torpaqlar Azərbaycanın əzəli torpaqlarıdır və burada azərbaycanlıların doğma yurdları olduğunu isbat edən yüzlərlə fakt mövcuddur.

İndi Ermənistana aid edilən Qərbi Azərbaycan ərazisində İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı yerləşib və orada azərbaycanlılar yaşayıb. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Qərbi Zəngəzur Azərbaycandan ayrılaraq Ermənistana birləşdirildi. Bu, xalqımıza qarşı tarixi ədalətsizlik və cinayət idi.

XX əsrin müxtəlif dövrlərində sonradan həmin ərazilərə köçürülən ermənilər azərbaycanlıları sıxışdıraraq onlara qarşı soyqırımı törədilblər və deportasiyaya məruz qoyublar. Ermənistanda 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşayırdılar. Onlar 3 il ərzində Ermənistandan zorla çıxarıldı, işgəncələr verildi, bir çoxları öldürüldü. Sonuncu kənd - Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova bildirib ki, azərbaycanlıların məruz qaldığı bütün bu zorakılıqlar dünya ictimaiyyətinin diqqət mərkəzində saxlanılmalı və baş vermiş cinayətin mahiyyəti barədə onlara daha geniş məlumat verilməlidir.

"30 illik işğal dövründə bizim əsas diqqətimiz Qarabağ məsələsinə yönəlmişdi. Artıq Azərbaycan dövləti bu məsələni hərbi-siyasi güc yolu ilə özü həll edib. Azərbaycanlılar öz doğma torpaqlarına qayıdırlar. Azad edilmiş torpaqlarda erməni vəhşiliyinin izləri xalqımıza qarşı törədilən cinayətin miqyasını və mahiyyətini bütün çılpaqlığı ilə göstərir. Ermənistan ərazisində yaşayan azərbaycanlıların yaşadıqları dəhşətləri geniş ictimaiyyətə göstərməklə ədalətin bərpa olunmasına çalışacağıq.

Bu mənada, dövlət başçısının Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü və görüş zamanı toxunduğu məsələlər bundan sonra bu istiqamətdə görüləcək işlər üçün yol xəritəsi rolunu oynayacaq. Tarixi faktların beynəlxalq aləmə düzgün çatdırılması ən ümdə məsələdir, belə ki, baş vermiş cinayət hüquq müstəvisində uyğun addımların atılmasını zəruri edir. Öz doğma torpaqlarından deportasiya olunmuş Qərbi Azərbaycanlıların hüquqları bərpa olunmalıdır", - deyə S.Mikayılova əlavə edib.

Rəqqasə müğənninin oğlu ilə qalmaqalından danışıb  VİDEO like
  • 29 Dek 16:10  
Şou-biznes Rəqqasə müğənninin oğlu ilə qalmaqalından danışıb VİDEO

Rəqqasə Rəna Ağamuradova (Renka) Aşıq Zülfiyyə İbadovanın oğlu Babək

arrow Ətraflı
Ukraynadan atılan raket Belarus ərazisinə düşdü like
  • 29 Dek 15:54  
Dünya Ukraynadan atılan raket Belarus ərazisinə düşdü

Ukrayna Silahlı Qüvvələrinə məxsus S-300 zenit raket sisteminə (ZRS) aid

arrow Ətraflı
JanMişel Brün Fransa siyasətçilərini ələ alan erməni millətçilərdən yazdı like
  • 29 Dek 15:52  
Siyasət JanMişel Brün Fransa siyasətçilərini ələ alan erməni millətçilərdən yazdı

Fransız jurnalist Jan-Mişel Brün Fransa siyasətçilərini və mətbuatını

arrow Ətraflı
Qeyriadi libasda İtaliyanı gəzdi  FOTO like
  • 29 Dek 15:45  
Şou-biznes Qeyriadi libasda İtaliyanı gəzdi FOTO

Hollivud aktrisası Keyt Bekinseyl qeyri-adi libasda İtaliyanı gəzib.

arrow Ətraflı
Peskov Ermənistanın ümidlərini "dəfn etdi" like
  • 29 Dek 15:38  
Siyasət Peskov Ermənistanın ümidlərini "dəfn etdi"

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bugünkü açı

arrow Ətraflı
Əgər avtomobilinizi sığortalamırlarsa bu nömrəyə şikayət edin  VİDEO like
  • 29 Dek 15:27  
Digərləri Əgər avtomobilinizi sığortalamırlarsa bu nömrəyə şikayət edin VİDEO

Bəzi sığorta şirkətləri mühərrik həcmi kiçik olan avtomobilləri icbar

arrow Ətraflı
Xeyli çəki atan Xatirə mini ətəkdə FOTOlarını yaydı like
  • 29 Dek 15:18  
Şou-biznes Xeyli çəki atan Xatirə mini ətəkdə FOTOlarını yaydı

Müğənni Xatirə İslam son günlər xeyli çəki atması ilə diqqət çəkib

arrow Ətraflı
Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb like
  • 29 Dek 15:09  
Digərləri Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb

Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb.

arrow Ətraflı
Abbasqulu Nəcəfzadənin 65 illik yubileyi qeyd edildi like
  • 29 Dek 15:01  
Kriminal Abbasqulu Nəcəfzadənin 65 illik yubileyi qeyd edildi

Dekabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Milli Konservatoriyanın profe

arrow Ətraflı
Kamaləddin Qafarov: “Qərbi Azərbaycana qayıdışımız uzaqda deyil” like
  • 29 Dek 15:00  
Siyasət Kamaləddin Qafarov: “Qərbi Azərbaycana qayıdışımız uzaqda deyil”

"Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "A

arrow Ətraflı
Ermənistanda sürətlə "donuz qripi" yayılır like
  • 29 Dek 14:50  
Dünya Ermənistanda sürətlə "donuz qripi" yayılır

Ermənistanda yenidən H1N1 ("donuz qripi") qrip virusu yayılıb.

arrow Ətraflı
“Ermənilər odla oynayır”  Kremldən İrəvana like
  • 29 Dek 14:44  
Digərləri “Ermənilər odla oynayır” Kremldən İrəvana

Erməni mediası, telegram kanallarının Qarabağda yerləşdirilən Rusiya sü

arrow Ətraflı
Prezident və birinci xanım “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər  FOTO like
  • 29 Dek 14:40  
Siyasət Prezident və birinci xanım “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər FOTO

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci

arrow Ətraflı